Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5404/2023 12.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 onun mülkiyyətində olan ünvan 3, ev 01 (Yeni qaydalarla ünvan 1 ünvanından istifadə hüquqlarının itirilmiş hesab edilməklə məcburi qaydada əşyaları ilə birgə çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 3, ev 01 (Yeni qaydalarla ünvan 1 Azərbaycan Respublikası əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 21 dekabr 2022-ci il tarixdə ********** qeydiyyat nömrə ilə qeydiyyata alınmaqla verilmiş Çıxarış əsasında onun xüsusi mülkiyyətindədir. Sözügedən fərdi yaşayış evi cavabdehlərin evi olmaqla, cavabdehlərdən Cavabdeh1 mülkiyyətində idi. AN- 1 ******* nömrəli 28 noyabr 2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən Cavabdeh1 adından Cavabdeh4 sözügedən fərdi yaşayış evini ona satmışdır. Həmin fərdi yaşayış evini satılarkən cavabdehlərin hər biri razılıq ərizəsi vermişdilər. Cavabdehlər evi ona satarkən 2023-cü ilin mart ayyına kimi onlara evdə yaşamalarına icazə verməyini xahiş etmişdilər, mart avında evi boşaldacaqlarını bildirmişdilər. O, buna etiraz, etməyərək onlara 2023-cü ilin mart ayına kimi mülkiyyətində olan evdə yaşamalarına icazə vermişdir. Cavabdehlər mart avından hazırki vaxta kimi onun mülkiyyətində olan fərdi yaşayış evindən çıxmırlar, mən onlara evi boşalmalarını dəfələrlə bildirsə də onlar onun müraciətinə əhəmiyyət vermirlər və onun mülkiyyətində olan evdən çıxmırlar. Beləliklə onlar onun mülkiyyət hüququnu pozurlar. Onları evdən çıxartmaq istəsə də, bu mümkün olmur. Bu səbəbdən də, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddiaya etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə həmin cavabdehi dinləyərək və sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İş materiallarında olan, cavabdehlər Cavabdeh5 və Cavabdeh4 tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizəyə əsasən, ünvan 2 ünvanı alqısatqı zamanı rəsmi olaraq 17.000 manat, öz aralarında ayrıca olaraq 30.000 manat olaraq evin dəyərini iddiaçı ilə razılaşmışlar. Notarial ofisində alqı-satqı zamanı 17.000 manat təhvil almışlar, qalan 13.000 manatı iddiaçı hissə-hissə ödəməli idi. Həmin məbləğdən iddiaçının 7000 manat borcu qalmışdır. 7000 manatdan 2800 manat ödəniş olundu xx.xx.2023-cü il tarixdə ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3, ev 01 (Yeni qaydalarla Gəncə şəhəri, M.Müşfiq küçəsi, ev 95) İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, Cavabdeh1 ünvan 3 ünvanında yerləşən 1 nömrəli evi 17000 manata İddiaçı satmış, xx.xx.2023-cü il tarixinədək daşınmaz əmlakı alıcının faktiki sahibliyinə verməyi, xx.xx.2023-cü il tarixinədək qeydiyyatdan çıxamağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 4 ünvanında qeydiyyatdadır. Hazırda iddiaçı cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməklə məcburi qaydada əşyaları ilə birgə çıxarılmalarını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mübahisə həll edilərkən, ilk öncə iddiaçının və cavabdehlərin həmin yaşayış sahəsinə hüququnun olub-olmaması müəyyən edilməlidir. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, mübahisəli yaşayış sahəsinə xx.xx.2022-ci il tarixdə İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. Mülki icraat qaydasında formal həqiqəti müəyyən etməli olan məhkəmə çəkişmə prinsipini təmin etmiş, lakin cavabdeh tərəf mübahisəli evə hüququnun qalmasını təsdiqləyən hər hansı dəlil təqdim etməmişdir. Bununla yanaşı, cavabdehlərin həmin evə aidiyyatı və (ya) hüququ tədqiq edilmiş edilmiş iş materialları ilə müəyyən olunmur. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə qanuna müvafiq qaydada əmlaka dair sahiblik və istifadə hüququna həyata keçirə bilməlidir. Lakin cavabdehlərin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin evdə yaşamağa davam etməsi və əşyalarını çıxarmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, iddiaçı mülkiyyətində olan evdən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehlərin iddiaçının mülkiyyətindəki evdə yaşaması iddiaçının əmlakı üzərində hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, ünvan 3 ünvanında yerləşən 01 nömrəli evdə (yeni qaydalarla Gəncə şəhəri, M.Müşfiq küçəsində yerləşən 95 nömrəli evdə) cavabdehlərin qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, alqı-satqı barədə müqavilədə mübahisəli evin göstərilmiş dəyəriylə yanaşı tərəflərin qeyri-rəsmi olaraq öz aralarında əlavə dəyərin ödənilməsinə dair razılaşmaları müqavilənin etibarsızlığına və dolayısıyla həmin əqdə əsaslanan hazırkı iddianın əsassızlığına gətirib çıxaran hal deyil. Belə ki, müqavilədə əmlakın göstərilən dəyərinin çox və ya az olması qanunvericiliyə əsasən etibarsızlıq üçün əsas kimi müəyyən edilməmişdir və həmin dəyər sadəcə olaraq əmlakın əvəzsiz və ya əvəzli qaydada özgəninkiləşdirilməsini əks etdirir. Tərəflərin hər hansı niyyətlə rəsmiləşdirdikləri dəyərdən əlavə dəyərin ödənilməsi barədə razılaşması hazırkı iddianın təmin edilməsini istisna edə bilməz. Belə ki, Mülki Məcəlləyə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır (570). Alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Əgər alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı adətən irəli sürülən tələblərə görə müvafiq əşyanın verilməsini və alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməyə borcludur. Alıcı alğı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər (596). Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir (646). Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir (648.1). Mülki Məcəlləyə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (337.2). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (337.4). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (337.5). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 01 nömrəli evdən (yeni qaydalarla Gəncə şəhəri, M.Müşfiq küçəsində yerləşən 95 nömrəli evdən) istifadə hüquqları itirilmiş hesab edilməklə əşyaları ilə birgə çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-5404/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5404/2023
12.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver