Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5409/2023 13.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat (Dost) Agentliyi publik hüquqi şəxsinə qarşı "əmək müqaviləsinin bağlanması və əmək haqqının hesablanıb verilməsi öhdəliyinin qoyulması" tələbinə dair iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat (Dost) Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə onunla əmək müqaviləsinə xitam verildiyi 1*.*4.2*23-cü il tarixdən əmək müqaviləsi bağlamağı və həmin tarixdən əmək haqqının hesablanıb ona verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı yazılı vəsatət təqdim edərək mülki işin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi və bildirdi ki, həmin mülki işə Gəncə Şəhər Məhkəməsində baxılmasını istəmir. Cavabdehin nümayəndəsi məhkəmə baxışına gəlməmiş, mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Bununla belə, cavabdeh məhkəməyə, cavabdehin əsl cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz edilməsi barədə vəsatət göndərmişdir. "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək cavabdehin əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçını dinləyib, iddiaçı tərəfindən verilən yazılı vəsatəti nəzərdən keçirərək hesab edir ki, verilmiş vəsatət təmin olunmalı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat (Dost) Agentliyi publik hüquqi şəxsinə qarşı "əmək müqaviləsinin bağlanması və əmək haqqının hesablanıb verilməsi öhdəliyinin qoyulması" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılaraq, ona əlavə edilmiş sənədlərlə birgə iddiaçıya qaytarılmalıdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddia ərizəsi geri qaytarıldığından əsl cavabdehin əvəz edilməsi barədə cavabdehin vəsatətinə baxılmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.*.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.*.11, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat (Dost) Agentliyi publik hüquqi şəxsinə qarşı "əmək müqaviləsinin bağlanması və əmək haqqının hesablanıb verilməsi öhdəliyinin qoyulması" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi, eləcə də iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-5409/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5409/2023
13.09.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver