Məhkəmə qərarları › İş №2(125)-5437/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5437/2024

15.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5437/2024 15.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə (üçüncü şəxs X4 Xidmətinin Gəncə-Daşkəsən regianal şöbəsi) qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə (üçüncü şəxs X4 Xidmətinin Gəncə-Daşkəsən regianal şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh "Qala-Btx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə müddətinin sonu ilə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin "Əmək və məşğulluq” altsisteminə daxil edilməsinin X4 Xidmətinin X1 həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyərək və ərizəni nəzərdən keçirərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə (üçüncü şəxs X4 Xidmətinin Gəncə-Daşkəsən regianal şöbəsi) qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanıla bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh "xxxx" MMC-yə (üçüncü şəxs X4 Xidmətinin Gəncə-Daşkəsən regianal şöbəsi) qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar