Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5458/2025 05.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs 1 saylı X17 Xidmət Mərkəzi Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi ) «qohumluq faktının müəyyən edilməsi» tələbi barədə ərizə üzrə mülki işə məhkəmənin binasında, açıq keçirilən məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs 1 saylı X17 Xidmət Mərkəzi Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi) «qohumluq faktının müəyyən edilməsi» tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum haqqında şəhadətnaməsində ana qrafasında qeyd edilən X9 və ölüm haqqında şəhadətnamədə qeyd edilən X2 onun anası olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1965-ci il tarixdə Ermənistan Respublikası, Basarkeçər rayonunun Əzizli kəndində anadan olmuş, doğum haqqında şəhadətnamədə atası X12, anası X5 qeyd edilmişdir. 1988-ci ildə azərbaycanlıların Ermənistandan deportasiya edildiyi vaxt, anasıgil Gəncə şəhərində yaşadığı ünvana gəlmişlər. Ancaq anası bir müddət onun yanında qaldıqdan sonra qohumlarının dəvəti ilə Şuşa şəhərinə getmək qərarına gəlmiş, səbəb kimi anası aran iqlimində darıxdığını bildirmişdir. Şuşada məskunlaşdıqdan sonra Xocalı şəhərində Ermənistandan olan qaçqınlar üçün yeni inşa edilmiş binalarda anasıgilə də mənzil verilmiş və onlar Xocalıda məskunlaşdılar. Daim onları ziyarət etmiş və maksimum dərəcədə onların qayğısına qalmışlar. Ancaq 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni quldurları tərəfindən məlum soyqırım aktı törədilərkən anası da güllə yarası alaraq şəhid olmuşdur. Anasının 26 fevral 1992-ci il tarixdə ermənilər tərəfindən törədilən soyqırım zamanı şəhid olması faktı ölüm haqqında akt qeydləri kitabında 02 mart 1994-cü il tarixdə 16-B № ilə qeyd edilmişdir. Təəssüf ki, ölüm haqqında şəhadətnamə yazılarkən anasının adı özünün ilkin sənədləri olmadığına görə X1 yazılmışdır. Cəmiyyət arasında Kifayət kimi, onun doğum haqqında şəhadətnaməsində Simizar kimi, ölüm haqqında Şəhadətnaməsində isə Simuzər kimi qeyd olunan şəxs eyni adamdır və həmin hüquq müəyyənedici sənədlər eyni şəxsə məxsusdur. Hətta anasını tanıyan insanların heç biri anasının hüquqmüəyyənedici sənədində Simizar olmasını bilməmişlər. Hamı onu Kifayət kimi tanıyır və Kifayət deyə müraciət etmişdir. Bu barədə onun kifayət qədər şahidləri vardır ki, onlar onu, valideynlərini və digər qohumlarını çox yaxşı tanıyırlar. Həmin şəxslər də Ermənistanda onlarla həmkəndli olmuşlar. Ona görə də Xocalı şəhidləri kitabında anasının adı Kifayət kimi qeyd edilmişdir. Anası ölüm haqqında şəhadətnaməsində olan yanlışlığın düzəldilməsi barədə 1 saylı Gəncə Regional «ASAN Xidmət» Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə etdiyi müraciətin icrasından imtina edilmiş və məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənlərə uyğun çıxış etdi. Məhkəmə ərizəçini dinləyərək, ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: И-ЗЖ-seriyalı 877920 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1965-ci il tarixdə doğulmuş Ərizəçi valideynləri-atası X12, anası X8r. AZ-İİ seriyalı 366089 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 26 fevral 1992-ci ildə ölmüşdür. Gəncə İnzibati Məhkəməsinə ünvanlanmış məcburetmə haqqında iddia ərizəsindən və sərəncamdan görünür ki, Ərizəçi cavabdeh 1saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin üzərinə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1994-cü il tarixli 16-B nömrəli akt qeydində anasının adının Simizar, ata adının Söyünalı, soyadının Allahverdiyeva kimi qeyd olunması öhdəliyinin qoyulması barədə iddia ilə müraciət etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, təqdim edilmiş doğum haqqında şəhadətnamədən göründüyü kimi, ərizəçinin anasının X11 olması öz təsdiqini tapır. Ərizəçinin məqsədi isə, anasının ölüm haqqında şəhadətnaməsində yol verilmiş yanlışlıqların düzəldilməsi ilə bağlıdırki və bununla bağlı düzgün olaraq həmin yanlışlığın aradan qaldırılması üçün inzibati məhkəmədə iddia qaldırmışdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 2.2-ci bəndində məhkəmələr izah edilmişdir ki, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 9.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-nin XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə Hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir . Bununla bağlı məhkəmə qeyd edir ki, artıq ərizəçi qeyd edilən tələblə bağlı inzibati məhkəmədə iddia qaldıdığından, əlavə olaraq həmin hüququn yenidən ona izah edilməsinə zərurət yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİM: Ərizəçi (maraqlı şəxs 1 saylı X17 Xidmət Mərkəzi Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi) «qohumluq faktının müəyyən edilməsi» tələbi barədə mülki iş üzrə icraata xitam verilsin Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №2(125)-5458/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5458/2025
05.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver