Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-550/2025 03.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Gəncə rayon Mənzil İstismar Hissəsinin nümayəndəsi X5, Cavabdeh nümayəndəsi, vəkili Vəkil iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Gəncə rayon Mənzil İstismar Hissəsinin Cavabdeh qarşı yaşayış sahəsinin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Gəncə rayon Mənzil İstismar Hissəsi Cavabdeh qarşı yaşayış sahəsinin boşaldılması tələbinə dair iddia qaldıraraq aşağıdakı məzmunda xahiş etmişdir; “ünvan 1 ünvanında yaşayan vətəndaş X6 xidməti mənzil olmuş və hal-hazırda özəl olan evi ailə üzvləri ilə birlikdə boşaldıb qanunla müəyyən olunmuş qaydada Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-istismar hissəsinin balansına keçirilməsi şərti ilə Dövlət Əmlak Məsələləri üzrə Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinə təhvil verilməsi barədə qətnamə qəbul edilsin”. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri ərazisində yerləşən hərbi şəhərciklər Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Mənzil fondudur və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələrinə, Müdafiə Nazirinin müvafiq əmr, qərar və sərəncamlarına əsasən Gəncə rayon Mənzil-İstismar hissəsi şəhərciklərin qorunub saxlanılmasına və təyinatı üzrə istifadəsinə cavabdehdir. xx.xx.2024-cü il tarixdə Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsinin 2 saylı Mənzil-İstismar sahəsinin rəisi Seyidov Mirhəsən hissə rəhbərliyinə raportla müraciət edərək ünvan 1 ünvanında yerləşən xidməti mənzildə yaşayan ehtiyyatda olan hərbi qulluqçu tibb xidməti polkovniki X6 Azərbaycan Respublikasının dövlət vəsaiti hesabına özəl mənzillə təmin olunmasını və ailə üzvləri ilə birlikdə xidməti mənzili təhvil vermədiyini bildirmişdir. Tərəflərindən aparılan araşdirma zamanı məlum olmuşdur ki, ordu sıralarında xidmət etmiş ehtiyyatda olan tibb xidməti polkovniki X2 Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsinin xx.xx.1998-ci il tarixli 16 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinə verilmiş orderə əsasən ailə üzvləri ilə birlikdə xidməti mənzillə təmin olunmuşdur. xx.xx.2010-cu il tarixdə Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 2(043)-1226 saylı xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə daimi yaşayış hüququ verilmişdir. Sonradan xx.xx.2021-ci il tarixdə ehtiyyatda olan tibb xidməti polkovniki X4 şəhərində yerləşən sözü gedən mənzili özəlləşdirmiş və qızı X1 adına keçirmişdir. Əlavə olaraq məlum olmuşdur ki, ehtiyyatda olan zabit Cavabdeh xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Hərbi Qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması üçün Dövlət proqramı ilə dövlət vəsaiti hesabına Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Muğan küçəsi, 10, M4, m4 (69.6 kv.m, 3 otaq) sahəsi olan özəl mənzillə təmin olunmuşdur. Tərəflərindən qanunla müəyyən olunmuş qaydada, vətəndaş Cavabdeh ailə üzvləri ilə birlikdə xüsusi təyinatlı xidməti mənzili, sonra isə özəlləşmiş ünvan 1 ünvanında yerləşən mənzili boşaldılması tələb olunmuş, lakin vətəndaş Cavabdeh mənzili boşaltmaqdan imtina etmişdir. Bununla əlaqədar olaraq ona dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmuş mənzilin boşaldılması xahiş olunmuşdur. Buna baxmayaraq vətəndaş Cavabdeh ailə üzvləri ilə birlikdə mənzildə yaşamağa davam edir və mənzili boşaltmaqdan imtina edir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Məhkəmədə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Gəncə rayon Mənzil İstismar Hissəsinin nümayəndəsi X10 iştirak etmiş, iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd edilən xüsusatlara uyğun izahat vermiş, sonda iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi, vəkili Vəkil izahatında bildirmişdir ki, mübahisəli ev cavabdeh tərəfin mülkiyyətindədir. Ona görə də iddianın əsassız sayılmasını və rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və iş materiallarını araşdırıb, hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki işin materiallarında olan 01 aprel 1998-ci il tarixli 16 nömrəli xidməti orderin surətində görünür ki, ünvan 3 Cavabdeh və onun ailəsinin istifadəsinə verilmişdir. İşdə olan Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 18 sentyabr 2009-cu il tarixli, 2(043)-1226 nömrəli qətnaməsinə əsasən ərizə təmin edilmiş, Cavabdeh ilə Azərbaycan Respublikası İddiaçı arasında Gəncə şəhəri, Hərbi şəhərcik DOS-6, bina 4, 9 nömrəli mənzilə dair icarə müqaviləsinin bağlanması, Cavabdeh daimi orderin və mənzilin özəlləşdirilməsi üçün Forma 2 saylı arayışın verilməsi vəzifəsinin Gəncə Rayon Mənzil İstismar Hissəsinə həvalə edilməsi qət olunmuşdur. İşdə olan Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 06 yanvar 2016-cı il tarixli, 2-1(83)- 167/2016 nömrəli qətnaməsindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin Cavabdeh adına özəlləşdirilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında olan, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Dos-6, bina 4, 9 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə X3 məxsusdur. İş materiallarında olan, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Dos-6, bina 4, 9 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə X7 məxsusdur. Beləliklə, məhkəmədə aparılan araşdırmalar nəticəsində işin halları kimi müəyyən edilmişdir ki, ünvan 3 ünvanlı mənzil 01 aprel 1998-ci il tarixli 16 nömrəli xidməti order əsasında Cavabdeh və onun ailəsinin istifadəsinə verilmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 18 sentyabr 2009-cu il tarixli, 2(043)-1226 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə Azərbaycan Respublikası İddiaçı arasında Gəncə şəhəri, Hərbi şəhərcik DOS-6, bina 4, 9 nömrəli mənzilə dair icarə müqaviləsinin bağlanması, Cavabdeh daimi orderin və mənzilin özəlləşdirilməsi üçün Forma 2 saylı arayışın verilməsi vəzifəsinin Gəncə Rayon Mənzil İstismar Hissəsinə həvalə edilməsi qət olunmuşdur. Gəncə İnzibati- İqtisadi Məhkəməsinin 06 yanvar 2016-cı il tarixli, 2-1(83)-167/2016 nömrəli qətnaməsinə əsasən ünvan 2 ünvanında yerləşən mənzilin Cavabdeh adına özəlləşdirilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Hazırda həmin mənzil mülkiyyət hüququ ilə X7 məxsusdur. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülkiyyət münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normaların hazırki işin müəyyən edilmiş hallarına tətbiqindən belə nəticəyə gəlir ki, mübahisəli mənzil cavabdehin oğlunun mülkiyyətində olduğundan və hazırki vəziyyətdə həmin mənzilin mülkiyyətçidən geri alınması üçün heç bir hüquqi əsas olmadığından, iddia tələbi qanuni əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 357 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Gəncə rayon Mənzil İstismar Hissəsinin Cavabdeh qarşı irəli sürdüyü yaşayış sahəsinin boşaldılması tələbinə dair iddia əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-550/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-550/2025
03.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver