Məhkəmə qərarları › İş №2(125)-5527/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5527/2024

19.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5527/2024 19.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onların bibisidir. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi onların mərhum ataları X6 tərəfindən alınmış və onlar həmin evdə yaşamışlar. Hazırda cavabdeh onları həmin evdən zorla çıxarmışdır. Qeyd olunan evdə onlar qeydiyyatda olmaqla yaşamışlar və həmin evin komunal xərcləridə onlar tərəfindən ödənilmişdir. Sonradan cavabdeh onları həmin evdən zorla çıxarmışdır. Qeyd olunan ev üzərində onların istifadə hüquqları vardır. Onlar həmin evdə 1984-cü il tarixdən yaşayırlar və cavabdehdə onların ailə üzvüdür. Cavabdeh onları həmin evdən çıxardığından həmin evə köçmələri ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Məhkəmə iclasında iddiaçılar hər biri ayrı-ayrılıqda ərizənin məzmuuna uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2- 931/2006 saylı qətnaməsinə əsasən X16 ilə X17 arasında X23 küçəsi, 35 saylı mülkə (2-ci ünvanı Ziya Bünyadov küçəsi, 108) dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-931/06 saylı qərardadında yuxarıda göstərilən qətnamənin X11 ümumi əmlakının yalnız “A” literli yaşayış evindən ibarət hissəsinə aid olduğu göstərilməklə bu hissənin (Ə. U. Gəncəvi küçəsi 35) X9 mülkiyyətinə verilməsi qət edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(043)- 1511/2010 saylı qətnaməsinə əsasən Cavabdeh ilə və X17 arasında Ziya Bünyadov küçəsi, 108 saylı mülkə dair (X23 küçəsi, 35 saylı ünvanda yerləşən X11 adına olmuş ümumi əmlakın yalnız “B” literli yaşayış evi) alqısatqı müqaviləsinin bağlanmış hesab edilmişdir. Qətnamə əsasında Cavabdeh adına xx.xx.2011-ci il tarixli, **********89-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-2147 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh Ziya Bünyadov küçəsi 108 saylı fərdi yaşayış evini X4 bağışlamışdır. Müqavilə üzrə X3 adına xx.xx.2021-ci il tarixli, **********89-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2021- ci il tarixli, 4Ə-2544 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, bu əmlak X5 tərəfindən X2. Həmin müqvilə əsasında X10 adına xx.xx.2021-ci il tarixli, **********89-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-2442 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ev X18 tərəfindən X1. Bu müqaviləyə əsasən, sonuncunun adına xx.xx.2023-cü il tarixli, **********89-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərin təsdiq olunmuş surəti məhkəməyə göndrəilir. İş materiallarında olan xx.xx.1991-ci il tarixli və xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.1991-ci il təvəllüdlü İddiaçı2 atası X7, anası İddiaçı3dır. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Hazirki iş üzrə iddiaçılar mübahisəli evə köçürülmələrini xahiş etmiş və tələbi həmin yaşayış sahəsinə istifadə hüquqlarının olması ilə əsaslandırmışlar. Lakin mübahisəli yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində hazırda iş üzrə cavabdehin adına qeydiyyata alınmamışdır, yəni Cavabdeh hazırkı iş üzrə tələbə cavab verməli olan şəxs deyil. Halbuki, müvafiq qanunvericliyə əsasən, iddiaçı tərəf istifadə hüququ olduğu üçün evə köçürülmə tələbini mülkiyyətçiyə qarşı irəli sürə bilər. Belə olan halda cavabdehin mövcud vəziyyətdə mübahisəli evin mülkiyyətçisi olması öz təsdiqini tapmadığına, yəni tələbə cavab verməli olan şəxs olması sübuta yetirilmədiyinə görə iddia əsaslı hesab edilə və təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (50.3). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar