Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5550/2025 05.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqllı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakı ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər X9 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” və qarşılıqlı iddia üzrə iddiaçılar Daşdəmirova (Nağıyeva) Ramilə Rəhman qızı və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “evdən istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İlkin iddia tələbi. - İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər X9 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X9 və Cavabdeh2 və yetkinlik yaşına çatmayan övladı X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi. -İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Daşdəmirova (Nağıyeva) Ramilə Rəhman qızı və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “evdən istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsini və onun ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair istifadə hüququnun mövcudluğunun tanınması və övladları Cavabdeh2 və X6 ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbinin əsaslandırıldığı hallar. -Məlum edir ki, cavabdeh X9 oğlu Elvin Daşdəmirovla xx.xx.2004-cü il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan onların xx xxxxxx 2005-ci il tarixdə Cavabdeh2 və 17 iyul 2009-cu il tarixdə X6 anadan olmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-74/2019 nömrəli qətnaməsinə əsasən X4 ilə Cavabdeh1 arasında olan xx.xx.2004-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsində 694 nömrə ilə qeydiyyata alınmış nikah qeydi pozulmuş, birgə nikahdan xx xxxxxx 2005-ci il tarixdə anadan bhnuş Cavabdeh2 və 17 iyul 2009-cu il tarixdə anadan olmuş X3 Cavabdeh1 yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. Beləliklə, cavabdehlər 2018-ci ilin payız aylarında oğlu Elvin Daşdəmirovla nikah münasibtlərimizə xitam verdiyi gündən Gəncə şəhəri 4-cü mikrorayon, ev 6, 39 nömrəli mənzili tərk ediblər. Hazırda cavabdehlər daimi əsaslarla Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 9, mənzil 1-də yaşayırlar. Bu hal məhkəməyə təqdim edilən sənədlər və cavadehlərin özlərinin Gəncə İnzibati Məhkəməsində baxılan işdə etirafları ilə təstiq olunur. Buna görə də hesab edir ki, cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməlidir. Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar -Qarşılıqlı iddia üzrə iddiaçı Ramilə Nağıyeva 2005-dən etibarən mübahisəli ünvana mülkiyyətçinin razılığı ilə gəlin kimi köçmüş, illərlə əri və azyaşlı övladları ilə birlikdə daimi yaşamış, qeydiyyata alınmışdır. Bu faktlar “ailə üzvü” statusu və istifadə hüququ üçün qanuni tərkib elementlərini tamamlayır. 2018-dən sonra onun və uşaqlarının həmin evdə yaşamaması öz xoşu ilə deyil: keçmiş qaynatası evə buraxmır, faktiki maneçilik yaradır. Bu vəziyyət hüququn özünü ləğv etmir, sadəcə icrasını əngəlləyir. Gəncə Apellyasiya Məhkəməsi bu mübahisənin mülki xarakterini və qeydiyyatın ləğvi üçün əvvəlcə istifadə hüququ barədə məhkəmə qərarı gərəkdiyini artıq göstərib. Məhz buna görə bu qarşılıqlı iddia ilə hüququn tanınmasını və faktiki köçürülməni tələb etmək məcburiyyətində olub hazırki qarşılıqlı iddia ərizəsi ilə Məhkəməyə müraciət edir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-308/2025 nömrəli, 31,07.2025-ci il tarixli qərarında göstərilmişdir ki, Məhkəmə kollegiyası göstərir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. İddiaçı mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınan ünvan 1 ünvanından üçüncü şəxslər X9, Cavabdeh2 və X3 pasport qeydiyyatında çıxarılması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2024-cü il tarixli, 3-13- 57/2-D-26314/11/24 nömrəli məktubda bildirmişdir ki, üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşin faktiki hallarından müəyyən olunur ki, Kirovabad şəhər X13 İcrayə Komitəsi tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli 59 nömrəli order əsasında Gəncə şəhəri, 4-cü mikrorayon, ev 6 ünvanda yerləşən 39 nömrəli mənzil sahibləri və istifadəçiləri iddiaçı və onun 3 nəfər ailə üzvünə məxsus olmuşdur. Həmin şəxslərdən biri olan X4 ilə Nağıyeva (Daşdəmirova) Ramilə Rəhman qızı arasında nikah xx.xx.2004-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayon WADQ şöbəsində 694 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Cavabdeh1 xx.xx.2005-ci il tarixdən mübahisəli mənzildə pasport qeydiyyatına alınmışdır. Onların birgə nikahından xx xxxxxx 2005-ci il tarixdə Cavabdeh2 və 17 iyul 2009-cu il tarixdə X6 doğulmuşdur. 2011-ci ildə Kirovabad şəhər X13 İcrayə Komitəsi tərəfindən xx.xx.1987-ci il tarixli 59 nömrəli orderdə adları qeyd olunmuş şəxslərin (gözlənilən mülkiyyət hüququ olan şəxslərin) razılığına, həmçinin həmin zaman iddiaçının gəlini Cavabdeh1 da ərizəsinə əsasən mənzil iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Üçüncü şəxs Cavabdeh1 X4 ilə nikahı 2019-cu ildə pozulmuşdur. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 158 nömrəli arayışına və qonşular tərəfindən imzalanmış Akta əsasən üçüncü şəxslər hazırda mübahisəli ünvanda yaşamırlar. Məhkəmə kollegiyası göstərir ki, hazırkı halda üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qanunvericiliyin tələbinə əsasən mümkün deyil. Göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi xahiş olunub. Tərəflərin izahatları. -Məhkəmə iclasında iştirak edən İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyd edi ki, doğrudanda oğlu Elvin Daşdəmirov ailə qurduqdan sonra gəlini Ramilə toy günü həmin evə köçmüş, lakin 1 ay sonra oğlu və gəlini Ramilə həmin evdən çıxaraq, gəlinin anasına məxsus evdə, daha sonra isə kirayədə yaşamışlar. 2017-ci ildə oğlu və ailəsi yenidən onların yanına qayıtmışdır. Oğlu Elvin ilə gəlini Ramilə aralarında olan narazılıqlara görə 2018-ci ildə faktiki olaraq, 2019-cu ildə isə rəsmi olaraq ayrılmışlar. 2018-ci ildən gəlini anasına məxsus evdə yaşayır. Sonda iddiasının tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. -İlk iddia üzrə cavabdeh qarışılıqlı iddia üzrə iddiaçı Daşdəmirova (Nağıyeva) Ramilə Rəhman qızı qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, bildirdi ki, ilkin iddia üzrə İddiaçı oğlu Elvin Daşdəmirov ilə 2004-cü ildə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Toydan sonra onlar ünvan 2 ünvanında yerləşən mənzilə köçmüşdür. 1 ay orda yaşdadıqdan sonra həmin mənzildən öz razılıqları ilə çıxaraq kirayədə qalmışlar. Kirayə çıxmalarının səbəbi evdə yaşayan adamların sayının çoxluğu ilə bağlı olmuşdur. Belə ki, Ailəlikcə aldıqları qərara görə qaynı Elnara alınmış torpaq sahəsində ev tikildikdən sonra, onlar yenidən həmin mənzilə qayıdacaqlar. Lakin, qaynı Elnara alınan torpaq sahəsinin sənədləşmə işində problem olduğu üçün evi inşa edə bilməmişlər. Bu səbəbdəndə onlar həmin mənzilə yenidən qayıda bilməmişlər. Elvinlə birgə nikahlarından iki övladları dünayaya gəlmişdir. Övladları kirayə qaldırları müdətdə yəni - Cavabdeh2 2005-ci ildə, digər qızı Fatimə Daşdəmirova isə 2009-cu ildə dünyaya gəlmişdir. Onlar uzun müddət anasına məxsus evdə və digər yerlərdə kirayədə yaşamışlar. 2011-ci ildə mübahisəli mənzil özəlləşdirilərkən mənzilin İddiaçı adına özəlləşməsinə etiraz etmədiyinə dair ərizə vermişlər. Daha sonra 2017-ci ildə İddiaçı məxsus qeyd edilən həmin mənzildə-yəni ünvan 2 ünvanında yaşamağa başlamışlar. 2018-ci ildə İddiaçı oğlu Elvinlə ayrılmışlar, 2019-cu ildə rəsmi olaraq nikahlarına son vermişlər. O, həmin tarixdən anasına məxsus olan evlərdən birində uşaqları ilə birgə yaşayır. Anası 2025-ci ilin sentyabr ayında vəfat etmiş ondan 2 mənzil qalmışdır. Mənzilin birində qardaşı, digərindəyəni Gəncə şəhəri Nizami rayonu Gülüstan qəsəbəsində yerləşən mənzildə isə uşaqları ilə birgə o yaşayır. Onun yaşadığı mənzildə gələcəkdə qardaşının oğlu yaşayacaqdır. Qeyd edilənləri nəzərə alıb, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları. -Kirovabad şəhər X13 İcaryə Komitəsi tərəfindən 14 may 1987-ci il tarixdə verilmiş 59 nömrəli orderin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı və onun ailə üzvləri X10, X5 və X2 istifadəsinə verilmişdir. -Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 6, mənzil 39 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 68 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Gəncə şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsini tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 4-cü mikrorayon, ev 6, mənzil 39 ünvanında qeydiyyatdadır. Övladları Cavabdeh2 və X6 həmin ünvanda qeydiyyatda olsalar da, qeyd olunan ünvanda yaşamırlar. -Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1322/2025 nömrəli qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Gəncə şəhər Baş Polis idarəsinə qarşı X9, Cavabdeh2, X3 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. -Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2- 1(104)-308/2025-ci il tarixli qərarından görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1322/2025 saylı qərarı dəyişdirilmədən saxlanmışdır. -AZ-İ 687159 nömrəli doğumhaqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2005-ci ildə Gəncə şəhərində doğulmuşdur, atası X4, anası Cavabdeh1dır. -AZ-İİ 288883 nömrəli doğumhaqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2009-cu ildə Gəncə şəhərində doğulmuşdur, atası X4, anası Cavabdeh1dır. -xx.xx.2023-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X4 ilə Cavabdeh1 arasındakı nikah xx.xx.2019-cu il tarixli, 2(043)-74 saylı qətnamə əsasında pozulmuşdur. Nikah pozulduqdan sonra arvada Nağıyeva soyadı verilmişdir. -xx.xx.2011-cı il tarixli ərizədən görünür ki, Cavabdeh1 Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 6, mənzil 39 nömrəli mənzilin İddiaçı adına xüsusiləşdirilməsinə etiraz etməmişdir. -xx.xx.2011-cı il tarixli ərizədən görünür ki, X1 şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 6, mənzil 39 nömrəli mənzilin İddiaçı adına xüsusiləşdirilməsinə etiraz etməmişdir. -xx.xx.2025-ci il tarixli AZ-İİ 535289 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2025-ci il tarixdə ölmüşdür. -Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsində istifadədə olan 0.1224 ha torpaq sahəsində yerləşən 2 otaqlı 1 nömrəli mənzil nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq. -Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.2-ci maddəsinə əsasən İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. -Azərbaycan Respublikasının 8 iyul 1982-ci il tarixdən 1 oktyabrın 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 51-ci maddəsinə əsasən : Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. 53-cü maddəsinə əsasən : İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 54-cü maddəsinə əsasən: İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 54-cü maddəsinə əsasən: İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 87-ci maddəsinə əsasən: İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir -«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-ci il tarixli Qərarı: Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur. Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servtitutdur. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. -“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi. -Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (bundan sonra İddiaçı) oğlu Elvin Daşdəmirov ilə hazırda ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı olan Cavabdeh1(Nağıyeva) (bundan sonra Cavabdeh1) xx.xx.2004-cü ildə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Toydan sonra Cavabdeh1 Kirovabad şəhər X13 İcaryə Komitəsi tərəfindən 14 may 1987-ci il tarixdə verilmiş 59 nömrəli order əsasında İddiaçı və onun ailə üzvlərinin istifadəsində olan ünvan 2 ünvanında yerləşən mənzilə köçmüşdür. (həmin vaxt qeyd edilən mənzil özəlləşdirməmişdir). İddiaçı oğlu Elvin və gəlini- Cavabdeh1 1 ay həmin mənzildə yaşdadıqdan sonra öz razılıqları ilə mənzildən çıxaraq kirayədə qalmışlar. İlkin iddia üzrə digər cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı olan Lalə Dadəmirova (bundan sonra: Cavabdeh2) Elvin və Ramilə Dadəmirovanın kirayə qaldırları müdətdə-2007-ci ildə, digər qızları Fatimə Daşdəmirova isə 2009-cu ildə dünyaya gəlmişdir. Bundan sonra İddiaçı oğlu Elvin Daşdəmirovu həmçinin gəlini Cavabdeh1 2011-ci ildə mənzil özəlləşdirilərkən mənzilin İddiaçı adına özəlləşməsinə etiraz etmədiyinə dair ərizə vermişlər və ev İddiaçı adına özəlləşmişdir. Daha sonra 2017-ci ildə İddiaçı oğlu Elvin ailəsi ilə birlikdə yenidən atası evində-yəni hazırda mübahisəli olan ünvan 2 ünvanında yaşamağa başlamışlar. 2018-ci ildə İddiaçı oğlu Elvinlə və Cavabdeh1 faktiki ayrılmışlar və 2019-cu ildə rəsmi olaraq nikahlarına son vermişlər. Cavabdeh1 həmin tarixdən anasına məxsus olan evlərdən birində uşaqları ilə birgə yaşayır. Cavabdeh1 anası 2025-ci ilin sentyabr ayında vəfat etmişdir. R.Daşməmirova hazırda mərhum anasına məxsus Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən mənzildə uşaqları ilə birgə yaşayır. Qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsini tələblərini, hüquq münasibətlərinin 2004-cü ildə yaranmasını, həmin vaxt mənzilin özəlləşdirilməməsini, mənzilin həmin vaxt dövlət fonduna aid olmasını nəzərə alaraq Məhkəmə qeyd edir ki, mübahisəyə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. -8 iyul 1982-ci il tarixdən 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü və 54-cü maddələrinə nə əsasən İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər., İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. ...İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. -Bu baxımdan məhkəmə qeyd edir ki, 14 may 1987-ci il tarixdə verilmiş 59 nömrəli orderdə İddiaçıla birgə onun oğlu Elvin Daşdəmirovunda adı qeyd edilmişdir. -Deməli, Elvin Daşdəmirovda həmin mənzilin icarədarlarından biri olmuş və onunla birgə həmin mənzildə onun ailə üzvləridə yaşaya bilərdi. Elvin Daşdəmirovla Cavabdeh1 nikah bağladıqdan sonra orderdə qeyd edilən mənzildə yaşamışlar. -Lakin, tərəflər öz istəkləri həmin mənzildə cəmi 1 ay yaşadıqdan sonra mənzildən köçərək R.Damdəmirovanın anasına məxsus evdə və digər yerlərdə kirayədə qalmağa başlamışlar. 2011-ci ildə isə ümumiyyətlə həmin evin İddiaçı adına özəlləşdirilməsinə etriaz etməmişlər. Yalnız 2017-ci ildə həmin mənzildə yenidən yaşamağa başlamışlar. -Yenə də həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləinin 60-cı maddəsinə əsasən İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. (həmin maddədə göstərilən digər əsaslar istisna olmaqla), 80-ci maddəsinə əsasən isə İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir -Göründüyü kimi, İddiaçı oğlu Elvin və onun arvadı Cavabdeh1 uzun müddət yəni 12 il müddətində həmin mənzildə yaşamamışlar. Belə olan halda, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbi baxımdan İddiaçı oğlu Elvin Daşdəmirov və onun arvadı Cavabdeh1 mənzildən istifadə hüququnu itirmişlər. -Bu baxımdan, Cavabdeh1 uzun müddət həmin mənzildə yaşamamaqla mənzilə mövcud olmuş istifadə hüququ itirildiyindən onun hazırda mövcud olmayan hüququna xitam verilməsi mükün deyil. -Məhkəmə iclası zamanı həmçinin o da müəyyən edilir ki, 2005-ci ildə İddiaçı oğlu Elvin və onun arvadı Cavabdeh1 hər hansı bir təziq olmadan, yəni öz iradələri ilə mənzildən çıxaraq kiraydə yaşamağa başlamışlar. -X8 Cavabdeh1 qızları Cavabdeh2 və Fatimə Daşdəmirova ata və anası mübahisəli mənzildə yaşamadığı vaxt-yəni Lalə 2005, Fatimə isə 2009-cu ildə dünyaya gəldiyindən, onların ata və anasının order əsasında verilmiş həmin mənzildə uzun müddət yaşamamaqla artıq istifadə hüquqlarını itirdiklərindən, uşaqların qeyd edilən mənzilə ümumiyyətlə istifadə hüququ yaranmamışdır. -Bu səbəbdəndə məhkəmə hesab edir ki, uşaqların mövcud olamayan hüququna xitam verilməsi mümkün deyil. - Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə qarşlılıq iddia tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh1 mövcud olmuş istifadə hüququ itirildiyindən və onun qızı Cavabdeh2 və Fatimə Daşdəmirovanın isə ümumiyyətlə həmin mənzilə istifadə hüququ yaranmadığından onların istifadə hüququnun tanınması və həmin evə köçürülməsinə dair iddiaları təmin oluna bilməz. -Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur. -Bu baxımdan məhkəmə qeyd edir ki, Cavabdeh1 hazırda özünün anasından miras qalan mənzilə mülkiyyət hüququ yaranması əsasları var. Belə ki, iddiaçının anası xx.xx.2025-ci ildə rəhmətə getmiş və ondan mənzil qalmışdır. Cavabdeh1 bildirməsinə 2019-cu ildən hazır kı tarixədək həmin mənzildə yaşayır. Qüvvədə olan qanunvericiliyin tələbinə görə əgər vərəsə 3 ay müddətinə mirasdan imtina etməmişdirsə o, miras əmlakı qəbul etmiş sayılır. Belə olan halda Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququ qalmış olsa idi belə, hazır ki vəziyyətdə ona anasından miras qalan evə görə servitutunyəni istifadə hüququnun əsasları aradan qalxmış olacaqdı. -Həmçinin qarşılıqlı Cavabdeh1 və onun uşaqlarının həmin evdə qeydiyyatda olmasını əsas gətirərək evdə istifadə hüqunun olmasına münasibətdə məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. -Bundan başqa hazırda hər iki iddia tələbi təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumları tərflərin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Daşdəmirova(Nağıyeva) Ramilə Rəhman qızı və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçılar Daşdəmirova (Nağıyeva) Ramilə Rəhman qızı və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “evdən istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Ödənilmiş rüsum tərəflərə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №2(125)-5550/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5550/2025
05.01.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver