Məhkəmə qərarları › İş №2(125)-5564/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5564/2023

28.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5564/2023 28.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, iddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə İsrafil oğlunun iştirakı ilə, İddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Cavabdeh Firuddin oğluna qarşı yaşayış otağından istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Cavabdeh Firuddin oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Yaşar və Həsrət Əliyev qardaşları küçəsi, 1* №-li (yataqxana)binanın 27 №li otağında qeydiyyatda olan Cavabdeh Firuddin oğlunun istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə İsrafil oğlu iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Gəncə şəhəri, Yaşar və Həsrət Əliyev qardaşları küçəsi, 1* №-li bina (yataqxana) 27 №-li otağı Gəncə Şəhəri MKTİB-nin balansına aiddir. Həmin binanın 27 saylı otağında qeydiyyatda olan Cavabdeh Firuddin oğlu uzun illərdir ki, həmin otaqda yaşamır. Ona görə də, kommunal xərclərin ödənilməsində müəyyən çətinliklər yaranır. Cavabdeh Gəncə şəhəri, Yaşar və Həsrət Əliyev qardaşları küçəsi, 1* №-li binanın 27 №-li otağında qeydiyyatda olmasına baxmayaraq onun harada yaşaması haqqında heç bir məlumatları yoxdur. İddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh Firuddin oğluna məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 24.*7.2*23-cü il tarixli hesabdan çıxarışdan görünür ki, cavabdeh Babayev X1 şəhəri, Yaşar və Həsrət Əliyev qardaşları küçəsi, bina 1*, mənzil 27 ünvanında qeydiyyatdadır. 24.*7.2*23-cü il tarixli arayışdan görünür ki, Gəncə şəhəri, Yaşar və Həsrət Əliyev qardaşları küçəsi, bina 1*, mənzil 27 ünvanında Cavabdeh Firuddin oğlu uzun müddətdir ki, yaşamır. Cavabdehə göndərilmiş poçt zərfindən görünür ki, cavabdeh Gəncə şəhəri, Yaşar və Həsrət Əliyev qardaşları küçəsi, 1* №-li binanın 27 №-li otağında yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normalarına uyğun olaraq qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra-Mənzil Məcəlləsi) 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Mənzil Məcəlləsinin 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Mənzil Məcəlləsinin 82.3-cü maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Gəncə şəhəri, Yaşar və Həsrət Əliyev qardaşları küçəsi, 1* №-li bina (yataqxana) Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Binanın 27 saylı otağında Cavabdeh Firuddin oğlu qeydiyyatda olsa belə orada yaşamır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, başqa yerə köçdükləri üçün Gəncə şəhəri, Yaşar və Həsrət Əliyev qardaşları küçəsi, 1* №-li binanın (yataqxana) 27 saylı otağında qeydiyyatda olan Cavabdeh Firuddin oğlunun istifadə hüquqları itirilmiş hesab edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən 1** manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-22*, 227, 233, 358 və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh Firuddin oğlunun Gəncə şəhəri, Yaşar və Həsrət Əliyev qardaşları küçəsi, 1* №-li binanın (yataqxana) 27 saylı otağından istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdeh Firuddin oğlundan dövlət rüsumu hesabına 1** manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar