Məhkəmə qərarları › İş №2(125)-5566/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5566/2023

28.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5566/2023 28.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi, Ərizəçi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində DSMF-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində DSMF-nin Gəncə Şəhər şöbəsinə qarşı işləmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində DSMF-nin Gəncə Şəhər şöbəsinə qarşı işləmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, *1.*1.1978-ci il tarixdən *1.12.1989-cu il tarixədək Ermənistan Respublikasının Meğri rayonun Nüvədi kəndinin keçmiş “Qırmızı Sərhəd” kolxozunda işləməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1957-ci il tarixdə Ermənistan Respublikasının Meğri rayonunun Nüvədi kəndində anadan olmuşdur. Orta məktəbi bitirəndən sonra xx.xx.1975-ci il tarixdən *2.12.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Xidmətdən qayıdandan sonra *1.*1.1978-ci ildən (əmək kitabçasında səhvən 1976-cı il qeyd edilmişdir) 1989-cü ilin dekabr ayınadək on bir il Nüvədi kəndi “Qırmızı Sərhəd” adına kolxozda kolxozçu işləmişdir. 1989-cu idə əmək kitabçası məlum hadisələr zamanı oradan qaçqın kimi çıxanda tələsik yazılaraq verilmişdir. Ona görə də, göstərdiyi illərdə kolxozda işlədiyi barədə əmək kitabçasında qeyd yoxdur. Pensiyaya çıxanda həmin illər əmək stajına daxil edilmədiyindən pensiyası düzgün hesablanmamışdır. Həmin illərdə işlədiyinə görə pensiyanın yenidən hesablanmasını istəyir. Lakin arxiv sənədləri Ermənistan Respublikasında qaldığı üçün lazım olan sənədləri əldə edə bilmir. Bu barədə DSMF-nin Gəncə-Daşkəsən regional filialına verdiyi ərizə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. Oradan ərizəsinə imtina cavabı verilmişdir. Beləliklə, o hüquqlarından istifadə edə bilmir. Lazımi sənədləri başqa qaydada ala bilmədiyinə görə məcbur olub məhkəməyə müraciət etmişdir. Onun həqiqətən *1.*1.1978-*1.12.1989-cu illər ərzində kolxozda işlədiyini məhkəməyə gətirəcəyi şahidlər də, təsdiq edə bilərlər. Bundan başqa işlədiyi vaxt 1984-cü ildə partiyaya daxil olub, 1989-cu ilədək üzvlük haqqı ödəmişdir. Odur ki, *1.*1.1978-ci il tarixdən *1.12.1989-cu il tarixədək Ermənistan Respublikasının Meğri rayonun Nüvədi kəndinin keçmiş “Qırmızı Sərhəd” kolxozunda işləməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində DSMF-nin nümayəndəsi Nümayəndə ərizə təqdim edərək, bildirmişdir ki, Ərizəçi *1.*1.1976-cı il tarixdən Nüvədi “Qırmızı Sərhəd” adına kolxozda işləməsi barədə qeyd edilmişdir. Bundan başqa ərizəçinin həmin kolxozda işləməsi barədə arayış təqdim edir. Odur ki, həm kitabça, həm arayışın mövcudluğu işə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qaydasında baxılmasını istisna edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*8-ci maddəsində hüquqi əhəmiyyətli faktlara baxılması o zaman mümkün sayılmışdır ki, ərizəçi ona lazım olan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə qeyd edir ki, ərizəçi yuxarıda qeyd olunan tələblə yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində DSMF-na müraciət edə bilər. Ərizəçinin qanuni tələbinin yerinə yetirilməsindən imtina edilməsi ilə əlaqədar ona imtina etmiş vəzifəli şəxsin, yəni müvafiq orqanın müdirinin qərarından inzibati qaydada inzibati məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının MPM-nin 261.*.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli Qərarında 13.2-ci bəndinə əsasən, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, Ərizəçi *1.*1.1976-cı il tarixdən Nüvədi “Qırmızı Sərhəd” adına kolxozda işləməsi barədə qeyd oluğundan, həmçinin ərizəçinin həmin kolxozda işləməsi barədə arayış olduğundan məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və ərizəçiyə izah olunmalıdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində DSMF-na müraciət edə, imtina verildikdə isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində DSMF-nin Gəncə Şəhər şöbəsinə qarşı işləmə faktının müəyyən edilməsinə dair ərizəsi üzrə iş üzrə icraata xitam verilsin. Ərizəçiyə izah olunsun ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində DSMF-na müraciət edə, imtina verildikdə isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar