Məhkəmə qərarları › İş №2(125)-5567/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5567/2023

29.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5567/2023 29.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X37 Tahir oğlunun sədrliyi, Aslanzadə Nəzrin Xəqani qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxslər X12 və Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinə, qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi maraqlı şəxs X12 və Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək atası X5 babası Ərizəçi Tağı oğlunun övladı olması, babası Ərizəçi Tağı oğlunun ölümündən sonra vərəsəliyin atası X15, atasının vəfatından sonra isə vərəsəliyin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdı ki, Gəncə şəhəri, C.Cabbarlı küçəsi, 29 saylı mülk babası X16 adına olmuş, X29 nənəsi Tağızadə Məsmə ilə 1924-cü ildə rəsmi qaydada evlənmiş, onların birgə nikahlarından 8 övladları, o cümlədən atası X15 anadan olmuşdur. Tağızadə Ələddin *5.11.1943-cü ildə anadan olmuşdur. Babası Ərizəçi 23.1*.1974-cü ildə, nənəsi X23 xx.xx.1997-ci ildə vəfat etmişdir. X1 və X6 3*.1*.1977-ci il tarixdə evlənmiş, onların birgə nikahdan 3 uşaqları xx.xx.198*-ci ildə o, 15.*5.1988-ci ildə X7 və *2.11.1989-cu ildə X22 anadan olmuşdur. Qardaşlarından Camaləddin və Xaliq anadan olandan sonra bir neçə ay yaşamışlar və ölmüşlər. X3 *8.*3.2*16-cı ildə, atası X15 29.*8.2*21-ci ildə vəfat etmişdir. X26 ölümündən sonra ondan qalan miras mülkdə atası X15 və nənəsi X23 yaşamış, onların ölmündən sonra mülkdə yalnız o yaşamışdır. Babasının və nənəsinin ölmündən sonra miras mülkdə atası Tağızadə Ələddin yaşamaqla vərəsəliyi faktiki qəbul etmiş, atanın vəfatından sonra isə o vərəsəliyi qəbul etmşdir. Atası sağlığında notariat kontoruna müraciət edərək miras mülkü adına rəsmiləşdirmək istəmiş həmin vaxt bütün sənədlər toplanmışdır. X33 filialının 29.*4.2*21-ci il tarixli arxiv arayışında 2*.11.1943-cü ildə doğulmuş atası X2 Əlizadə, Babasının adı isə X11 qeyd edilmişdir. Notariat ofisi məhz bu səbəbdən, həmiçinin vərəsəliyi qəbul etmə faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olduğunu tövsiyə etmişdir. Lakin sonra atasının vəfatı ilə işlər yarımçıq qalmışdır. Babası nənəsi ilə *2.11.1924-cü ildə nikaha daxil olarkən onlara verilmiş nikah şəhadətnaməsində soyad göstərilməmişdir. Bu isə onu təsdiq edir ki, onlar nikaha daxil olduqdan sonra özlərinə soyad götürmüşlər. Atasının doğum şəhadətnaməsində atasının X24 olduğu göstərilmişdir. Əlizadə soyadı hər hansısa bir formada Tağızadə soyadı ilə oxşar deyil ki, bu zaman vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatındakı səhv barəsində düşünülməsi mümkün deyil. Babasının adı X24 olmuş, sonradan onun və övladının soyadı Tağızadə olmuşdur. Bu isə onu təsdiq edir ki, Əlizadə İsmayıl ata adı olan Tağı adından sonradan soyad kimi istifadə etmişdir. Yəni soyadını sonradan Tağızadə kimi qeyd etdirmişdir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili, Nümayəndə Mərhəməd qızı ərizənin məzmununa uygun izahat verərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi məhkəməyə məktub ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Digər maraqlı şəxs X12 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxs X1* iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icliasında şahid qismində dindirilən Şahid3 Əkbər oğlu ifadəsində göstərmişdir ki, ərizəçi onun əmisi oğludur, maraqlı şəxs Tağızadə Fərhad isə Əmisidir. Atasının adı Ələkbərdir, ərizəçinin babası İsmayılın 7 oğlu bir qızı olmuşdur. Onların hamısı Tağızadə olub, ikisi Tağıyev olub. Ərizəçinin atası Ələddinin familyasının Əlizadə olmasını birinci dəfədir eşidir, texniki səhv olub yəqin. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, ərizəçinin atası Ələddin dayısı olub. 7 dayısı olub. Baba İsmayılın qız nəvəsidir. Babası İsmayıl 1974-cü ildə ölüb, nənəsi 1997-ci ildə ölüb. Ərizəçinin atası yaşayıb həmin evdə. Ələddinin soyadı Tağızadə, baba İsmayılın soyadı da Tağızadə olub. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:-431472 nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X17 ilə X8 arasında 3*.*9.1977-ci ildə nikah bağlanmışdır. Vİİ-JQ *59837 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.198*-ci il tarixdə anadan olmuş Ərizəçi ata qrafasında X15, ana qrafasında X8 qeyd edilmişdir. AZ-İİ 213*84 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 29.*8.2*21-ci il tarixdə ölmüşdür. AZ-İİ 246538 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 *8.*3.2*16-cı ildə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinin 14.*1.2*22-ci il tarixli 132/15 nömrəli arayışından görünür ki, X9 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 14.*1.2*22-ci ilədək yoxlama aparılmış aşağıdakı məlumatlar aşkar edilmişdir: 1.Ata Ərizəçi Tağı oğlu,

2. X13, 3.X4, 4.Uşaq Ərizəçi İ-JQ 325227 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Tağı oğlu (baba) 23.1*.1974-cü ildə ölmüşdür. 25.*5.1987-ci il tarixli, 428-6 nömrəli qeydiyyat şəhadətnaməsinin surtindən görünür ki, Gəncə (Kirovabad) şəhər, C.Cabbarlı küçəsində 2 otaqlı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə Ərizəçi Tağı oğlunun adına qeydə alınmışdır. Azərbaycan Respublikası X33 filialı tərəfindən verilmiş 29.*4.2*21-ci il tarixli 437(276)/4 nömrəli arayışın surətindən görünür ki, X5 barəsində 2*.11.1943-cü ildə 936 nömrəli doğum akt qeydində soyadı Əlizadə adı Ələddin atası X24, anası X23 qeyd edilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, ərizəçinin atasının doğum akt qeydində soyadı və atasının soyadı Əlizadə kimi qeyd edilməklə digər sənədlərdə olduğu kimi Tağızadə kimi qeyd edilmişdir. Halbuki, hüquqi əhəmiyəti olan faktların müəyyən edilməsindən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyükimi ərizəçinin atasının və babasının bütün sənədlərində soyadları və ata adları olduğu kimi qeyd edilsə də yalnız atasının doğum akt qeydində atasının və babasının soyadı Əlizadə kimi qeyd edilmişdir ki, bu da vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyatın düzgün aparılmamasıdır. Ərizəçi akt qedində olan ziddiyətlərin atasının və babasının soyadının Əlizadə kimi qeyd edildiyini, sonradan isə babasının ata adının Tağı olması ilə bağlı Tağızadə soyadına keçdikləri ilə əlaqələndirərək qeydiyyat aparılarkən yanlışlığa yol verilməməsini göstərmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, ərizəçi atasının və babasının soyadlarını dəyişdirərək Əlizadə soyadından Tağızadə soyadına keçmələrini təsdiq edən sənədi əldə etmək imkanı olduğu halda qohumluq faktının təsdiq olunmasını xahiş etmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli, *3 saylı qərarının 2.2-ci bəndində qeyd olunur ki, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır.Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxslər X18 və Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinə, qarşı qohumluq faktının müəyyən edilməsinə dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 1** manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 216-22*, 227, 233, 3*7, 3*8, 311, 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

Ərizəçi maraqlı şəxslər X18 və Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinə qarşı qohumluq faktının müəyyən edilməsinə dair ərizəsi əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 1** manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar