Məhkəmə qərarları › İş №2(125)-5581/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5581/2025

25.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5581/2025 25.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin Notariat ofisi, Maraqlı şəxs2 və Maraqlı şəxs3) “mirasın qəbul edilməsi faktının müəyyən ediləsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Hazırkı mülki işin mübahisəsiz halları bundan ibarətdir ki: Maraqlı şəxs2 ilə X4 xx.xx.1983-cü ildə Gəncə şəhərində 1071 saylı akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar, tərəflərin birgə nikahından xx.xx.1984-cü il təvəllüdlü Ərizəçi (bundan sonra- iddiaçı) və xx.xx.1985-ci il təvəllüdlü Maraqlı şəxs3 doğulmuşdur. X3 xx.xx.2012-ci ildə vəfat etmişdir və ölüm xx.xx.2012-ci ildə 235 nömrəli akt qeydi ilə Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən qeydiyyata alınmışdır; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən” xx.xx.2025-ci il tarixli arayışa əsasən, Gəncə şəhəri, Yeni qaydalarla: AZ 2008, ünvan 1 yerləşən 0.04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X2 adına qeydə alınmışdır; 1 saylı Gəncə Regional “Asan xidmət” Mərkəzində Notariat ofisi tərəfindən Ərizəçi verilmiş xx.xx.2025-ci il tarixli, 2776 saylı məktubdan görünür ki, mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aiddiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.04 ha torpaq sahəsi üzərində mirasın qəbul etməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qanun üzrə vərəsə kimi daşınmaz əmlak olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər (çıxarış) alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə müraciət etmiş və notariusun xx.xx.2025-ci il tarixli 2776 nömrəli məktubu ilə mirasın qəbul müddətini ötürüldüyündən imtina edilmişdir. Maraqlı şəxs2 tərəfindən verilmiş notariat qaydada təsdiq olunmuş xx.xx.2025-ci il tarixli, **********033 nömrəli ərizəyə əsasən, arvadı – X2 vəfatından sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan (mirasdan) ona çatası miras payı nə qanun üzrə nə də faktiki olaraq bilərəkdən qəbul etməmiş. Buraxılmış müddətinin bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun notarius tərəfindən ona izah edilmiş. Pay almaq istəmir, miras payın ona çatası hissəsinin qızı Ərizəçi adına rəsmiləşdirilməsinə etiraz etmir. Maraqlı şəxs3 tərəfindən verilmiş notariat qaydada təsdiq olunmuş xx.xx.2025-ci il tarixli, **********017 nömrəli ərazəyə əsasən, anası - X2 vəfatından sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan (mirasdan) ona çatası miras payı nə qanun üzrə nə də faktiki olaraq bilərəkdən qəbul etməmiş. Buraxılmış müddətinin bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun notarius tərəfindən ona izah edilmiş. Pay almaq istəmir, miras payın ona çatası hissəsinin bacısı Ərizəçi adına rəsmiləşdirilməsinə etiraz etmir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onların nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçini dinləyərək və mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işin tədqiq olunmuş halları əsasında müəyyən edilmişdir ki, Gəncə şəhəri, Yeni qaydalarla: AZ 2008, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə məxsus olduğu X3 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Mirasın qəbulu ilə bağlı miras qoyanın vərəsələrindən heç biri həmin vaxt notariat orqanına müraciət etməmişlər. Miras qoyan öldükdən sonra onunla birlikdə həmin torpaq sahəsi üzərində tikilmiş evdə yaşamış qızı Ərizəçi həmin evə faktiki sahiblik etməklə yaşamaqda davam etmişdir. Məhkəmə iclasında ərizəçinin izahatları, iş materialları ilə müəyyən olundu ki, ərizəçi miras əmlakı faktiki qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, X3 öldükdən sonra onun qızı- Ərizəçi anasından qalan miras əmlaka sahiblik etməklə və həmin əmlakı faktiki surətdə idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Ondan başqa heç bir vərəsə həmin əmlakı nə notariat qaydada, nə də faktiki qəbul etməmişdir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirdikdə, o, mirası qəbul etmiş sayılır. Odur ki, məhkəmə hesab edir ki, X1 miras qalmış Gəncə şəhəri, Yeni qaydalarla: AZ2008, ünvan 1 ünvanında yerləşən 0.04 ha ibarət torpaq sahəsi Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X1 miras qalmış Yeni qaydalarla: AZ2008, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar