Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5600/2025 12.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X6, Ərizəçi (Maraqlı şəxs) “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə məhkəmə iclasında kənar baxaraq, müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs) “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə məhkəmə müraciət edərək, xx.xx.2023-cü ildə ölmüş X2 onun anası olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, hazırda ərizəçi Elmira X1 onun anası olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etsə də, iş materiallarına əlavə edilmiş Ərizəçi məxsus AZ seriyalı, 604227 nömrəli doğum haqqında şəhadətnamədə ana qrafasında ərizəçinin anası olaraq – “X3” qeyd edilmişdir. Göründüyü kimi ərizəçinin məhkəmə qaydasında müəyyən edilməsini xahiş etdiyi fakt aşkar olmaqla, ərizəçinin anasının kimliyi ərizəyə əlavə edilmiş doğum haqqında şəhadətnamə ilə öz təsdiqini tapdığından, onun hazırki ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də Ərizəçi (Maraqlı şəxs) “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi (Maraqlı şəxs) “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-5600/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5600/2025
12.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver