Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5627/2025 08.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı və müstəqil tələb irəli sürməyən şəxs Maraqlı şəxs1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus ünvan 1-də yerləşən otaqdan məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona və atasına paylı mülkiyyət hüququ ilə məxsus olan yeni qaydalarla ünvan 1 ünvanında yerləşən evin 1 otağını mağaza kimi işlətmişdir. O, cavabdehə mağazanı boşaltmasını tələb etsə də cavabdeh onu təhqir edərək mağazadan çıxmır. Cavabdehin onun mülkündə qalması onun mülkiyyət hüququnu pozur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 izahat verərək bildirmişdir ki, iddiaçı onun bacısıdır. Mübahisəli mənzil atasına məxsus olmuşdur. Atası sağlığında həmin mənzildən ayrıca olan bir yeri icarəyə vermişdir. Hazırda da cavabdeh hər ay ona 300 manat icarə haqqını ona ödəyir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmçinin, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, iddiaçıya məxsus evə girməmiş, iddiaçının atasının sağlığında icarə müqaviləsi əsasında həmin otaqdan istifadə etmiş, hazırda da icarə haqqını iddiaçının qardaşı Maraqlı şəxs1 ödəyir. Məhkəmə, iddiaçının və müstəqil tələb irəli sürməyən üçüncü şəxsn izahatını dinləyib, iş üzrə sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin Çıxarışından və texniki pasportdan görünür ki, Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 1, mənzil 2 (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən mənzilin ¼ hissəsi İddiaçı adına 274 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyat qeydiyyatda alınmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1519/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən məlum olur ki, Əliyeva (Rzayeva) Aytəkin Cavanşir qızı xx.xx.2019-cu il tarixdə vəfat etmiş X3 qanun üzrə vərəsəsi tanınmış, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 miras qalmış Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 1 ünvanında yerləşən 2 saylı miras evin ¼ hissəsinə iddiaçı Əliyeva (Rzayeva) Aytəkin Cavanşir qızının vərəsəlik hüququ tanınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X9 3 saylı Gəncə Ərazi İdarəsinin 01 dekabr 2025-ci il tarixli, 3-21-3-33/2-12357/2025 nömrəli əmlaka dair arxiv məlumatlarının verilməsi barədə məktubdan görünür ki, Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 1 ünvanında yerləşən 2 saylı (ünvan 3el 2025-ci il tarixli, **********5&05101-093002 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X1 (1/4 hissəsi) və X3 (3/4 hissəsi) adlarınadır. Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 1 ünvanında yerləşən 2 saylı (ünvan 4təbəli bina olaraq dövlət torpağında yerləşir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 1 ünvanında yerləşən 2 saylı mənzilin (ünvan 5 hissəsinin mülkiyyətçisidir. Cavabdeh həmin mənzilin otağından mülkiyyətçi ilə razılıq əldə etmədən istifadə edir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 165.1-ci maddəsinin tələbinə görə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqca sahib onlara son qoyulması üçün iddia verə bilər. Məhkəmə hesab edir ki, mülkiyyət hüququ təbiət etibarı ilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçının mülkiyyətindən qanunsuz istifadə etməsi faktı iş materialları ilə tam təsdiq olunduğu üçün iddia təmin edilməlidir. Həmçinin məhkəmə cavabdehin hazırda həmin otaqdan mənzilin əvvəliki mülkiyyətçisi X3, o vəfat etdikdən sonra isə mərhumun oğlu olan, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 razılığı ilə istifadə etməsinə münasibətdə bildirir ki, Maraqlı şəxs1 atasından qalan mirasa onun tərəfindən sərəncam vermək hüququnu müəyyən edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-cı maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maraqlı şəxs1 atasından qalan əmlakı faktiki qəbul edib-etməməsi məsələsinə toxunmadan məhkəmə qeyd edir ki, Maraqlı şəxs1 həmin mənzilə dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün onun qeyd edilən əmlaka dair sərəncam vermək ( o cümlədən icrarə müqaviləsi bağlamaq) hüququ yoxdur. O, atasından qalan əmlaka dair öz payına dair müvafiq hüquq müəyyən edici sənədləri əldə edərək, həmin hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındırdıqdan sonra onun həmin əmlakda dair sərəncam vermək hüququ yaranacaqdır. Bu səbəbdəndə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyətçinin-iddiaçının hazırkı tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Gəncə şəhəri, Pərviz Səmədov küçəsi, giriş 64, M1, m2 (köhnə qaydalarla ünvan 6 ünvanında yerləşən mənzilin otağından çıxarılsın. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №2(125)-5627/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5627/2025
08.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver