Məhkəmə qərarları › İş №2(125)-5672/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5672/2023

30.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5672/2023 30.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X29 Əli oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı və nümayəndəsi, vəkil Nümayəndə, Üçüncü şəxs X15 nümayəndəsi X9 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə nikahın etibarsız sayılması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 ilə Əliyeva (Manafova) Validə Abbas qızı arasında bağlanmış Gəncə şəhəri Qeydiyyat (əvvəlki Nizami rayon Qeydiyyat) şöbəsinin 04 may 2018-ci il tarixli nikah akt qeydinin etibarsız sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Əliyeva (Manafova) Validə Abbas qızının anası X23 üçüncü şəxs qismində işə cəlb edilmşdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən ev bibisi oğlu X3 vərəsəlik hüququ əsasında keçmiş və onun mülkiyyətində olmuşdur. X10 1968-ci il tarixdən Gəncə şəhəri Psixonevroloji Dispaserində psixatriya xəstəsi kimi qeydiyyatda olduğundan o, fəaliyyət qabiliyyətsiz hesab edilərək, buna dair şəhadətnamə verilmiş və Maqsud Manafov üzərində X24 qəyyum təyin olunmuşdur. Sürəyya Əliyeva 1999-cu ildə vəfat etmiş, bundan sonra X40 adlı şəxs baxmağa başlamışdır. Maqsud Manafov 2019-cu ildə vəfat etdikdən sonra Validə Manafova xəstə olduğundan ona orada yaşamağa icazə vermişlər, bu şərtlə ki, əmlaka baxsın. X51 da, vəfat etmişdir. Adları qeyd olunan şəxslərin vəfat etməsindən sonra həmin evi sənədləşdirmək istəyən zaman məlum olmuşdur ki, X1suz nikaha daxil olmuş və həmin evi öz adına mənimsəmiş və sonradan həmin mülkü Validənin bacısı vərəsəlik qaydasında X9 adına rəsmiləşdirilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Maqsud Manafov ilə Validə Əliyeva arasında 04 may 2018-ci il tarixdə cavabdeh Gəncə şəhəri Qeydiyyat (əvvəlki Nizami rayon Qeydiyyat) şöbəsində nikah rəsmiləşdirilmişdir. Həmçinin, yoxlama zamanı müəyyən edilmişdir ki, Maqsud Manafovun adından Validəyə etibarnamə verilmişdir. Bu etibarnamənin imzalanması Maqsud Manafov tərəfindən deyil, başqa şəxs olan Rövşən Qurbanov tərəfindən imzalanmışdır. Elə bu etibarnamədən açıqaydın görünür ki, Maqsud Manafov ruhi xəstə olduğundan onun etibarnamənin imzalanmasına imkanı olmamışdır. Beləliklə, aparılmış hər iki əməliyyatla müəyyən olunur ki, ruhi xəstə olan və fəaliyyət qabiliyyəti olmayan Maqsud Manafovun fəaliyyət qabiliyyəti hər iki orqan tərəfindən yoxlanılmamışdır. Hazırki iş üzrə o, mərhum Maqsud Manafovun qanun üzrə vərəsəsi hesab olunur. Çünki, o onun bibisi oğludur və onun başqa vərəsəsi qalmamışdır. Buna görə də onun başqa şəxslə etibarsız nikaha daxil olması onun vərəsəlik hüququnun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən də, hesab edir ki, X6 ilə Əliyeva (Manafova) Validə Abbas qızı arasında bağlanmış Gəncə şəhəri Qeydiyyat (əvvəlki Nizami rayon Qeydiyyat) şöbəsinin 04 may 2018-ci il tarixli nikah akt qeydi etibarsız hesab olunmalıdır. Qeyd edilənlərlə əlaqədar X4 ilə Əliyeva (Manafova) Validə Abbas qızı arasında bağlanmış Gəncə şəhəri Qeydiyyat (əvvəlki Nizami rayon Qeydiyyat) şöbəsinin 04 may 2018-ci il tarixli nikah akt qeydinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iddiaçı ilə eyniməzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X15 nümayəndəsi X21 iddianı əsassız olduğundan iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxmağı xahiş etmiş və məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qanunvericiliyin tələbləri baxımından qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə baxışında iddiaçının vəsatəti əsasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, iddiaçı qonşusudur. Manafov Maqsudu tanıyır. Onlarla gediş-gəlişləri olmuşdur. Manafov Maqsud ruhi xəstə olmuşdur, Maqsuda onlar baxmışlar. Onun qaynanası Manafov Maqsudun isə xalası X33 Maqsudun qəyyumu olmuşdur. Maqsud son zamanlar ölməmişdən əvvəl yataq xəstəsi olmuşdur. X41 1 nömrəli məktəbdə işləmişdir. Validə həmin zamanlarda kirayə axtarmış və qalmağa yeri olmadığı üçün əri ona təklif etmişdir ki, xalası oğlu xəstədir, gəlib ona baxsın və evdə yaşasın. Sonradan Validənin anası istəmişdir ki, Manafov Maqsuda nikah kəsdirsin, kəsdirə bilməmişdir. Daha sonra qonşunun köməkliyi ilə 1000 manat verib nikah bağlamışlar. Validə gülə-gülə evə gəlib qələbə onunladır, nikah bağlamışdır demişdir. Nikah bağlandıqdan təxminən 5 ay sonra Maqsud rəhmətə getmişdir. Validə Maqsuda təxminən 20 il baxmışdır. Məhkəmə baxışında iddiaçının vəsatəti əsasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, iddiaçı qohumudur. Manafov Maqsud atasının xalası oğludur. Manafov Maqsud ruhi xəstə olmuş, ona onlar baxmışlar. Atası məktəbdə təsərrüfat işləri üzrə müdir vəzifəsində işləmişdir. Validə isə həmin məktəbdə xadimə kimi işə düzəlmişdir. Validənin yaşamağa evi olmamışdır. Atası Validəyə təklif etmişdir ki, xalası oğlu xəstədir, gəlib ona baxsın və evdə yaşasın. Validə Maqsud ilə birlikdə təxmini 27-28 il yaşamışdır. Maqsudun ruhi xəstə olduğunu hər kəs bilmişdir. Atası məktəbdə işlədiyi dövrlərdə məktəbin direktoru olan Nusəddin müəllimin qızı qeydiyyat şöbəsinin müdürü işləmişdir. Maqsudla Validənin nikahının bağlanmasını ona təklif etmişlər, o isə razılaşmamışdır. Daha sonra başqa bir qonşunun vasitəsi ilə qeyri-qanuni nikah bağlamışlar. Maqsudun yaşadığı ev ilə bağlı onun nənəsi və Gülşənin atasının arasında mübahisə olmuşdur. Nənəsi Maqsudu qəyyumluğa götürməsi ilə bağlı sənədlər olmuşdur. Həmin sənədləri Validə ölən müddətdə götürüb aparmışdır. İşdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-275/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, əsasən iddiaçılar İddiaçı və Şahid2 cavabdehlər Gəncə şəhəri xüsusi notariat kontoru, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi, Gəncə şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi və Gəncə şəhər Nizami rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasına qarşı nikah qeydinin, etibarnamənin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması barədə tələbi təmin edilməmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2021-ci il tarixli 2(104)-3601/2021 saylı qətnaməsindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-275/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-275/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İşdə olan Gəncə şəhər, Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 may 2022-ci il tarixli, 05/Q-933/70 saylı doğum haqqında arayışdan görünür ki, X25 1913-cü ildə Gəncə şəhərində anadan olmuşdur. X13, anası X12r. xx.xx.1989-cu ildə vəfat etmiş X16 ölümü xx.xx.1989-cu il tarixdə 600 №-li akt qeydi ilə Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İşdə olan Cavabdeh tərəfində verilmiş 06 oktyabr 2023-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X25 xx.xx.1989-cu il tarixində Gəncə şəhərində vəfat etmişdir. İşdə olan Cavabdeh tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli №911057 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.1960-cı il tarxdə Gəncə şəhərində anadan olmuşdur. X5, anası X19r. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi, Dövlət Arxiv İdarəsinin Gəncə filialının xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, Gəncxə Şəhər Nikah Evi arxiv fondunun sənədləri əsasənda müəyyən edilmişdir ki, Ələsgərova Dilarə xx.xx.1940-cı il tarixdə anadan olmuşdur. Bu barədə xx.xx.1940-cı il tarixdə 35 saylı doğum akt qeydi tərtib edilmişdir. X14, anası X12r. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X2 adına ünvan 2 ünvanında ümumi sahəsi 42.2 kv.m olan fərdi yaşayış evi **********05-10301 daşınmaz əmlakın reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/8-16-1002/2023 saylı məktubundan görünür ki, xx.xx.1963-cü il tarixdə anadan olmuş və xx.xx.2019-cu il tarixdə vəfat etmiş X7 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və qeydiyyat şöbəsinin arxivində xx.xx.2023-cü ildədək yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkarlanmışdır. X54 Hüseyn, ana X20, arvad X27, xx.xx.1963(xx.xx.2020-ci ildə vəfat etmişdir). İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X15 adına ünvan 2 ünvanında ümumi sahəsi 42.2 kv.m olan fərdi yaşayış evi **********05-10301 daşınmaz əmlakın reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 adına ünvan 2 ünvanında ümumi sahəsi 42.2 kv.m olan fərdi yaşayış evi **********05-10301 daşınmaz əmlakın reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İddiaçı X2 dayısı qızıdır. X8 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. ünvan 2 ünvanında ümumi sahəsi 42.2 kv.m olan fərdi yaşayış evi **********05-10301 daşınmaz əmlakın reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. ünvan 2 ünvanında ümumi sahəsi 42.2 kv.m olan fərdi yaşayış evi **********05-10301 daşınmaz əmlakın reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə X15 adına qeydiyyata alınmışdır. İddiaçı X2 fəaliyyət qabiliyyətli olmadığından Məsud Manafov ilə Validə Əliyeva arasında 04 may 2018-ci il tarixdə cavabdeh Gəncə şəhəri Qeydiyyat (əvvəlki Nizami rayon Qeydiyyat) şöbəsində rəsmiləşdirilmiş nikahın etibarsız olduğunu qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbi nikah akt qeydinin etibarsız hesab edilməsi ilə bağlı olduğundan həmin münasibətlərə ailə qanunvericiliyin nikahın etibarsızlığı ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçıların dəlillərinə, cavabdehlərin etirazlarına və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, hazırki iddia tələbi ilə bağlı iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olub–olmaması, yəni iddiaçının Məsud Manafov ilə Validə Əliyeva arasında 04 may 2018-ci il tarixdə Gəncə şəhəri Qeydiyyat (əvvəlki Nizami rayon Qeydiyyat) şöbəsində rəsmiləşdirilmiş nikahın etibarsız hesab edilməsini tələb etmək hüququnun mövcudluğu, qeyd edilən hallar mövcud olduğu halda, cavabdehin etirazları nəzərə alınmaqla iddianın hazırki vəziyyətdə əsaslı olub–olmaması, iddiaçılar tərəfindən iddianın müvafiq iddia müddəti ərzində qaldırılması halları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1–ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəasından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007–ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008–ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyində qeyd edilmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub– olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ–hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmaması məhkmə tərəfindən araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən, etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab edir ki, iddiaçı Məsud Manafov ilə Validə Əliyeva arasında 04 may 2018-ci il tarixdə bağlanmış nikahın etibarsız hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 26.1.3-cü maddəsinə əsasən, nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. Göründüyü kimi, ailə qanunvericiliyi nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını müəyyən etmişdir ki, iddiaçı həmin şəxslərin sırasına daxil deyildir. Digər tərəfdən iddiaçı X2 fəaliyyət qabiliyyətli olmadığını qeyd etsə də, həmin halı təsdiqləyəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə baxışı zamanı iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlərin ifadəsi ilə bağlı məhkəmə qeyd edir ki, şahidlər ifadələrində Maqsudun anlaqsız olduğunu qeyd etsələr də, iş materialları ilə müəyyən olunur ki, həmin şahidlərdən Şahid2 özü əvəllər hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Digər şahid isə onun arvadıdır. Odur ki, məhkəmə hesab edir ki. şahidlər işin nəticəsində maraqlı olduqlarından onların ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının Maqsud Manafov ilə Validə Əliyeva arasında 04 may 2018-ci il tarixdə bağlanmış nikah akt qeydinin etibarsızlığı tələb etmək (subyektiv) hüququ mövcud olmamışdır və bu baxımdan iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən ödənimiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdehnə qarşı X8 ilə Əliyeva ( Manafova) Validə Abbas qızı arasında bağlanmış 04 may 2018-ci il tarixli nikah akt qeydinin etibarsız sayılmasına dair iddiası təmin ediməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar