Məhkəmə qərarları › İş №2(125)-5732/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5732/2024

30.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5732/2024 30.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, Ərizəçi Maraqlı şəxsna qarşı 1997-ci ildən 2017-ci ilə qədər olan müddətin əmək kitabçasına əlavə olunması tələbinə dair ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: Ərizəçi Maraqlı şəxsna qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun qayınatası və qayınanasına baxdığı 1997-ci ildən 2017-ci ilə qədər olan müddətin əmək kitabçasına əlavə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizəyə xüsusi icraat qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizədən görünür ki, ərizəçinin tələbi xəstəyə qulluq etməyə görə 1997-ci ildən 2017-ci ilə qədər olan müddətin əmək kitabçasına (sosial sığorta stajına) əlavə edilməsi ilə bağlı olmaqla hüquq haqqında mübahisə olmaqla, inzibati orqanın hərəkətlərindən irəli gələn məsələlərlə bağlı olduğu üçün hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə qanunun göstərilən müddəalarına əsaslanaraq hesab edir ki, Ərizəçi Maraqlı şəxsna qarşı 1997-ci ildən 2017-ci ilə qədər olan müddətin əmək kitabçasına əlavə olunması tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və ərizəçiyə inzibati icraat qaydasında müvafiq məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizəçi Maraqlı şəxsna qarşı 1997-ci ildən 2017-ci ilə qədər olan müddətin əmək kitabçasına əlavə olunması tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar