Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5780/2024 30.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Maraqlı şəxs) “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Maraqlı şəxs) “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, nənəsinin Əliyeva (Binnətova) Rahilə İlyas qızının, övladları: atası X1 doğum haqqında arayışında, əmisi X2 doğum haqqında şəhadətnamədə ana qrafasındakı “Əliyeva” soyadı və nənəsinin ölüm haqqında şəhadətnamədə, nənəsinin doğum haqqında arayışdakı, nənəsinin adına verilmiş qeydiyyat vəsiqəsindəki “Binnətova” soyadları eyni şəxsə, yəni nənəsinə - Əliyeva (Binnətova) Rahilə İlyas qızına məxsus olması faktı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə məhkəməyə ərizə təqdim edərək, ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiş Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə həmçinin qeyd edir ki, ərizə geri qaytarıldığından ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Maraqlı şəxs) “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-5780/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5780/2024
30.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver