Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5803/2023 06.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı ailə üzvləri ilə birlikdə Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış 6** ailəlik Yeni qəsəbədə yerləşən 251 nömrəli, 2 otaqlı evdən çıxarılması və evin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, ailə üzvlərinin və onlara məxsus əşyaların Gəncə şəhəri, 6** mənzilli Yeni qəsəbədə yerləşən 251 nömrəli, 2 otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılaraq Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, cavabdeh mübahisəli mənzildən çıxaraq evi təhvil verdiyindən, hazırki iddiadan imtina etdiklərini bildirərək, sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tələbdən imtina etdiyindən və bu imtina məhkəmə tərəfindən qəbul edildiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.*.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilməlidir. Tərəflərə izah edilməlidir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənləri nəzərərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261-264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı cavabdehin və ailə üzvlərinin Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış 6** ailəlik Yeni qəsəbədə yerləşən 251 nömrəli, 2 otaqlı evdən çıxarılması və evin boşaldılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-5803/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5803/2023
06.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver