Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5810/2023 11.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 Şakir oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Cavabdeh qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş Gəncə şəhəri, 15** ailəlik Yeni qəsəbədə 6 saylı binanın 52 nömrəli mənzilinə dair *9 iyun 2*14-cü il tarixli “6/52” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və Cavabdeh və ailə üzlərinin 52 nömrəli mənzildən çıxarılmaqla, “6/52” nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*17-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin *9 iyun 2*14-cü il tarixli “6/52” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Həsənova X4 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 6 saylı binada 52 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Daha sonra Gəncə-Göygöl Mənzil Kommunal İstismar Sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh və ailə üzvlərinin həmin mənzildə yaşamadıqları məlum olmuş və mənzilin kənar şəxs X1 verildiyi müəyyən edilmişdir. Müqavilədə adı keçən X2 vəfat etmişdir. Sahə rəisi tərəfindən Cavabdeh mənzildə yaşamadığını əsas gətirib mənzilin başqa şəxsə kirayə verilməsinin qanunsuz olduğu bildirilərək, mənzilin könüllü təhvil verilməsi barədə xəbərdarlıq etsə də, nəticəsi olmamışdır. Cavabdeh, Cavabdeh mənzildə yaşamadığı müəyyən edildiyindən, Qaydanın 3.3-cü və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Odur ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri pozulduğundan Cavabdeh verilmiş mənzili boşaldıb Komitəyə təhvil verilməlidir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X9 iddia tələbini müdafiə edərək əlavə olaraq izahatında bildirdi ki, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin *9 iyun 2*14-cü il tarixli, 6/52 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, cavabdeh olan məcburi köçkün Cavabdeh Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 6 saylı binada 52 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Aralarında bağlanmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 5.4.5-ci və 5.7.1-ci maddələrinə əsasən yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə və kirayəçi yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda müqavilə məhkəmə qaydasında ləğv edilə bilər. Aparılan yoxlamalar zamanı məlum olmuşdur ki, Cavabdeh sözügedən mənzildə 3 ildən artıq müddətdir ki, yaşamamaqla, yanaşı həmin mənzili Yaxşı Musayeva adlı qadına aylıq 12* manat kirayə haqqı olmaqla kirayəyə vermişdir. Eyni zamanda bu barədə müxtəlif vaxtlarda aktlarda tərtib edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh əsənova Şəlalə Məmməd qızı üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında bildirdi ki, özü şəhid anasıdır. Cavabdeh tanıyır. Belə ki, hal-hazırda Cavabdeh xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında kirayəyə verilmiş mənzildə kirayə qalır və buna görə də Cavabdeh hər ay 12* manat kirayə haqqı ödəyir. Artıq 3 il müddət olar ki, o, Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 6 saylı binada 52 nömrəli 2 otaqlı mənzildə kirayədə qalır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə Cavabdeh arasında bağlanmış *9 iyun 2*14-cü il tarixli, 6/52 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə əsasən kirayəyə verən 6 nömrəli evdə 52 nömrəli mənzildə yerləşən mənzil fonduna aid ümumi sahəsi 65 kvadratmetr, yaşayış sahəsi 32 kvadratmetrdən ibarət 2 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla), müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. 3* yanvar 2*23-cü il, 27 fevral 2*23-cü il tarixli, 3* mart 2*23-cü il tarixli, 26 aprel 2*23-cü il tarixli və 25 may 2*23-cü il tarixli, 23 iyun 2*23-cü il tarixli aktlardan görünür ki, Gəncə şəhəri, Yeni qəsəbə 15** ailəlik bina 6 mənzil 52 ünvanına baxış keçirilən zaman müəyyən edilmişdir ki, Cavabdeh və ailə üzvləri həmin ünvanda yaşamırlar və həmin mənzildə X12 və ailə üzvləri yaşayırlar. Eyni zamanda X7 dediyinə görə hər ay Cavabdeh 12* AZN kirayə haqqı ödəməklə mənzildə kirayə qalır. *7 iyul 2*23-cü il tarixli aktdan görünür ki, Gəncə şəhəri, Yeni qəsəbə 15** ailəlik bina 6 mənzil 52 ünvanında qeydiyyatda olan Cavabdeh Mamed qızına dəfələrlə zəng edilmiş və ona mənzildə kirayədə qalan şəxslərin çıxarılması bildirilmişdir. Cavabdeh Mamed qızı isə hər dəfə telefon əlaqəsi zamanı mənzildə qalan kirayəşinlərin çıxarılması tələbini rədd etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Gəncə şəhəri Mənzil Kommunal istismar Sahəsinin *7 iyul 2*23cü il tarixli, 116 nömrəli Qaçqın və X6 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə ünvanlanmış məktubunda bildirilmişdir ki, kirayədə olan mənzillərin aşkar edilməsi məqsədi ilə yoxlama aparılankən Cavabdeh Mamed qızına müqavilə əsasında verilmiş 15** ailəlik Yeni qəsəbə bina 6 mənzil 52-də Kəlbəcər rayon sakini şəhid anası X7 yaşaması aşkar edilmişdir. Yaxşı Musayeva bildirmişdir ki, 3 ildir ki, mənzilin sahibi Cavabdeh hər ay 12* manat ödəməklə kirayədə qalır. Cavabdeh Mamed qızı ilə dəfələrlə telefon əlaqəsi saxlanılıb kirayəşini çıxarıb özünün yaşamasını təmin edilməsi bildirilməsinə baxmayaraq imtina etmişdir. Müqavilənin ləğv edilməsi üçün məhkəməyə veriləcəkdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və şahid ifadəsini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər» haqqında Qanunun 2-ci maddəsinə əsasən xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. Həmin Qanunun 4-cü maddəsinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir: Müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi; məşğulluğun təmin edilməsi; sosial təminat;tibbi təminat; təhsil hüququnun təmin edilməsi; nəqliyyat və mənzil-kommunal və digər güzəştləri və s. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (bundan sonra- Mənzil Məcəlləsi) 5*-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra - yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir. Sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»-nın 3.2-ci bəndində qeyd olunur ki, məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğün olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. Həmin Qaydanın 3.3-cü bəndində qeyd olunur ki, məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasnı həmin evə köçürmək hüququ yoxdur. Həmin qaydaların 3.7-ci bəndində qeyd edilir ki, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş faşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə Cavabdeh arasında bağlanmış *9 iyun 2*14cü il tarixli, 6/52 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 5.4.5-ci maddəsinə əsasən, kirayəyə verənin tələbi ilə yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə və 5.7.1-ci maddəsinə əsasən kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 (üç) aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Göründüyü kimi cavabdeh yuxarıda qeyd olunan qaydaların və müqavilənin tələblərini pozaraq ona verilmiş yaşayış sahəsində faktiki olaraq yaşamamış və təyinatı üzrə istifadə etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddiasında cavadeh Cavabdeh ailə üzvləri ilə birlikdə 6 saylı binanın 52 saylı mənzilindən çıxarılmasını xahiş etmiş, bununla da iddiaçı “ailə üzvləri” anlayışından istifadə etməklə, ailə üzvlərinin dairəsini, kimliyini, sayını qeyd etməmiş və iddiasının həmin hissəsində qeyri-müəyyənliyə yol vermişdir. Bu səbəbdən məhkəmə qeyd edir ki, həmin hissə anlaşılmaz və qeyri-dəqiq olduğundan iddia tələbi həmin hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh istifadəsinə verilmiş, Gəncə şəhəri, 15** ailəlik Yeni qəsəbə 6 saylı binanın 52 nömrəli mənzilinə dair *9 iyun 2*14-cü il tarixli, 6/52 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli, Cavabdeh Gəncə şəhəri 15** ailəlik Yeni qəsəbə 6 saylı binanın 52 nömrəli mənzilindən çıxarılmalı və mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh istifadəsinə verilmiş Gəncə şəhəri, 15** ailəlik Yeni qəsəbə 6 saylı binanın 52 nömrəli mənzilinə dair *9 iyun 2*14-cü il tarixli, 6/52 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdeh Gəncə şəhəri, 15** ailəlik Yeni qəsəbə 6 saylı binanın 52 nömrəli mənzildən çıxarılsın və mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-5810/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5810/2023
11.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver