Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5819/2023 16.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı və onun nünayəndəsi, vəkil Nümayəndə1, Cavabdeh Gəncə Şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh Gəncə Şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinə qarşı qarşı işdən azad olunma barədə əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Gəncə Şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinə qarşı qarşı işdən azad olunma barədə əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru S.Z.Hüseynovanın 14.*6.2*23-cü il tarixli əmrinin ləğv edilməsi, Gəncə Şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbində müəllimə vəzifəsinə bərpa olunması va çarəsizlikdən məcburi iş buraxma dövrü üçün əmək haqqının cavabdeh təşkilatdan tutulub ona verilməsinə, *7.11.2**3-cü il tarixdən *7.*2.2**4-cü il tarixə kimi işsiz qaldığı dövr üçün əmək haqqının ödənilməsi, *1.*7.2*22-ci il tarixdən 1*.11.2*22-ci il tarixə kimi işsiz qaldığı dövr üçün əmək haqqının, ödənilməmiş məzuniyyət pulunun va son haqq hesabın cavabdeh təşkilatdan tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, onun əsas iş yeri Gəncə şəhəri T.Hacıyev adına 2 saylı Uşaq Musiqi Məktəbidir, ikinci iş yeri isə Gəncə şəhəri Bülbül adına 3 saylı Uşaq Musiqi Məktəbidir. 2-ci iş yeri olan Gəncə şəhəri 3 saylı Uşaq Musiqi Məktəbində 35 ildən çox müddətdir ki, müəllimə vəzifəsində işləyir. Həmin məktəbdə işlədiyi müddətdə onunla müddətli əmək müqaviləsi bağlanmamış və buna dair hər hansı bir müqaviləyə imza etməmişdir. Lakin buna baxmayaraq, yəni onunla müddətli əmək müqaviləsi bağlanmadığı halda məktəbin direktoru olmuş şəxslər dəfələrlə müqavilənin müddətinin bitməsini bəhanə gətirərək onun barəsində qeyri-qanuni əmrlər vermişlər. Buna səbəb isə həmin şəxslərin ona qarşı qərəzli mövqedə olmasıdır. Belə ki, *7.11.2**3-cü ildə həmin məktəbdən dərs yükünün 36 saat olmasını bəhanə gətirirək razılığı olmadan onun işdən çıxarılması barədə əmr verilmiş və nəticədə 3 ay həmin məktəbdə işləyə bilməmişdir. Məhz bu səbəblərdən yəni, ona qarşı olan haqsızlıqlara görə həmin dövrdə Azərbaycan Respublikasının Mədəniyyət Naziri işləyən Polad Bülbüloğluna müraciət etdikdən sonra işinə bərpa olunmuşdur. Lakin 3 ay işsiz qaldığı dövr üçün ona əmək haqqı verilməmişdir. Bundan başqa qeyd etmişdir ki, ona qarşı növbəti zərbə isə 2*22-ci ildə həmin məktəbə yeni təyin edilmiş direktor X2 tərəfindən vurulmuşdur. Belə ki, Svetlana xanım ona xəbardarlıq etmədən qanunsuz əmri ilə onu işdən çıxarmasına baxmayaraq, ona 18 saat dərs yükü vermiş, onu 3 ay işlətmiş və bu hal ona ödəniləsi əmək haqqının ödənilməməsinə səbəb olmuş, hələ bu azmış kimi məzuniyyət haqqı da, əksik hesablanmışdır. Məhz bu səbəblərdən həm əsas, həm də, əlavə iş yerinin mühasibatlığına rəhbərlik edən Pərvanə xanıma müraciət etmişdir ki, hansı səbəbə məzuniyyət haqqı əksikdir və ona nə səbəbdən əmək haqqı yazılır. Pərvanə xanım isə bildirmişdir ki, o, *1.*6.2*22-ci il tarixdən müqavilə müddəti bitdiyi üçün işdən azad edilmişdir. Bundan sonra o, bütün bunlarla bağlı aidiyyatı qurumlara müraciət etmiş, nəticədə yenidən işə bərpa edilmişdir. 1*.11.2*22-ci il tarixdən işə bərpa edilməsi ilə bağlı əmr verilməsinə baxmayaraq bu günə kimi işsiz qaldığı dövr üçün ona əmək haqqı verilməmiş, son haqq-hesab ödənilməmişdir. 1*.12.2*22-ci il tarixdən Gəncə şəhəri Bülbül adına 3 saylı Uşaq Musiqi Məktəbdə işlədiyi müddətdə onunla müddətli əmək müqaviləsi bağlanmamasına baxmayaraq, məktəbin drektoru Svetlana xanım heç bir əsas olmadan 14.*6.2*23-cü il tarixdən işdən azad olunması barədə əmr vermişdir. 14.*6.2*23-cü il tarixli əmrdə 16.*6.2*23-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsi qeyd edilmişdir. Bu da öz növbəsində qanunvericiliyə zidd əmr verilməsinə gətirib çıxarır. Çünki, əmrin verilmə tarixi ilə əmək müqaviləsinə xitam verilmə tarixi fərqlidir. Həmçinin həmin əmr verilməmişdən qabaq ona məlumat verilməmiş və əmrin sürəti ona göndərilməmişdir. Məhz bu səbəblərdən hazırkı ərizə ilə məhkəməyə müraciət etmiş və hesab etmişdir ki, iddiası əsaslı olduğundan təmin edilməlidir. Odur ki, Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru S.Z.Hüseynovanın 14.*6.2*23-cü il tarixli əmrinin ləğv edilməsi, Gəncə Şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbində müəllimə vəzifəsinə bərpa olunması va çarəsizlikdən məcburi iş buraxma dövrü üçün əmək haqqının cavabdeh təşkilatdan tutulub ona verilməsinə, *7.11.2**3-cü il tarixdən *7.*2.2**4cü il tarixə kimi işsiz qaldığı dövr üçün əmək haqqının ödənilməsi, *1.*7.2*22-ci il tarixdən 1*.11.2*22-ci il tarixə kimi işsiz qaldığı dövr üçün əmək haqqının, ödənilməmiş məzuniyyət pulunun va son haqq hesabın cavabdeh təşkilatdan tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Gəncə Şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək iddiaçı ilə müqddətli əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinin müddəti 14.*6.2*23-cü il tarixdə bittdiyi üçün iddiaçı ilə əmək münasibətlərinə xitam verilmişdir. Bu baxımdan iddia tələbi əsassız olduğundan iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyib və işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 1*.11.2*22-ci il tarixli əmək müqaviləsindən görünür ki, Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru S.Z.Hüseynova ilə İddiaçı arasında Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin qarmon müəllimi vəzifəsi üzrə 1*.11.2*22-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsi 1*.11.2*22-ci il tarixdən 14.*7.2*23-cü il tarixədək bağlanmışdır. İddiaçı imza etməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbi üzrə 1*.11.2*22-ci il tarixli 7 nömrəli əmrin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 1*.11.2*22-ci il tarixdən 14.*7.2*23-cü il tarixədək Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinə əvəzçi qarmon müəllimi vəzifəsinə təyin edilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş X6 İdarəsi Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinin *1 iyul 2*22-ci il tarixli 38 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı əvəzçi qarmon müəllimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddənin ıı hissəsinin b bəndinə əsaslanaraq *1.*7.2*22-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın ödənilməsi əmr olunmuşdur. İş materiallarına əlavə edilmiş X6 İdarəsi Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinin 14 iyun 2*23-cü il tarixli 28 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı əvəzçi qarmon müəllimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddənin ıı hissəsinin b bəndinə əsaslanaraq 16.*6.2*23-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın ödənilməsi əmr olunmuşdur. İş materiallarına əlavə edilmiş 22.11.2*22-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişinin surətindən görünür ki, İddiaçı X6 İdarəsi tərəfindən Gəncə şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinə qarmon müəllimi vəzifəsinə 1*.11.2*22-ci il tarixdən 14.*7.2*23-cü il tarixədək vaxtamuzd, aylıq əmək haqqının məbləği 7*2 manat olmaqla işə qəbul edimişdir. İşdə olan X1 İdarəsi Gəncə şəhəri T.Hacıyev adına 2 №-li Uşaq Musiqi Məktəbinin 26 avqust 2*23-cü il tarixli 1** nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı - musiqi məktəbinin Qarmon ixtisası üzrə müəllimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “e“ bəndinə əsasən 26 avqust 2*23-cü il tarixdən əmək müqaviləsinə xitam verilmişdir (Əsas: Gəncə şəhər X5.No316-5/8-7*-N-2134/2*23 19 may 2*23-cü il). İş materiallarına əlavə edilmiş İT-İ № *161474 saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı Telman Hacıyev adına 2 №-li Uşaq Musiqi məktəbinə qarmon ixtisası üzrə müəllim vəzifəsinə təyin edilmiş, 26.*8.2*23-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “e” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsinin 12 oktyabr 2*23-cü il tarixdə 712/*4 saylı məktubundan görünür ki, İddiaçı Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbində əsas müəllim, Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbində müqavilə əsasında 2*21- 2*22-ci və 2*22-2*23-cü illərdə əvəzçi müəllim işləmiş, ona 2*21-ci-2*22-ci il ərzində sentyabr ayı üzrə 54*.5* manat, oktyabr, noyabr, dekabr, yanvar ayları üzrə 117* manat, fevral ayı üzrə 1638 manat, mart, aprel, may, iyun ayları üzrə 14*4 manat, 2*22-ci və 2*23cü illər ərzində sentyabr ayı üzrə 644 manat, oktyabr ayı üzrə 7*2 manat, noyabr ayı üzrə 1193.4* manat, dekabr ayı üzrə 14*4 manat, yanvar, fevral, mart, aprel, may ayları üzrə 1614 manat, iyun ayı üzrə 2**7.12 manat məbləğində əmək haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Sənəd və vətəndaşlarla iş şöbəsinin 23.*1.2*23-cü il tarixli 3-24/11/2-3*44/2*22 nömrəli məktubundan görünür ki, İddiaçı Gəncə şəhər 2 və 3 nömrəli uşaq musiqi məktəblərinin fəaliyyətinin yoxlanılması və əmək haqqının düzgün hesablanmaması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ünvanladığı müraciətlərə aidiyyəti üzrə baxıldığı və onunla əvəzçilik qaydasında bağlanmış əmək müqaviləsinə xitam verlməsi, yeni müqavilə bağlanması və sənədləşdirilməsi ilə bağlı hər-hansı pozuntu halının aşkar edilmədiyi bildirilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru S.Z.Hüseynova ilə İddiaçı arasında Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin qarmon müəllimi vəzifəsi üzrə 1*.11.2*22-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsi 1*.11.2*22-ci il tarixdən 14.*7.2*23-cü il tarixədək bağlanmışdır. İddiaçı imza etməkdən imtina etmişdir. Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbi üzrə 1*.11.2*22-ci il tarixli 7 nömrəli əmri ilə İddiaçı Azərbaycan Respublikasının Əmək məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 1*.11.2*22-ci il tarixdən 14.*7.2*23-cü il tarixədək Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinə əvəzçi qarmon müəllimi vəzifəsinə təyin edilməsi əmr edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişi 22.11.2*22-ci il tarixdə elektron sistemə yerləşdirilmiş və bildirşdə İddiaçı X6 İdarəsi tərəfindən Gəncə şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinə qarmon müəllimi vəzifəsinə 1*.11.2*22-ci il tarixdən 14.*7.2*23-cü il tarixədək vaxtamuzd, aylıq əmək haqqının məbləği 7*2 manat olmaqla işə qəbul ediməsi qeyd edilmişdir. X6 İdarəsi Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinin 14 iyun 2*23-cü il tarixli 28 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı əvəzçi qarmon müəllimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddənin ıı hissəsinin b bəndinə əsaslanaraq 16.*6.2*23-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın ödənilməsi əmr olunmuşdur. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbi işdən azad olunma barədə əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ilə bağlı olduğundan həmin münasibətlərə Əmək Məcəlləsinin həmin münasibətləri tənzimləyən normaları tətbiq edilməldir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçının işdən azad edilməsi barədə X6 İdarəsi Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinin 14 iyun 2*23-cü il tarixli 28 nömrəli əmri ilə əvəzçi qarmon müəllimi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddənin ıı hissəsinin b bəndinə əsaslanaraq 16.*6.2*23-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın ödənilməsi əmr olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsi işçi tərəfindən əmək müqaviləsinin ləğvini nəzərdə tutur və 2-ci bənddə ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borclu olması qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının nümayəndəsi iddiaçı ilə əmək münasibətlərinə əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən xitam verildiyini qeyd etsə də, iddiaçının işdən çıxarılması barədə X6 İdarəsi Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinin 14 iyun 2*23-cü il tarixli 28 nömrəli əmrində iddiaçının işdən çıxarılması tamam başqa əsaslarla qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, əvəzçi qarmon müəllimi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddənin ıı hissəsinin b bəndinə əsaslanaraq 16.*6.2*23-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın ödənilməsi barədə X6 İdarəsi Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinin 14 iyun 2*23-cü il tarixli 28 nömrəli əmri əmək qanunvericiliyinin tələbləri pozulmaqla verildiyindən ləğv edilməli və məcburi iş buraxma müddəti üçün 16.*6.2*23-cü il tarixdən əmək haqqı hesablanaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin *7.11.2**3-cü il tarixdən *7.*2.2**4-cü il tarixə kimi işsiz qaldığı dövr üçün əmək haqqının ödənilməsi, *1.*7.2*22-ci il tarixdən 1*.11.2*22-ci il tarixə kimi işsiz qaldığı dövr üçün əmək haqqının, ödənilməmiş məzuniyyət pulunun və son haqq hesabın cavabdeh təşkilatdan tutulub ona verilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı həmin halları təsdiqləyəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227 və 233 ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Əvəzçi qarmon müəllimi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69cu maddənin ıı hissəsinin b bəndinə əsaslanaraq 16.*6.2*23-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın ödənilməsi barədə X6 İdarəsi Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinin 14 iyun 2*23-cü il tarixli 28 nömrəli əmri ləğv edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün 16.*6.2*23-cü tarixdən əmək haqqı hesablanaraq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-5819/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5819/2023
16.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver