Məhkəmə qərarları › İş №2(125)-5926/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5926/2023

24.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5926/2023 24.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə dair istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 4 -yeni qaydalarla: Gəncə şəhəri, Dədə Qorqud prospekti 168, M2, m2 ünvandakı mənzilə dair istifadə hüququnun itirilmiş hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehin ona məxsus mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinə iddianın dəqiqləşdirilməsi kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdadiə edərək izahatında göstərdi ki, ünvan 4 yeni qaydalarla: Gəncə şəhəri, Dədə Qorqud prospekti 168, M2, m2 ünvanında yerləşən mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzildə əvvəl yaşamış qardaşı, hazırki mülki iş üzrə Cavabdeh ona məxsus həmin ünvanda qeydiyyatda qalmışdır. Halbuki, cavabdeh 30 ildir ki, ailə üzvləri ilə birlikdə başqa mənzilə köçmüşdür və daimi olaraq başqa ünvanda yaşayır. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması mülkiyyətçi kimi onun hüquqularını pozmaqdadır, belə ki, o, cavabdehə görə əlavə kommunal xərcləri ödəməli olur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dinlənilən X1 izahatında göstərdi ki, tərəflər qardaşlarıdır. Qardaşı, hazırki mülki iş üzrə İddiaçı ailədə hamıya, eləcə də anasına, atasına qulluq edib, qayğı göstərmişdir. Digər qardaşı Cavabdeh isə elə olmamışdır. Evləndikdən sonra sözügedən ünvandan köçmüşdür, 30 ildən çoxdur ki həmin ünvanda yaşamır. Əvvəlcə avtozavod qəsəbəsində, daha sonra Yeni Gəncə qəsəbəsində, hazırda isə Sevinc qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Arada bir anasını görmək üçün, ehtiyac olanda gəlib-getmişdir. Artıq 3 ildir ki, anaları vəfat etmişdir. Cavabdehin 4 uşağı vardır, hər biri də öz evlərində dünyaya gəlmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dinlənilən X2 izahatında göstərdi ki, tərəflər qardaşlarıdır. Qardaşı Cavabdeh 30 ildən çoxdur ki, sözügedən ünvandan köçmüş, hazırda Sevinc qəsəbəsində yaşayır. Həmin ünvanda çox adam yaşadığından evdə sıxlıqdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş- xx.xx.2023-cü il tarixli, **********74-05101-093006 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4- Yeni qaydalarla: Gəncə şəhəri, Dədə Qorqud prospekti, 168, M2, m2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 4 ünvanında qeydiyyatdadırlar. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini dinləyib, tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verib hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi cavabdeh əvvəllər həmin evdə yaşayaraq qeydiyyatda olsa da iddiaçının ailə üzvü deyildir və uzun müddətdir ki, həmin evdən köçərək başqa yaşayış yeri seçmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İşin müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus mənzildən 30 ildən çoxdur ki, köçərək özünə başqa yaşayış yeri seçmişdir. Qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İşin mübahisə edilməyən hallarından müəyyən olur ki, iddiaçının iddia etdiyi mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ünvan 4- Yeni qaydalarla: Gəncə şəhəri, Dədə Qorqud prospekti, 168, M2, m2 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 4, Yeni qaydalarla: Gəncə şəhəri, Dədə Qorqud prospekti, 168, M2, m2 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar