Məhkəmə qərarları › İş №2(125)-5952/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5952/2023

10.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5952/2023 10.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi və Maraqlı şəxs4 hüquqi varisi X1 iştirakı ilə, İddiaçı Ərizəçi cavabdehlər X2, Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs4 hüquqi varisi X3 və üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı mirasın qəbulu faktının müəyyən edilməsi və payların bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Ərizəçi cavabdehlər X2, Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs4 hüquqi varisi X3 və üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mirası qəbul etmə faktının müəyyən edilməsi və payların bərabər şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq öz aralarında razılığa gəldiklərinə görə ərizəsinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Maraqlı şəxs4 hüquqi varisi X4 iddiaçıya çatası payın əvəzini ödədiyi üçün qarşılıqlı razılığa gəldiklərini və iddiaçının iddiadan imtina etməsini nəzərə alaraq iş üzrə icraata icraata xitam verilməsiniməhkəmədən xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və mülki iş materiallarını araşdıraraq hesab edir ki, ərizəçi tələbdən imtina etdiyindən və bu imtina məhkəmə tərəfindən qəbul edildiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilməlidir. Tərəflərə izah edilməlidir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənləri nəzərərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261-264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Ərizəçi cavabdehlər X2, Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs4 hüquqi varisi X3 və üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı mirasın qəbulu faktının müəyyən edilməsi və payların bölünməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar