Məhkəmə qərarları › İş №2(125)-596/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-596/2023

31.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-596/2023 31.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “qulluq etmə faktının müəyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu) mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü il tarixdən xx.xx.2016-cı il tarixədək anası xx.xx.1933-cü il təvəllüdlü X3 qulluq etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1933-cü il təvəllüdlü anası X7 xx.xx.2016-cı ildə vəfat etmişdir. Anası hər zaman onunla birlikdə yaşamışdır. 2003-cü ildə anasının 70 yaşı tamam olduqdan sonra daima onun himayəsində yaşamışdır, o, anasının qayğısına qalmışdır. Lakin həmin müddət ımık pensiyası ala bilməsi üçün onun iş stajına hesablanmamışdır. Hesab edir ki, 70 yaşdan yuxarı qocaya qulluq etmə faktı müəyyən edilməli, həmin müddət onun sosial sığorta stajına əlavə olunmalıdır. Məhkəmə iclasında ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, əmək pensiyası ala bilməsi üçün anasına qulluq etməsi faktı məhkəmə qərarı əsasında müəyyən edilə biləcəyindən hazırkı ərizə ilə müraciət etməsinə zərurət yaranmışdır. Ərizəçi ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 355944 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X4 atası X15, anası X2r. İş materiallarına əlavə olunmuş 728056 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2016-cı ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş “Evlər Üçlüyü” tərəfindən verilmiş xx.xx.2022-ci tarixli və Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏDD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, 2003-cü il tarixdən 2013-cü il tarixədək xx.xx.1933-cü il təvəllüdlü X1 Ziyafət Əbili qızının himayəsində olmuşdur. İş materiallarına əlavə olunmuş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 395791 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 və X8 xx.xx.1988-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarına əlavə edilmiş xx.xx.1950-ci ildə tarixli evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X15 və X5 xx.xx.1950-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Ərizəçi mərhum anası X3 qulluq etməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadığından xx.xx.2013-cü il tarixdə xx.xx.2016-cı il tarixədək olan dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Ziyafətlə doğulandan qonşudurlar. Nübubət Ziyafətin anasıdır və 84 yaşında vəfat etmişdir. Həyat yoldaşı vəfat edəndən sonra Nübubətə Ziyafət baxırdı. Nübubət xəstəliyinə hərəkət edə bilmirdi, Ziyafət ona qulluq edirdi. Nübubət öz evindən yaşayırdı, Ziyafət onun yanında qalırdı. Nübubət xəstələnəndən vəfat edənədək Ziyafət təxmini 10 il ona qulluq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, Ziyafətlə uşaqlıqdan qonşudurlar. Nübubət Ziyafətin anasıdır. Nübubət öz evində xəstə qızıyla birlikdə yaşayırdı. Nübubət də xəstə idi, yeriyə bilmirdi. Onların ikisini də Ziyafət baxırdı, qulluq edirdi. Nübubət təxminən 10 il idi ki, xəstə idi. Nübubət xəstələnəndən vəfat edənədək ona Ziyafət baxmışdı. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Ərizəçi xx.xx.2016-cı il tarixədək anası xx.xx.1933-cü il təvəllüdlü X3 10 il qulluq etməsi faktı sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.4cü bəndinə əsasən, 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.8-ci maddəsinə əsasən ahıllara qulluq etmə müddəti əmək pensiyasının təyin edilməsi zamanı sosial sığorta stajı kimi aşağıdakılara əsasən müəyyən edilir: 1. patronajın təyin edilməsi barədə qərara əsasən; 2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan İ dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; 3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi əmək pensiyasının təyin edilməsi üçün ahıl olan anasına qulluq etmə müddətinin müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, xx.xx.1933-cü il təvəllüdlü X3 70 yaşı tamam olduqdan sonra vəfat etdiyi xx.xx.2016-cı il tarixədək Ərizəçi tərəfindən 10 il qulluq edilməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Lakin nəzərə alınmalıdır ki, ərizəçi anasının 70 yaşı tamam olduğu xx.xx.2003-cü ildən vəfat etdiyti xx.xx.2016-cı ilədək qulluq etməsi faktının təsdiq olunmasını xahiş etsə və bu barədə arayışlar təqdim etsə də, faktı görüb qavrayan şahidlərin verdikləri ifadələrə əsasən, ərizəçinin anasına vəfat etdiyi vaxtadək azı 10 il qulluq etməsi faktı müəyyən edilmişdir. Buna görə də ərizə qismən təmin edilməli, Ərizəçi xx.xx.2016-cı il tarixədək anası xx.xx.1933-cü il təvəllüdlü X3 10 il qulluq etməsi faktı müəyyən edilməlidir. Məhkəmə həmçinin nəzərə alır ki, qulluqolunan vəfat etdiyindən, patronajın təyin edilməsi barədə qərar və ya qulluq etməyə dair qulluqolunanın və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələri olmadığından, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməyəcəyindən, qulluq etmə faktı yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilə biləcəyindən, qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığından hazırkı iş üzrə hüquqi əhəmiyyəti olan fakt xüsusi icraat qaydasında müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bundan başqa, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarının 14-cü bəndinə əks olunmuş hüquqi mövqeyə əsasən, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Məhkəmə həmçinin nəzərə alır ki, həmin Qərarın müvafiq bəndi hazırkı iş üzrə faktın müəyyən edilməsinə maneə hesab edilməməlidir. Belə ki, həmin bənd “xəstəyə qulluq etmə” faktını nəzərdə tutmuşdur. Bununla yanaşı, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” Ali Məhkəmə Plenumunun həmin Qərarın qəbul edildiyi tarixdən sonra - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi anası xx.xx.1933-cü il təvəllüdlü X3 xx.xx.2016-cı il tarixədək 10 il qulluq etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar