Məhkəmə qərarları › İş №2(125)-6012/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6012/2025

07.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6012/2025 07.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi (vəkili) X2 iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1917-ci ildə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş və xx.xx.2006-cı il tarixdə Gəncə şəhərində vəfat etmiş X5 atası olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, Ərizəçi XX.XX.1958-ci il tarixdə Ermənistan Respublikasının Vardens rayonunda anadan olması faktının təsdiq edilməsini və ona veriləcək doğum akt qeydində Ərizəçi ata qrafasında X9, ana qrafasında X6 qeyd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, XX.XX.1958-ci il tarixdə Ermənistan Respublikasının Vardens rayonunda anadan olmuşdur. X3, anası X7r. X1 vəfatından sonra adına miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı Gəncə şəhəri 1 saylı Notariat ofisinə müraciət etmişdir. Lakin doğum şəhadətnaməsi olmadığı üçün miras qoyanla qohumluq əlaqəsini təsdiq edə bilmədiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir.Bu səbəblə X5 atası olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X4 tələbini müdafiə edərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə ünvanlayaraq nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, XX.XX.1958-ci ildə Ermənistan, Vardenis rayonunda doğulmuşdur. İş materiallarında olan xx.xx.2006-cı il tarixli , AZ-İ 215566 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2006-cı il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2006-cı il tarixli , AZ-İ 199829 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2006-cı il tarixdə ölmüşdür. İş materiallarında olan 09 avqust 1977-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X9 ilə X12 xx.xx.1954-cü il tarixdə Vardenis rayonu VVAQ şöbəsində nikaha daxil olmuşlar. İş materiallarında olan Gəncə “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi xx.xx.2025-ci il tarixədək daxil edilmiş ailə üzvlərinə dair məlumat aşkar edilmişdir. İş materiallarında olan Gəncə şəhər 1 saylı notariat ofisinin 03 oktyabr 2025-ci il tarixli imtina qərarından görünür ki, Ərizəçi vəfat etmiş atası- X5 vərəsələrinin dairəsini müəyyən etmək üçün onun qohumluq faktını təsdiq edən sənədləri təqdim edə bilmədiyi üçün Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarında olan Gəncə “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli imtina məktubundan görünür ki, ərizəçiyə doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilən fərdi uçot kartoçkası surətindn görünür ki, Ərizəçi atası X8, anası X10 qeyd edilmişdir. Mülki işin materiallarından da görünür ki, Ərizəçi miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı Gəncə şəhəri 1 saylı Notariat ofisinə müraciət etmiş, lakin vəfat etmiş atası- X5 vərəsələrinin dairəsini müəyyən etmək üçün onun qohumluq faktını təsdiq edən sənədləri təqdim edə bilmədiyi üçün Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bundan sonra ərizəçi doğum haqqında şəhadətnamə almaq üçün müvafiq qeydiyyat şöbəsinə müraciə etmiş, lakin ərizəçiyə imtina verilmişdir. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin məhkəməyə müraciət etməsinə əsas doğum akt qeydinin müvafiq qeydiyyat orqanında bərpa oluna bilməməsi səbəb olmuşdur. Həmin faktın məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi doğumun faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və Ərizəçi XX.XX.1958-ci il tarixdə Ermənistan Respublikası, Vardenis (Basarkeçər) rayonunda doğulması, atasının xx.xx.2006-cı il tarixdə vəfat etmiş X9, anasının xx.xx.2006-cı il tarixdə vəfat etmiş X10 olması faktı tam müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi XX.XX.1958-ci ildə indiki Ermənistan Respublikasının (Ermənistan SSR) Vardenis (Basarkeçər) rayonunda doğulması faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında şəhadətnaməsinin ata qrafasında ata adı - X9, ana qrafasında ana adı – X10 qeyd edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar