Məhkəmə qərarları › İş №2(125)-602/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-602/2023

02.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-602/2023 02.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X41 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Gəncə şəhəri, Ordubadi küçəsi, ev 95 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınmasına və evə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X8 ilə anası X17 birgə nikahlarından doğulmuşdur. Atası ilə anası Gəncə şəhəri, Ordubadi küçəsi ev 95-də yaşamışlar. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 sentyabr 2007-ci il tarixli 2-843/2007 saylı qətnaməsinə əsasən atası ilə anası arasında 27 fevral 1995-ci il tarixdə bağlanmış nikahları pozulmuşdur. Valideyinləri nikah pozulmamışdan qabaq 10 ildən artıq müddətdə ayrı yaşamışdırlar. Anadan olan vaxtdan o, atası X30 ilə yaşamışdır. Atası ilə anası ayrıldıqdan sonra atası Cavabdeh ilə ailə qurmuş və bu münasibətlərindən onların üç övladı anadan olmuşdur. Cavabdeh atası ilə ailə qurduqdan sonra ona Cavabdeh baxmışdır və 2014-cü ildə müddətli həqiqi xidmətə gedənədək həmin evdə yaşamışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra Rusiya Federasiyasına işləməyə getmişdir. Atası 20 avqust 2016-cı il tarixdə Moskvada vəfat etmişdir və onun cənazəsini Rusiyadan Azərbaycana o gətirmişdir. Atasının yas mərasimini, yas xərclərini əmisi ilə birlikdə çəkmişlər. Bundan sonra o, 2020-ci ilin sonunda Qarabağ uğrunda döyüşlərdə iştirak etmişdir və medallarla təltif olunmuşdur. Lakin müharibədən qayıdandan sonra cavabdeh onu evə buraxmamışdır. Dəfələrlə müraciətlərinə baxmayaraq cavabdeh onu anadan olduğu və daimi yaşadığı evə buraxmaq istəmir. Bu səbəbdən də o, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirmişdir ki, X8 ilə anası X17 birgə nikahlarından xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Atası ilə anası Gəncə şəhəri, Ordubadi küçəsi ev 95-də yaşamışlar. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 sentyabr 2007-ci il tarixli 2-843/2007 saylı qətnaməsinə əsasən atası ilə anası arasında 27 fevral 1995-ci il tarixdə bağlanmış nikahları pozulmuşdur. Valideyinləri nikah pozulmamışdan qabaq 10 ildən artıq müddətdə ayrı yaşamışdırlar. Atası ilə anası ayrıldıqdan sonra atası Cavabdeh ilə ailə qurmuş və bu münasibətlərindən onların üç övladı anadan olmuşdur. Anadan olan vaxtdan o, atası X30 ilə yaşamış, atası ilə anası X34 ayrıldıqdan sonra analığı Elnarənin yanında qalmışdır. 2002-ci ildə 41 saylı məktəbdə oxumuşdur. 2003-cü ildə 27 nömrəli məktəbə keçmiş, 6-cı sinifə kimi həmin məktəbdə oxumuş, 7-ci sinifdə yenidən 41 nömrəli məktəbə qayıtmışdır. 9-cu sinifdə internat məktəbində oxumuş və həmin məktəbi bitirmişdir. 2011-ci ildə doğma anası X17 yanına qayıtmış və onunla birlikdə Gəncə şəhəri, Bağbanlar küçəsi 130 ünvanında yaşamışdır. O, anası Aynurun yanına gedərkən atası Səbuhi həbsdə olmuşdur. 2013-cü ilin yanvar ayında oradan hərbi xidmətə getmiş, 2014-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra dostugildə yaşamışdır. 2016-cı ilə kimi Rusiya Federasiyasında yaşamış, 2016-cı ilin avqust ayında ölkəyə qayıtmış və Gəncə şəhəri, Ordubadi küçəsi ev 95-də yaşamışdır. 2020-ci ildə 2-ci Qarabağ döyüşlərində iştirak etmişdir. 2021-ci il tarixdə qayıtmış və onu ata evinə buraxmamışlar. Qeyd edilənlərlə əlaqədar iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, X33 ilə 1996-cı il tarixdə ailə qurmuş və həmin nikahdan 3 övladları olmuşdur. Ailə qurduqdan sonra Gəncə şəhəri, M.S.ünvan 1 ünvanına gəlin köçmüşdür. 2008-ci ildən Gəncə şəhəri, M.S.ünvan 2şlər. Səbuhi ilə ailə qurduqdan sonra Səbuhinin 1-ci arvadından olan oğlu Rəsul da onlarla yaşamışdır. 2011-ci ildə əri Səbuhi həbsdə olarkən Rəsul anası Aynurun yanına getmişdir. O, Rəsulu geri qaytarmaq istəsə də, Rəsul qayıtmamış, həmin vaxtdan anasının yanında qalmış, hərbi xidmətdən qayıtdıqdan sonra isə dostunun yanında yaşamışdır. Rəsul yalnız 2016-cı ildən sonra onların yaşadığı Gəncə şəhəri, M.S.Ordubadi küçəsi, ev 95 saylı evə gedib-gəlmişdir. Həmin vaxt Gəncə şəhəri, M.S.Ordubadi küçəsi, ev 95 saylı ev əri Səbuhinin qardaşı Sabirin mülkiyyətində olmuşdur və onlar həmin evdə kirayəşin kimi yaşamışlar. Gəncə şəhəri, M.S.Ordubadi küçəsi, ev 95 ünvanda yerləşən evi o, alqısatqı yolu ilə 08 aprel 2022-ci ildə evin mülkiyyətçisi X12 almış və bundan sonra həmin evə 27 aprel 2022-ci ildə müvafiq çıxarış almışdır. Həmin tarixdən Gəncə şəhəri, M.S.Ordubadi küçəsi, ev 95 ünvanda yerləşən ev tam onun mülkiyətinə keçmişdir. O, evi alarkən notarius tərəfindən evin bütün yüklülüyü yoxlanılmış və evə dair təmizlik arayışı alındıqdan sonra alqı-satqı müqaviləsi bağlanılmışdır, iddiaçı onun Ailə Məcəlləsi ilə nəzərdə tutulmuş yaxın qohumlar siyahısına daxil deyil və onun həmin evə dair hər-hansı bir istifadə hüququ yoxdur. Bundan başqa onun evi aldığı şəxslə də iddiaçının yaxın qohumluq münasibəti yoxdur. Nə iddiaçı, nə də onun atası həmin evdə heç vaxt yaşamamış və istifadə hüququ olmamışdır. İddiaçının həmin evlə bağlı iddia qaldırmağa subyektiv hüququ belə yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işdə olan materialları nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 10 sentyabr 2007-ci il tarixli 2-843/2007 saylı qətnaməsinə əsasən X33 ilə X34 arasında 27 fevral 1995-ci ildə Gəncə şəhər Nizami rayon VVADQ şöbəsində qeydə alınmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, 11 iyun 1973-cü il təvəllüdlü X42 22 avqust 2016-cı ildə Rusiya Federasiyası, Moskva şəhərində ölmüşdür. İş materiallarında olan Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə təkrar verilmiş AZ-T №167383 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X8 oğlu, anası X25r. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021ci il tarixli, **********97 saylı məktubundan görünür ki, Kirovabad şəhəri Nizami rayonu zəhmətkeş deputatları Yeni Yerevan qəsəbə Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1957-ci il tarixli 75/17 saylı arayışında Kirovabad şəhəri, Şota Rustaveli küçəsi, 11 saylı fərdi yaşayış evinin X31 məxsus olduğu göstərilmişdir. 1 saylı notariat kontorunun xx.xx.1957-ci il tarixli 13-4478 saylı alqı-satqı müqaviləsinə əsasən bu mülk X1. Alıcının adına bu əmlakın yerləşdiyi 275.0 kvm torpaq sahəsinə dair xx.xx.1957-ci il tarixli torpaq qeydi tərtib edilmişdir. Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 514 saylı sərəncamına əsasən ünvanı Gəncə şəhəri, Nizami rayonu, X58 küçəsi, 95-olan bu fərdi yaşayış evində (qanunu tikililər tikili “A”-da 25.2 kvm bir yaşayış otağı, 10.2 kvm dəhliz) müvafiq icazə sənədləri olmadan inşa edilmiş tikili “A”-da 26.2 kvm, 15.0 kvm, 28.4 kvm yaşayış otaqları, 13.6 kvm, 28.1 kvm eyvanlar, 31.1 kvm dəhliz, 7.0 kvm, 6.4 kvm mətbəxlər, 3.8 kvm küləkboğan, 2.5 kvm hamam, 34.7 kvm, 6.8 kvm zirzəmi, tikili B-də 12.7 kvm hamam tikililərinin qanunlaşdırılması haqqında rəy təsdiq edilmişdir. X9 adına xx.xx.1997-ci il tarixli 11890 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.1997-ci il tarixli 2-322/97 saylı qətnamə və icra vərəqəsində X26 ilə X18 faktiki nigahda olmaları, Cəlalovlar Səfər və Qafarın valideyinləri olmaları faktı təsdiq edilmişdir. Cəlalovlar Səfər, Qafar, Sabir İsmayıl uşaqları, X5 İsmayıl Qurban oğlunun qanun üzrə, X4 Zafta Nəsib qızının vəsiyyət üzrə vərəsəsi tanınmışdır. 6.4 kvm mətbəx, 13.6 kvm örtülü eyvan, 28.1 kvm yaşayış otağı, 28.4 kvm örtülü eyvan, 7.0 kvm mətbəx, 3.8 kvm küləkboğan X14 mülkiyyətinə verilməklə əsas mülkdən ayrılmış, 26.2 kvm yaşayış otağı X7, Cəlalovlar Saday, Rövşən, Səbuhi, Laləzər Səfər uşaqlarının bərabər payla mülkiyyətlərinə, 25.2 kvm yaşayış otağı X15 mülkiyyətinə verilmişdir. Bu fərdi yaşayış evi 3 hissəyə bölünmüşdür. 25.2 kvm yaşayış otağı, 9.3 kvm örtülü eyvan, 1.2 kvm ayaq yolundan ibarət yaşayış evi ünvanı X58 küçəsi, 95 B olmaqla X15 adına qeydiyyata alınmışdır. 26.2 kvm, 15.0 kvm yaşayış otaqları, 31.1 kvm örtülü eyvan, 5.2 kvm, 5.7 kvm hamam, 20.7 kvin zirzəmidən ibarət olan yaşayış evi ünvanı X58 küçəsi, 95A olmaqla X7, X27, X19, X20, X10 adlarına qeydiyyata alınmışdır. 28.4 kvm yaşayış otağı, 28.1 kvm, 13.6 kvm örtülü eyvanlar, 7.0 kvm, 6.4 kvm mətbəxlər, 3.8 kvm tambur, 10.4 kvm, 6.8 kvm zirzəmilərdən ibarət yaşayış “12.7 kvm hamam ünvanı X58 küçəsi, 95 olmaqla X14 adına qeydiyyata alınmışdır və ona xx.xx.1997-ci il tarixli 11890 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 7 saylı notariat kontorunun xx.xx.2005-ci il tarixli 4Ə-4-787 saylı alqı-satqı müqaviləsinə əsasən X32 mülkünün tikili “A”-da 15.8 kvm bir yaşayış otağından ibarət olan hissəsini X2, tikili “A”-da 11.9 kvm bir yaşayış otağı, 53.9 kvm köməkçi sahə, 10.4 kvm zirzəmi, tikili "B"-də 12.8 kvm hamam öz istifadəsində saxlamışdır. Satılan hissənin ünvanı Nizami küçəsi, 128 A-dır. X21 X58 küçəsi, 95 saylı fərdi yaşayış evinə (0.0138 ha torpaq sahəsində yerləşən tikili "A"-da 11.7 kvm bir yaşayış otağı, 58.9 kvm köməkçi sahə, 10.4 kvm zirzəmi, tikili "B"-də 12.8 kvm hamam) xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli, 3-21-3-33/2-385/2023 saylı məktubdan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Gəncə şəhəri, Nizami rayonu, X58 küçəsi, 95 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh Nürəddin qızının mülkiyyət hüququ dövlət qeydiyyata alınaraq xx.xx.2022-ci il tarixli, **********771- 10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İşdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)- 344/2022 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, İddiaçı, cavabdehlər Cavabdeh, X37, X28, X38 xx.xx.2016-cı il tarixdə vəfat etmiş X20 qanun üzrə vərəsələri tanınmaları, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X16 miras qalmış Gəncə şəhəri, M.S.ünvan 8 ünvanda yerləşən miras evdə İddiaçı 1/5 hissədə, cavabdehlər Cavabdeh 1/5 hissədə, X22 1/5 hissədə, X11 1/5 hissədə və X23 1/5 hissədə paylarının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-1511/2022 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-344/2022 nömrəli qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddianın rədd edilməsi qət edilmişdir. İşdə olan Daşkəsən rayon notariat kontorunun xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X14 vərəsəsi arvadı X39 miras əmlakdan tam pay almışdır. Miras əmlak Gəncə şəhəri, X58 küçəsi ev 95-də yerləşən, ümumi sahəsi 70.6 kv.m ona məxsus olan fərdi yaşayış evindən ibarətdir. İşdə olan Gəncə şəhər 2 saylı Notariat Ofisində qeydə alınmış xx.xx.2022-ci il tarixli, 4Ə-376 reyestr nömrəli alqı-satqı müqaviləsinə dair notariat işindən görünür ki, X6 şəhəri, Ordubadi küçəsi ev 95-də yerləşən, ümumi sahəsi 70.6 kv.m ona məxsus olan fərdi yaşayış evini Cavabdeh alqı-satqı müqaviləsi əsasında 30000 manata satmışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami Rayon Şöbəsinin xx.xx.2022-ci il məktubundan görünür ki, Gəncə şəhər Nizami rayon Ordubadi ev 95-də yaşayan 1994-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında Səfərbərlik Hazırlığı və Səfərbərlik Haqqında” Qanuna əsasən xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və N saylı hərbi hissəyə təhvil verilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək iştirak etmişdir. xx.xx.2020ci il tarixdən, xx.xx.2020-ci il tarixədək Laçın istiqamətində gedən döyüşlərdə iştirak edib. Vətən Müharibəsi veteranıdır. xx.xx.2021-ci il tarixdən SHXÇDX-nin Gəncə şəhər Nizami rayon şöbəsində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə-Daşkəsən regional filialı tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ( FİN: 6X42R34) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə xx.xx.2022-ci il tarixindən (Vətən müharibəsi veteranı) 80 (səksən) manat məbləğində Prezident təqaüdü təyin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Milli Məclisinin Aparatı vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsi tərəfində 22 dekabr 2022-ci il tarixdə məhkəməyə ünvanlanmış Cavabdeh müraciətindən görünür ki, Cavabdeh Nürəddin qızı 1996-cı ildə Gəncə şəhəri M.S.ünvan 9 ünvanına gəlin gəldiyini və həmin evdə X33 ilə qeyri rəsmi yaşadıqlarını, birgə yaşayışlarından X29, X37, X23 dünyaya gəldiyini və 2016ci ildə isə nikahlarını rəsmiləşdirdiklərini və xx.xx.2016-ci ildə həyat yoldaşının vəfat etdiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, X3 həyat yoldaşından X45 ilə birgə nigahdan olmuş İddiaçı dünyaya gəlmiş və həmin Rəsula o baxmışdır. Sonradan heç bir səbəb olmadan ondan imtina edərək anası Aynurun yanına getmişdir. İddiaçı xx.xx.2022ci il tarixdə Gəncə şəhər Nizami rayon məhkəməsinə Gəncə şəhəri M.S.Ordubadi küçəsi ev 95A ünvanından ata evindən miras əmlak payı tələb etmişdir və həmin evdən 5 (beş) nəfərə pay düşmüşdür. İddiaçı onun öz adına olan və öz halal zəhməti ilə aldığı Gəncə şəhəri M.S.Ordubadi küçəsi ev 95 evə sahiblənmək istəyir həmin ev onun xüsusi əmlakıdır. Həmin ev xx.xx.2022-ci il tarixdə Gəncə şəhər 2 saylı notariusunda X39 ilə alqısatqı olunmuşdur. İddiaçı ata evindən düşən payı almışdır. ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Gəncə şəhəri, M.S.Ordubadi küçəsi, ev 95 ünvanda yerləşən fərdi yaşayış evi və 0.0138 ha torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir. İş materiallarında olan Evlər üçlüyünün arayışından görünür ki, İddiaçı Gəncə şəhəri, M.S.Ordubadi küçəsi, ev 95 ünvanda yaşamır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı X33 ilə X17 birgə nikahlarından xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Atası ilə anası Gəncə şəhəri, Ordubadi küçəsi ev 95-də yaşamışlar. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 sentyabr 2007-ci il tarixli 2-843/2007 saylı qətnaməsinə əsasən atası ilə anası arasında 27 fevral 1995-ci il tarixdə bağlanmış nikahları pozulmuşdur. Valideyinləri nikah pozulmamışdan qabaq 10 ildən artıq müddətdə ayrı yaşamışlar. Atası ilə anası ayrıldıqdan sonra atası Cavabdeh ilə ailə qurmuş və bu münasibətlərindən onların üç övladı anadan olmuşdur. Anadan olan vaxtdan o, atası X30 ilə yaşamış, atası ilə anası X34 ayrıldıqdan sonra analığı Elnarənin yanında qalmışdır. 2002-ci ildə 41 saylı məktəbdə oxumuşdur. 2003-cü ildə 27 nömrəli məktəbə keçmiş, 6-cı sinifə kimi həmin məktəbdə oxumuş, 7-ci sinifdə yenidən 41 nömrəli məktəbə qayıtmışdır. 9-cu sinifdə internat məktəbində oxumuş və həmin məktəbi bitirmişdir. 2011-ci ildə doğma anası X17 yanına qayıtmış və onunla birlikdə Gəncə şəhəri, Bağbanlar küçəsi 130 ünvanında yaşamış, 2013-cü ilin yanvar ayında oradan hərbi xidmətə getmiş, 2014-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra dostugildə yaşamışdır. 2016-cı ilə kimi Rusiya Federasiyasında yaşamış, 2016-cı ilin avqust ayında ölkəyə qayıtmış və Gəncə şəhəri, Ordubadi küçəsi ev 95-də yaşamışdır. 2020-ci ildə 2-ci Qarabağ döyüşlərində iştirak etmişdir. 2021-ci il tarixdə qayıtmış və onu ata evinə buraxmamışlar. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə əlaqədar qeyd etməyi vacib hesab edir ki, iddiaçının tələbi Cavabdeh məxsus fərdi yaşayış evindən istifadə hüququnun tanınması və evə köçürülmə ilə bağlı olduğundan tərəflərin arasında yaranan münasibətlərə mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə ilə bağlı normalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İddiaçı X33 ilə X17 birgə nikahlarından xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olması, atası ilə anası Gəncə şəhəri, Ordubadi küçəsi ev 95-də yaşamaqları, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 sentyabr 2007-ci il tarixli 2-843/2007 saylı qətnaməsinə əsasən atası ilə anası arasında 27 fevral 1995-ci il tarixdə bağlanmış nikahları pozulması, atası ilə anası ayrıldıqdan sonra atasının Cavabdeh ilə ailə qurması, anadan olan vaxtdan iddiaçının atası X30 ilə yaşaması, atası ilə anası X34 ayrıldıqdan sonra analığı Elnarənin yanında qalması, 2002-ci ildə 41 saylı məktəbdə oxuması, 2003cü ildə 27 nömrəli məktəbə keçməsi, 6-cı sinifə kimi həmin məktəbdə oxuması, 7-ci sinifdə yenidən 41 nömrəli məktəbə qayıtması, 9-cu sinifdə internat məktəbində oxuması və həmin məktəbi bitirməsi, 2011-ci ildə doğma anası X17 yanına qayıtması və onunla birlikdə ünvan 10 ünvandan hərbi xidmətə getməsi, 2014-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra dostugildə yaşaması, 2016-cı ilə kimi Rusiya Federasiyasında yaşaması, 2016-cı ilin avqust ayında ölkəyə qayıtması və Gəncə şəhəri, Ordubadi küçəsi ev 95-də yaşaması, 2020-ci ildə oradan hərbi xidmətə gedərək 2-ci Qarabağ döyüşlərində iştirak etməsi, tərəflərin ifadəsi və iş materialları ilə təsdiqini tapmaqla işin mübahisəsiz halıdır. Göründüyü kimi iddiaçı 9-cu sinifdən yəni, 2011-ci ildən doğma anası X17 yanına qayıtmış və onunla birlikdə ünvan 11 ünvandan hərbi xidmətə getmiş, 2014-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra dostugildə yaşamış, 2016-cı ilə kimi Rusiya Federasiyasında yaşamış, 2016-cı ilin avqust ayında ölkəyə qayıdaraq Gəncə şəhəri, Ordubadi küçəsi ev 95də yaşamışdır. Yaşayış və olduğu yer haqqında Qanunun 2-ci maddəsinə əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. İddiaçı 11-ci sinifdən yəni, 2011-ci ildən doğma anası X17 yanına qayıtdığından və onun yaşayış anası tərəfindən müəyyən olunduğundan onun yaşayış yeri Gəncə şəhəri, Bağbanlar küçəsi 130 ünvanı olmuşdur. İddiaçı həmin vaxtdan 2016-cı il tarixədək mübahisəli evdə yaşamamış, yalnız 2016-cı ildə mübahisəli mənzildə yaşamağa başlamışdır. İddiaçı mübahisəli mənzildə 2016-cı ildən yaşamağa başladığından və həmin mənzilə dair aralarında münasibətlər 2016-cı ildə yarandığından həmin münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə iddiaçının Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Ordubadi küçəsi ev 95 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiasına qiymət verərkən, ilk növbədə iddiaçının mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olub-olmamasının və onun əsasında da, iddiaçının subyektiv hüququnun pozulub-pozulmaması ilə bağlı iddiaçının cavabdehə qarşı iddia irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsinin müəyyən edilməsini zəruri hesab edərək qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə iddia tələbi əsaslı deyildir. Belə ki, iddiaçının izahatından göründüyü kimi iddiaçı 2011-ci ildə mübahisəli mənzili tərk edərək yaşamaq üçün anasının yanına getmiş və yalnız 2016-cı ildə yenidən həmin evə qayıtmışdır. İddiaçı 2016-cı ildə mübahisəli mənzilə köçərkən ev iddiaçının əmisi X14 mülkiyyətində olmuşdur. Bu işin mübahisə edilməyən halıdır. İddiaçı 2016-cı il tarixdə mübahisəli fərdi yaşayış evinə köçmüşdür və 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. İddiaçı 2016-cı ildə mübahisəli mənzilə köçərkən mənzil əmisi X14 mülkiyyətində olmuş və iddiaçı Mənzil Məcəlləsinin 30.1-ci maddəsində sadalanan mülkiyyətçinin ailə üzvləri sırasına daxil deyildir. Ona görə də, məhkəmə iş üzrə araşdırılmış sübutların tədqiqi nəticəsində bir daha müəyyən etdi ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən subyektiv hüquqa malik olmamışdır. Belə ki, iddiaçı mübahisəli fərdi yaşayış evinə 2016-cı il tarixdə köçdüyündən, 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından iddiaçı mübahisəli mənzilə münasibətdə evdən istifadə hüququna malik olmasını təsbit etdiyi şəxslərin dairəsinə daxil olmadığından iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun tanınması və köçürülməsini tələb etmək hüququ mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarı”nda formalaşmış hüquqi mövqeyində qeyd etmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə hüququ olmadığına görə subyektiv hüququn birinci elementi olan hüquqi ixtiyara malik olmamışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçının bütövlükdə hazırkı tələblə bağlı iddia irəli sürmək üçün subyektiv hüququ yaranmamışdır. Qeyd edilənlər baxımından iddia əsassız olduğundan təmin edilməməlidir. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar