Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-604/2022 19.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əli oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “qohumluq faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı “qohumluq faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1911-ci il tarixdə doğulmuş Ərizəçi Qaffar oğlunun atası X1 onun babası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəməyə ərizə təqdim edərək, mülki işin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə hesab edir ki, ərizəçi ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və maraqlı şəxsin nümayəndəsi işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən ərizə baxılmamış saxlanmalı, ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi geri qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. Ərizəyə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, Ərizəçi tərəfindən 31 may 2022-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu tam şəkildə Ərizəçi qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.6, 260, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Ərizəçi Maraqlı şəxsnə qarşı “qohumluq faktın müəyyən edilməsi” tələbi ilə bağlı ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər, həmçinin ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-604/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-604/2022
19.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver