Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6053/2025 08.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi və ya əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə Gəncə Şəhər Məhkəməsinin inzibati binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, məhkəmə, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi və ya əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən əmlaka paylarına müvafiq, yəni ½ hissə ilə cavabdehə məxsus paya görə onun bazar qiymətinə müvafiq olaraq pulun verilməsi ilə onun payına xitam verilməsi və yaxud cavabdeh tərəfindən ona məxsus ½ hissə paya görə cavabdehin bazar qiyməti ilə pulun ödənilməsi ilə ona məxsus paya xitam verilməsi, əgər bu mümkün olmazsa mənzilin açıq hərracda satılması və paylarına müvafiq olaraq bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən də görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. Bununla da müəyyən olunur ki, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 35.1.-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1.3-cü maddəsinə əsasən iddia ərizəsi əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Buna görə də hesab edirəm ki, iddia ərizəsi MPM-nin 152.1.3-cü maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. 152.4.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi və ya əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmçinin məhkəmədə iddia qalıdırlması üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. İddiaçıya izah olunur ki, qeyd edilən iddia tələbi ilə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldım: İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi və ya əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Məhkəmədə iddia qalıdırlması üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçı izah olunur ki, qeyd edilən iddia tələbi ilə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-6053/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6053/2025
08.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver