Məhkəmə qərarları › İş №2(125)-6065/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6065/2023

27.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6065/2023 27.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı İsmayılova(Əliyeva) Sədaqət Çərkəz qızının və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi, vəkil X10 iştirakı ilə, İddiaçı İsmayılova(Əliyeva) Sədaqət Çərkəz qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə və yaşayış sahəsindən istifadə hüququ tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı İsmayılova(Əliyeva) Sədaqət Çərkəz qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə və yaşayış sahəsindən istifadə hüququ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan xx.xx.2011-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X8 ilə birlikdə Cavabdeh1 adına olan Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Rəşid Allahverdiyev küçəsi, 17 saylı evə köçürülməsinə və həmin yaşayış sahəsindən onlara istifadə hüququ verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İsmayılova(Əliyeva) Sədaqət Çərkəz qızı iddianı müdafiə edərək, bildirmişdir ki, cavabdehlərdən Cavabdeh1 oğlu Cavabdeh2 ilə xx.xx.2011-ci il tarixdə Samux rayon Qeydiyyat Şöbəsində 233 №-li akt qeydi ilə nikahlarını qeyd etdirmişlər. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X8 adlı iki uşaqları anadan olmuşdur. Cavabdeh2 ilə olan nikahları Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-307/2022 saylı qətnaməsi ilə pozulmuş və uşaqlarının onun yanında saxlanılması qərara alınmışdır. Cavabdeh1 Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Rəşid Allahverdiyev küçəsi, 17 saylı evi oğlu Cavabdeh2 ailəsi ilə yaşaması üçün onlara tikdirmiş və həmin evdə həmişə onların ailəsi yaşamışdır. 2010-cu il noyabrın 10-da ona toy edilərək həmin evə gəlin köçürülmüşdür. Toy vaxtı onun cehiz əşyaları həmin evə yığılmışdır və bu gün də, əşyaları sözügedən evdədir. Onun uşaqları da, həmin evdə yaşayarkən doğulmuşlar. O, gəlin gələrkən evin sənədi qaydasında olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsindən verilmiş arayışdan da görünür ki, Gəncə şəhəri Məhsəti qəsəbəsi, məhəllə-8, sahə 23 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-290 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X15 tərəfindən Cavabdeh1 satılmış, sonuncunun adına xx.xx.2018-ci il tarixli, **********85 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd edilən çıxarışa və razılaşdırılmış layihəyə əsasən torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 93,2 kv.m. olan bağ evinə dair ünvanı ünvan 3lnız xx.xx.2019-cu il tarixli **********85-11301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Bu səbəbdən də o, gəlin gələrkən nikah müqaviləsi bağlaya bilməmişdir. Ona görə də, ona münasibətdə Mənzil Məcəlləsinin 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Mənzil Məcəlləsinin qaydaları tətbiq edilməlidir. Onlar mübahisəli evdə qeydiyyatdadırlar, həm də evdə yaşayırlar. Onun bütün cehiz əşyaları da həmin evdədir. Ona görə də onların həmin evdə istifadə hüquqları tanınmalıdır. Odur ki, himayəsində olan xx.xx.2011-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X8 ilə birlikdə Cavabdeh1 adına olan Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Rəşid Allahverdiyev küçəsi, 17 saylı evə köçürülməsinə və həmin yaşayış sahəsindən onlara istifadə hüququ verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İsmayılova(Əliyeva) Sədaqət Çərkəz qızının vəkili Vəkil iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi, vəkil X17 bildirmişdir ki, iddiaçı ilə Cavabdeh2 xx.xx.2011-ci il tarixdə nikahlarını qeyd etdirmişlər. Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Rəşid Allahverdiyev küçəsi ünvanında 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 93.20 kv.m olan bağ evi isə Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********85-11301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydə alınmışdır. Odur ki, iddiaçının həmin evə dair istifadə hüququ yoxdur. Sonda iddiaçı İsmayılova(Əliyeva) Sədaqət Çərkəz qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə və yaşayış sahəsindən istifadə hüququ tələbinə dair iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işdə olan materialları nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 ilə X4 arasında nikah 15 mart 2023-cü ildə pozulmuşdur. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(125)-307/2022 saylı qətnaməsinə əsasən Cavabdeh2 ilə X4 arasında xx.xx.2011-ci il tarixdə Samux rayon Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 233 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X3 anaları X2 yanında saxlanılması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən Cavabdeh2 X2 xeyrinə hər ay hər uşaq üçün 150 manat olmaqla, 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli 6745367, 6745368, ******* saylı arayışlardan görünür ki, X4, X6, X1 şəhəri, Kəpəz rayonu, Rəşid Allahverdiyev küçəsi, ev 17 ünvanda qeydiyyatdadırlar. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 93.20 kv.m olan bağ evi **********85-11301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydə alınmışdır. İş materiallarında olan 10 noyabr 2009-cu il tarixli AR-№ 084334 saylı etibarnamənin surətindən görünür ki, Gəncə şəhəri 5-ci dövlət notariat kontorunda təsdiq olunmuş xx.xx.2008-ci il tarixli 7E-10-2712 №-li etibarnamə əsasında Gəncə şəhəri, S.İ.Xətai pr, ev 90, mən.93-də yaşayan X15 tərəfindən etibar edilmiş Gəncə şəhəri, Bayan küç, 1-dön, ev 14-də yaşayan Gəncə ŞPİ tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli AZE No 00337425 Noli şəxsiyyət vəsiqəsi olan X7 həmin etibarnamə ilə “Daşkəsən şəhəri, S. Vurğun küç, ev 14A, mən.5-də yaşayan (- Cavabdeh1 DT və XK-nin Gəncə şəhər şöbəsinin verdiyi xx.xx.2008-ci il tarixli 1064 qeydiyyat nömrəli -Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən - Məmmədov N.İ oğluna məxsus olan Gəncə şəhəri Kəpəz rayonu Sevinc qəsəbəsində - yerləşən 400 0 kv.m torpaq sahəsinin və orada tikilmiş evin DƏDRX-nin Gəncə şəhər Ərazi İdarəsindən Reyestrdən Çıxarışını, Forma 1-ni almağı həmin sənədləri aldıqdan sonra torpaq sahəsinin üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka(girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Həmin etibarnamə 12 oktyabr 2018-ci ilədək qüvvədə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-6119/2023 nömrəli arayışdan görünür ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, məhəllə-8, sahə 23 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-290 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X15 tərəfindən Cavabdeh1 satılmış, sonuncunun adına xx.xx.2018-ci il tarixli, **********85 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd edilən çıxarışa və razılaşdırılmış layihəyə əsasən torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 93.2 kv.m (tikili “A”-da ümumi sahəsi 93.2 kv,m, yaşayış sahəsi 43.7 kv.m, köməkçi sahəsi 49.5 kv.m, üç yaşayış otağı) olan bağ evinə dair ünvanı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Rəşid Allahverdiyev küçəsi, 17 göstərilməklə xx.xx.2019-cu il tarixli, **********85- 11301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşayan X9 06.12 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə xx.xx.2021-ci il tarixdə gəlini Sədaqət İsmayılovanın və onun atası Çərkəzin onun evinə daxil olub özünə məxsus qızıl-zinət əşyalarını, 5000 manat pulunu oğurlayıb aparmaları barədə məlumatı əsasında toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci(cinayət hadisəsi olmadıqda) maddəsi ilə rədd edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 ilə İsmayılova(Əliyeva) Sədaqət Çərkəz qızı 2010-cu ilin noyabr ayında ailə quraraq Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Rəşid Allahverdiyev küçəsi, 17 ünvanına köçməklə xx.xx.2011ci il tarixdə ailə qurmaqla nikahlarını rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il tarixdə X6 və xx.xx.2013-cü il tarixdə X8 adlı uşaqları anadan olmuşdur. Tərəflər ayrılmışlar və Gəncə Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(125)- 307/2022 saylı qətnaməsinə əsasən Cavabdeh2 ilə X4 arasında xx.xx.2011-ci il tarixdə Samux rayon Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 233 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X3 anaları X2 yanında saxlanılması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən Cavabdeh2 X2 xeyrinə hər ay hər uşaq üçün 150 manat olmaqla, 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı mübahisəli mənzilə 2011-ci il tarixdə köçdüyünü və həmin evdə istifadə hüququnun olduğunu qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə əlaqədar qeyd etməyi vacib hesab edir ki, iddiaçının tələbi azyaşlı uşaqları ilə birlikdə Cavabdeh1 istifadəsində və sahibliyində olan fərdi yaşayış evinə köçürülməsi ilə bağlı olduğundan tərəflərin arasında yaranan münasibətlərə mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə ilə bağlı normalar tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələblərinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İddiaçı İsmayılova(Əliyeva) X5 Vüsal Akif oğlu ilə 2010-cu ilin noyabr ayında ailə qurduqdan sonra Gəncə şəhəri, Məhsəti qəsəbəsi, məhəllə-8, sahə 23 ünvanında yerləşən 0.04 ha torpaq sahəsində inşa edilmiş mülkiyyət sənədi olmayan evə köçmüşlər. Gəncə şəhəri, Məhsəti qəsəbəsi, məhəllə-8, sahə 23 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə- 290 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X15 tərəfindən Cavabdeh1 satılmış, sonuncunun adına xx.xx.2018-ci il tarixli, **********85 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd edilən çıxarışa və razılaşdırılmış layihəyə əsasən torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 93.2 kv.m (tikili “A”-da ümumi sahəsi 93.2 kv,m, yaşayış sahəsi 43.7 kv.m, köməkçi sahəsi 49.5 kv.m, üç yaşayış otağı) olan bağ evinə dair ünvanı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Rəşid Allahverdiyev küçəsi, 17 göstərilməklə xx.xx.2019-cu il tarixli, **********85-11301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı mübahisəli mənzildə 2010-cu ildən yaşamağa başladığından və həmin mənzilə dair aralarında münasibətlər 2010-cu ildə yarandığından həmin münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə iddiaçının uşaqları ilə birlikdə Cavabdeh1 məxsus ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiasına qiymət verərkən, ilk növbədə iddiaçının mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsində yaşamaq hüququnun yaranması əsaslarının mövcud olub-olmamasının və onun əsasında da, iddiaçının subyektiv hüququnun pozulub-pozulmaması ilə bağlı iddiaçının cavabdehə qarşı iddia irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsinin müəyyən edilməsini zəruri hesab edərək qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə iddia tələbi əsaslı deyildir. Belə ki, iddiaçının izahatından göründüyü kimi iddiaçı 2011-ci ildə mübahisəli fərdi yaşayış evinə köçmüşdür. 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Gəncə Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(125)-307/2022 saylı qətnaməsinə əsasən Cavabdeh2 ilə X4 arasında xx.xx.2011-ci il tarixdə Samux rayon Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 233 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Mübahisəli ev Cavabdeh1 mülkiyyətində olduğundan iddiaçı Mənzil Məcəlləsinin 30.1-ci maddəsində sadalanan mülkiyyətçinin ailə üzvləri sırasına daxil deyildir. Ona görə də, məhkəmə iş üzrə araşdırılmış sübutların tədqiqi nəticəsində bir daha müəyyən etdi ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən subyektiv hüquqa malik olmamışdır. Belə ki, iddiaçı mübahisəli fərdi yaşayış evinə 2010cu il tarixdə köçdüyündən, 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından iddiaçı mübahisəli mənzilə münasibətdə evdən istifadə hüququna malik olmasını təsbit etdiyi şəxslərin dairəsinə daxil olmadığından iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsini tələb etmək hüququ mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarı”nda formalaşmış hüquqi mövqeyində qeyd etmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mübahisəli fərdi yaşayış evindən yaşamaq hüququ olmadığına görə subyektiv hüququn birinci elementi olan hüquqi ixtiyara malik olmamışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçının bütövlükdə hazırkı tələblə bağlı iddia irəli sürmək üçün subyektiv hüququ yaranmamışdır. Qeyd edilənlər baxımından iddia əsassız olduğundan təmin edilməməlidir. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı İsmayılova(Əliyeva) Sədaqət Çərkəz qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə və yaşayış sahəsindən istifadə hüququ tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı İsmayılova(Əliyeva) Sədaqət Çərkəz qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar