Məhkəmə qərarları › İş №2(125)-6070/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6070/2023

19.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6070/2023 19.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi) "eyni şəxs olma faktının müəyyən edilməsi" barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi) "eyni şəxs olma faktının müəyyən edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsindən adlı siyahı məlumatlarına əsasən (DBF) “Torpağın mülkiyyətə verilməsinə dair” JN-076A saylı şəhadətnamədə qeyd olunmuş “Ərizəçi Məhəmməd oğlu” kimi qeyd olunduğu və “Ərizəçi” ilə adlı siyahı məlumatlarında qeyd olunan “Ərizəçi Məhəmməd oğlunun” eyni şəxs olmalarını təsdiq edən qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra Ərizəçi məhkəmənin 18 oktyabr 2023-cü il tarixində keçirilən baxış iclasında tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək, Daşkəsən Rayon Xalq X1 Heyətinin 18 iyul 1995-ci il tarixli, 40 saylı iclas qərarından çıxarışın ona məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə şəhərində yerləşən torpaq sahəsi üzrə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2023cü il tarixli, **********8 qeydiyyat nömrəli ərizəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Ərazi İdarəsinin adlı siyahı məlumatlarına əsasən (DBF) “Torpağın mülkiyyətə verilməsinə dair” JN-076A saylı şəhadətnamədə hüquq sahibinin, yəni, onun adının “Ərizəçi Məhəmməd oğlu” kimi qeyd olunduğu və “Ərizəçi” ilə adlı siyahı məlumatlarında qeyd olunan “Ərizəçi Məhəmməd oğlunun” eyni şəxs olmalarını təsdiq edən sənəd (məhkəmə qətnaməsi) tərəfindən təqdim edilmədiyi üçün müraciətinin təmin olunması mümkün deyildir. O, xx.xx.1971-ci ildə Ermənistan Respublikasında anadan olmuşdur. Doğum şəhadətnaməsində atasının adı “Məməş” kimi qeyd edilmişdir. Lakin, sovet pasportu təhvil verilib şəxsiyyət vəsiqəsi alarkən ata adı “Mamoş” kimi qeyd edilmişdir. Onun bütün sənədləşmələri də “Mamoş” adı ilə rəsmiləşdirilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək, ərizəsini müdafiə edərək, ərizənin dəqiqləşdirilməsi hissəsi nəzərə alınmaqla təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 02 avqust 2023-cü il tarixli, 3-21-3-33/2-6894/2023 nömrəli daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, ərazi idarəsinin adlı siyahı məlumatlarına əsasən (DBF) “Torpağın mülkiyyətə verilməsinə dair” JN-076A saylı şəhadətnamədə hüquq sahibinin adının “Ərizəçi Məhəmməd oğlu” kimi qeyd olunduğu və və “Ərizəçi” ilə adlı siyahı məlumatlarında qeyd olunan “Ərizəçi Məhəmməd oğlunun” eyni şəxs olmalarını təsdiq edən sənəd (məhkəmə qətnaməsi) tərəfindən təqdim edilmədiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin bələdiyyə xəritəsinə əsasən dövlət mülkiyyətində olan “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” əraziyə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən ərizəsinin icrası mümkün olmamışdır. Daşkəsən Rayon Xalq X3 Heyətinin xx.xx.1995-ci il tarixli, 40 saylı iclas qərarından çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin İX fəsil 75-ci maddəsinə uyğun olaraq Daşkəsən rayon sakini X6 ləğv edilmiş “Bakı fəhləsi” kolxozunun Gəncə şəhərinin Gülüstan adlanan sahəsindən torpaq sahəsi ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi tərəfindən verilmiş 154 nömrəli arayışdan görünür ki, Ərizəçi Məhəmməd oğluna Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 219 saylı sərəncamına əsasən Quşçu kəndinə məxus Gülüstan qəsəbəsində yerləşən torpaqdan bağçılıqla məşğul olmaq üçün 0,06 ha torpaq sahəsi ayrılmışdır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-076A KOD 50600038 nömrəli şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının 22 iyul 1996-cı il tarixli, 219 saylı sərəncamı ilə 0,06 ha mülkiyyətinə verilmişdir. Şəhadətnamə iki nüsxədən ibarət tərtib edilmişdir və 76 nömrə ilə kitabda qeyd edilmişdir. İ-ZJ nömrəli, 161544 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi Məməş oğlu xx.xx.1971-ci il tarixində doğulmuşdur. Valideynləri atası – X4r. AB seriyalı, 007135 nömrəli, 20 dekabr 2000-ci il tarixli Qaçqınların və məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş qaçqın vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Məməş oğlu qaçqındır. Azərbaycan Respublikası Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Quşçu İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 noyabr 2023-cü il tarixli, 5- 42-14/2-342/2023 nömrəli arayışdan görünür ki, vətəndaş Ərizəçi xx.xx.1995-ci il tarixli, 40 saylı Daşkəsən rayon Deputatları məclisinin iclas qərarına əsasən Daşkəsən rayon Quşçu kəndinin Gəncə şəhəri Gülüstan qəsəbəsində verilmiş həyətyanı torpaq sahəsindən (0,06 ha) ona aid çıxarışda şəxsin ata adı doğru olaraq aşağıdakı kimi yazılmalıdır: Ərizəçi Məməş oğlu. Azərbaycan Respublikası Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Quşçu İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 dekabr 2023-cü il tarixli, 5- 42-14/2-363/2023 nömrəli arayışdan görünür ki, vətəndaş Ərizəçi xx.xx.1995-ci il tarixli, 40 saylı Daşkəsən rayon Deputatları məclisinin iclas qərarına əsasən Daşkəsən rayon Quşçu kəndinin Gəncə şəhəri Gülüstan qəsəbəsində verilmiş həyətyanı torpaq sahəsindən (0,06 ha), ona aid çıxarışda şəxsin ata adı texniki səhv olaraq X2 yazılmışdır. Ancaq düzgün yazılış forması aşağıdakı kimi olmalıdır: Ərizəçi Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Ərizəçi ata adı doğum haqqında şəhadətnamədə “Məməş” olaraq qeyd edilsə də, ona məxsus olan şəxsiyyət vəsiqəsində və digər sənədlərdə “Mamoş” olaraq qeyd edilmişdir. Daşkəsən rayon Xalq X3 Heyətinin xx.xx.1995-ci il tarixli, 40 saylı iclas qərarından çıxarışda göstərilən “Ərizəçi Məməş oğlu” ilə şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi”nun eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – Daşkəsən rayon Xalq X3 Heyətinin xx.xx.1995ci il tarixli, 40 saylı iclas qərarından çıxarışın surəti, doğum haqqında şəhadətnamənin surəti, şəxsiyyət vəsiqəsinin surəti ərizəçi tərəfindən, onun özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Daşkəsən Rayon Xalq X3 Heyətinin 18 iyul 1995-ci il tarixli, 40 saylı iclas qərarından çıxarışın Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Daşkəsən Rayon Xalq X3 Heyətinin 18 iyul 1995-ci il tarixli, 40 saylı iclas qərarından çıxarışın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar