Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6094/2025 14.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Vəkil (maraqlı şəxs Gəncə şəhəri 1 saylı Notariat Ofisi) mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Ərizəçi etibarnamə üzrə nümayəndəsi Vəkil vasitəsilə məhkəməyə müraciət edərək, Ərizəçi mərhum əri Əli Əliyevdən qalmış mirasın ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Mülki işin materiallarında olan Gəncə şəhəri 1 saylı Notariat Ofisinin imtina qərarından müəyyən olunur ki, vərəsələr arasında mübahisə olduğundan Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur.Göründüyü kimi, mirasqoyan Əli Əliyevin Ərizəçi başqa da vərəsələri vardır. Ərizədə isə həmin miras əmlaka hüquqları çatan vərəsələr barədə heç bir məlumat verilməmişdir. Halbuki, MPM-in tələblərinə əsasən, mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərkən, miras əmlaka hüquqları çatan vərəsələr barəsində üçüncü şəxslər kimi məlumatlar verilməlidir. Hazırki ərizədə isə bu barədə heç bir məlumat verilməmişdir. Bundan başqa, artıq yuxarıda qeyd edildiyi kimi, Gəncə şəhəri 1 saylı Notariat Ofisinin imtina qərarından müəyyən olunur ki, vərəsələr arasında mübahisə olduğundan Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Belə halda ərizəçi məhkəməyə iddia icraatı qaydasında müraciət etməli olduğu halda, xüsusi icraat qaydasında ərizə ilə müraciət edərək, Ərizəçi əri X2 miras qalmış Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 14 saylı evin, 19 saylı mənzilini miras əmlak kimi faktiki qəbul etməsinin fakt kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1.-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.2.-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 306.4.-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Məhkəmə qeyd edir ki, miras əmlakla bağlı miras əmlaka hüquqları çatan vərəsələr arasında mübahisə olduğu halda, iddiaçı miras əmlaka hüquqları çatan və mirasla bağlı mübahisə edən vərəsələrə qarşı iddia qaldırmalı, miras qoyan şəxsin yaşayış yeri və ya miras qalan əmlakın olduğu yer üzrə notariat ofisi isə 3-cü şəxs kimi göstərilməlidir. Bundan başqa iddia ərizəsində cavabdeh qismində qeyd ediləcək vərəsələrin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar təsbit edilməli, ərizəyə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri və iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri əlavə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0.5-ci maddəsinə əsasən, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilməlidir. MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, həmçinin MPM-in 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi etibarnamə üzrə nümayəndəsi Vəkil (maraqlı şəxs Gəncə şəhəri 1 saylı Notariat Ofisi) mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəni vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-6094/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6094/2025
14.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver