Məhkəmə qərarları › İş №2(125)-6129/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6129/2024

05.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6129/2024 05.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyətini maraqlı şəxs qismində qeyd etməklə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək X2 xx.xx.1994-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək hazırkı ünvanı ünvan 1r Cəmiyyətində (keçmiş Sergeyin qarajında) sürücü işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 29 dekabr 2023-cü il tarixdə vəfat etmişdir. Ərizəçi onunla evlənərək rəsmi qaydada xx.xx.1989-cu il tarixdə nikah bağlamış və vəfat etdiyi günə kimi birlikdə yaşamışlar. Birgə nikahdan dörd övladları anadan olmuşdur. X3 xx.xx.1994-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək hazırki ünvanı ünvan 2ar Cəmiyyətində (keçmiş Sergeyin qarajı adlanırdı) sürücü işləmişdir. X2 Yusif Məhəmmədoğlu adına Açıq Səhmdar Cəmiyyətində (keçmiş Sergeyin qarajında) sürücü işləməsini onunla birlikdə işləyən sürücülərdən X8, X5, X13 və digər şahidlər təsdiq edə bilərlər. Hazırda ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina edirlər. Bu məqsədlə müvafiq məhkəmə iddiası qaldırmağa zərurət yaranmışdır. O X2 Yusif Məhəmmədoğlu adına Açıq Səhmdar Cəmiyyətində (keçmiş Sergeyin qarafında) sürücü işlədiyi bu dövrlər üçün sənədlərini başqa cür ala bilmir. Odur ki, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izah verərək ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs ASC-yə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat göndərilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İV-ЖГ seriyalı, 344660 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə X9 nikahlarını Gəncə şəhər VVAQ şöbəsində xx.xx.1989-cu il tarixdə 355 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər, nikahdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2023-cü ildə Türkiyə Respublikası İstanbul şəhəri Pendik vilayətində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 25 nömrəli akt qeydi aparılmışdır. İş materiallarına mərhum X6 məxsus əmək kitabçasının surəti əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən regional filialının ərizəçiyə cavab məktubunda qeyd edilmişdir ki, təqdim edilən X1 surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla ümumi sığorta stajı 12 il 7 ay 26 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (15 ildən) az olduğu üçün sizə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. xx.xx.2022-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin 12-ci maddəsinin 1-ci bəndinə əsasən, həmin müqavilənin tətbiqi üçün səlahiyyətli orqanlar onun tətbiqinə dair İnzibati Saziş imzalamalıdırlar. X11 tərəflər arasında imzalanmamışdır. Qeyd olunan səbəbdən M.Hüseynovun xx.xx.1992-ci il tarixindən sonrakı dövr üzrə Rusiya Federasiyasındakı əmək fəaliyyətinin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün deyil. Sözügedən maddənin tələblərinə əsasən sizə xx.xx.2023-cü il tarixindən 120 manat məbləğində ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir. Ərizəçiyə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnun olduğu izah edilmişdir. Sorğu nəticəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsindən əldə edilmiş xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN **********) fəaliyyəti hazırda aktiv vəziyyətdədir. "YUSİF MƏHƏMMƏDOĞLU” ASC "xxxx" ASC-nin mülkiyyət formasının və adının dəyişilməsi ilə əlaqədar onun bazasında hüquqi varislik prinsipi əsasında yaradılmış və Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2004-cü il tarixdə 0304-G5-3224 nömrə ilə qeydiyyata alınmışdır. "xxxx" ASC isə İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2002-ci il tarixli 74 nömrəli sərəncamına əsasən “Azəravtonəqliyyat” X10 özüboşaldan avtomobil nəqliyyat müəssisəsinin bazasında yaradılmışdır və Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2002-ci il tarixli D-3423 Ne-li şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Hüquqi şəxsin qeydiyyat qovluğu məlumatlarına əsasən 1994-2001-ci illər ərzində mövcudluğu barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Hazırki işdə ərizəçi mərhum X2 xx.xx.1994-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək Maraqlı şəxs ASC-də (keçmiş Sergeyin qarajında) sürücü işləməsi faktının müəyyən edilməsini xahiş etməklə maraqlı şəxs qismində Maraqlı şəxs ASCni göstərmişdir. Halbuki, iş üzrə müəyyən edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti hazırda mövcuddur və fəaliyyət göstərir. Həmin müəssisənin fəaliyyət göstərməsi isə xüsusi icraatın həyata keçirilməsini istisna edir. Belə olan halda hüququ pozulmuş şəxs müvafiq müəssisəyə müraciət edərək pozulmuş hüquqlarının aradan qaldırılmasını tələb edə bilər, zərurət olduqda isə müvafiq vəzifələrin həmin müəssisənin üzərinə qoyulması barədə iddia ərizəsi ilə iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Lakin hazırki işdə ərizəçi pozulmuş hüquqlarının bərpası ilə bağlı müraciətini təsdiq edən sənədi və eyni zamanda müəssisənin bundan imtinasını təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Belə olduğu təqdirdə iş üzrə ərizəçinin tanınmasını xahiş etdiyi hüquqi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyi barədə qənaətə gəlmək mümkün deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, - qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, - ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan, - qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndində izah edilir ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Qərarın 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Göründüyü kimi, qüvvədə olan qaydalara əsasən yalnız əmək fəaliyyətinə dair sənədlər üzrlü səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, əmək stajı məhkəmə qaydasında müəyyən edilə bilər. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənəd itirildikdə və ya onu başqa qaydada bərpa etmək mümkün olmadıqda həmin faktın mövcudluğu şübhə altına alınır və belə qeyri-müəyyənlik şəxsə həmin hüquqi faktdan irəli gələn subyektiv hüquqlarının (şəxsi və ya əmlak hüquqlarının) həyata keçirilməsində maneələr və çətinliklər yaradır. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarındakı mövqeyindən çıxış edərək qeyd edir ki, ərizəçinin mərhum ərinin sürücü işlədiyi qeyd edilən Maraqlı şəxs ASC-nin hazırda mövcud olduğu və fəaliyyət göstərdiyi iş materialları ilə öz təsdiqini tapdığından, onun həmin əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir, ərizəçinin hazırki ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi mərhum ərinin xx.xx.1994-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək Maraqlı şəxs ASC-də sürücü işləməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar