Məhkəmə qərarları › İş №2(125)-6153/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6153/2024

10.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6153/2024 10.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “uşaqların ananın himayəsinə verilməsi və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “uşaqların ananın himayəsinə verilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından anadan olmuş 18 avqust 2018-ci il təvəllüdlü X2 və 02 dekabr 2020-ci il təvəllüdlü isə X4 onun yanında qalmasına və hər iki övladının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qanunla müəyyən olunmuş qaydada hər ay sabit pul məbləğində hər bir uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, ümumilikdə 500 (beş yüz) manat məbləğində aliment tutularaq, ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2017-ci il tarixdə rəsmi nikaha girib el adəti ilə ailə həyatı həyatı qumuşdur. Cavabdeh ilə birgə nikahalrından 18 avqust 2018-ci il təvəllüdlü X3 və 02 dekabr 2020-ci il təvəllüdlü isə X7 adlı iki övladları dünyaya gəlmişdir. Cavabdeh 2024-cü ilin aprel ayında Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, nikahın pozulması və uşaq tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2448/2024 saylı qətnaməsi ilə nikahları məhkəmə qaydasında pozulmuş və xx.xx.2018-ci il tarixdə anadan olmuş oğlu X3 ata olaraq cavabdehin, xx.xx.2020-ci il tarixdə anadan olmuş qızı X7 isə ana olaraq onun himayəsinə verilmişdir. Lakin, Cavabdeh bir ata kimi himayəsinə verilmiş övladınıza sahib çıxmamış və övladı ortada sahibsiz qaldığından faktiki olaraq bu günə kimi hər iki övladı ana olaraq onun himayəsindədir. Onu da qeyd edir ki, evləndikdən sonra bir müddət xoşbəxt yaşasalar da, lakin, bir müddət sonra Cavabdeh ailəsinə qarşı məsuliyyətsiz olması, heç bir səbəb olmadan ailəsini tərk etməsi, cavabdehin, ər olaraq uşağına, ailəsinə biganə münasibət bəsləməsi səbəbindən birgə yaşamaqları mümkün olmamışdır. Belə ki, birgə nikah dövründə heç bir əsaslı səbəb olmadan aralarındakı münasibətlər kəskinləşmiş və dözülməz vəziyyətə gəlib çatmışdır. İş o yerə çatmışdır ki, Cavabdeh ona qarşı zorakılıq elementlərindən belə istifadə etmişdir. Ona görə iki az yaşlı övladlarının ana olaraq onun himayəsinə verilməsinə və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün qanunla müəyyən olunmuş qaydada cavabdehdən hər ay hər bir uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla ümumilikdə 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı olaraq ona ödənilməsini tələb edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə, həmçinin qeyd edir ki, Cavabdeh məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020ci il təvəllüdlü X4 anası İddiaçı alınaraq, onun himayəsinə verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda “uşaq” tələbi ilə bağlı 2(125)-5500/2024 saylı mülki iş Gəncə Şəhər Məhkəməsinin hakimi Xədicə Səfərlinin icraatındadır. Həmin iş üzrə rəy alınması üçün ekspertiza təyin edilərək, işin icraatı dayandırılmışdır. İcraatda olan 2(125)-6153/2024 saylı mülki iş isə daha sonra məhkəməyə daxil olmuşdur və mübahisə predmeti isə eynidir, odur ki, 2(125)-6153/2024 saylı mülki işin, hakim Xədicə Səfərlinin icraatında olan 2(125)-5500/2024 saylı mülki iş üzrə bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, cavabdehin ərizəsini, mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı 2(125)-6153/2024 nömrəli mülki iş, məhkəmənin icraatında olan 2(125)- 5500/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş iddia ərizəsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “uşaq” tələbinə dair Gəncə Şəhər Məhkəməsində iddia qaldırmış, 2(125)-5500/2024 nömrəli mülki iş hakim X1 icraatında olmaqla, məhkəmənin 2(125)- 5500/2024 nömrəli, 05 noyabr 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixoloji ekspertizası təyin edilmişdir. Göründüyü kimi, hər iki iddia tələbi üzrə mülki işlər bir-biri ilə bağlı olmaqla, eyni tərəflər arasında olan ailə münasibətlərindən irəli gələn mübahisələr olduğundan bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.1-ci maddəsinə əsasən hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, tələblərdən birini və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır. 169.2-ci maddəsinə əsasən bir neçə iddiaçı iddia verərsə və ya bir neçə cavabdehə qarşı iddia verilərsə, hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, bir və ya bir neçə tələbi ayrıca icraata ayırmağa haqlıdır. 169.3-cü maddəsinə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə, icraatında olan mülki işlər üzrə eyni tərəflərin bir-biri ilə ziddiyyət təşkil edən tələblərinin olmasını, mülki işlərə baxılma tezliyinin təmin olunması, həmçinin ədalət mühakiməsini düzgün həyata keçirilməsi və tərəflərin hüquqlarının təmin edilməsinin zərurətini nəzərə alaraq, hesab edir ki, mülki işlər bir icraatda birləşdirilərək baxılması məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı “uşaqların ananın himayəsinə verilməsi və aliment” tələbinə dair Gəncə Şəhər Məhkəməsinin hakimi İmanov Zaman Şakir oğlunun icraatında olan 2(125)-6153/2024 nömrəli mülki iş iddiaçı Cavabdeh İddiaçı qarşı “uşaq” tələbinə dair Gəncə Şəhər Məhkəməsinin hakimi X1 icraatında olan 2(125)-5500/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Mülki iş üzrə icraat 2(125)-5500/2024 nömrə altında davam etdirilsin. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar