Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6153/2025 12.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ümumi mülkiyyətdə olan mülkün bölünərək ayrı-ayrılıqda qeydiyyata alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq keçirilən məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “ümumi mülkiyyətdə olan mülkün bölünərək ayrı-ayrılıqda qeydiyyata alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, valideynlərindən qalmış ümumi mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən mülkün bölünərək ayrı-ayrılıqda qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, doğma bacısı olan cavabdehlə onun anası X3 13 aprel 2014-cü ildə atası X1 isə 08 dekabr 2016-cı ildə ölmüşdür. Valideynlərinin sağlığından birgə yaşadıqları ünvan 1-də yerləşən mülk cavabdeh olan doğma bacısı ilə aralarında 2 yerə bölünərək aralarında daş hasar çəkilmiş və ayrı- ayrı mənzillərə bölünmüşdür. Oğlu 1982-ci il təvəllüdlü X4 ilə ona aid olan mənzildə yaşayırlar. Bacısı Sevinc isə öz ailəsi ilə özünə aid olan mənzilində yaşayır. Bacısı Sevinc özünə aid olan mənzilə çıxarış və digər sənədlər almışdır. O, hazırda uzun müddət yaşadığı mənzilin ayrı ayrılıqda bölünərək Çıxarış və digər mülkiyyət sənədlərinin alınmasını istəyir. Cavabdeh buna etiraz etdiyinə görə bunu edə bilmir. Daşınmaz Əmlakdan bacısı ilə aralarında olan mübahisənin məhkəmə qaydasında həllini tapdıqdan sonra mülkə dair bölgü apararaq mülkiyyət sənədləri verə biləcəklərini bildirmişlər. Məhkəmə iclasında İddiaçı bildirdi ki, mülk faktiki olaraq bölünmüş və paylarına dair müvafiq çıxarışda almışlar. Lakin, O, mülkə dair ayrıca çıxarış verilməsini xahiş edir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, mülk artıq naturada bölünmüş və bu səbəbdən də iddiaçının ona qarşı irəli sürdüyü tələb anlaşılan deyil. Məhkəmə proses iştirakçılarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hazırkı işə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan ( eyni zamanda xx.xx.2023-cü il tarixli Texniki Pasportdan) görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil mülkiyyətçilər arasında paylarına uyğun şəkildə bölünmüşdür və buna dair tərəflərin adına ********** nömrəli çıxarış verilmişdir. Hazır ki, işin hallarında məlum olur ki, tərəflər paylı mülkiyyətlərində olan evi öz razılıqlarına əsasən naturada bölmüşlər. İddiaçının nail olmaq istədiyi məqsəd isə evdə olan payına dair ayrıca ünvan və çıxarış almaqdır. Bu baxımdan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin məcəllənin 220.3-ci maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Qanunvericiliyin tələbindəndə görünüdüyü kimi, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Lakin, hazırda paylı mülkiyyətçilər öz paylarının naturada bölünməsinə dair öz aralarında razılığa gəlmişlər. Bu baxımdan iddiaçının nail olmaq istədiyi məqsədə gəldikdə məhkəmə qeyd edir ki, qeyd edilən halla bağlı müvafiq inzibati orqana müraciət olunmalı, müraciətlə bağlı imtina olunduğu təqdirdə həmin imtina İnzibati Məhkəmə qaydasında mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “ümumi mülkiyyətdə olan mülkün bölünərək ayrı-ayrılıqda qeydiyyata alınması” tələbinə dair mülki işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №2(125)-6153/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6153/2025
12.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver