Məhkəmə qərarları › İş №2(125)-6211/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6211/2023

26.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6211/2023 26.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 Əli oğlunun sədrliyi, Əsgərov Elxan Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, X12 və X5 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh3, Cavabdeh2, X12 və X5 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyəti olan ünvan 1 ünvanındakı valideyinlərindən ona miras qalmış xüsusi mülkündə X2, Cavabdeh3, Cavabdeh2 və X6 istifadə hüququna xitam verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı ərizə verərək cavabdeh X6 cavabdehlər siyahısından çıxarılmasını və cavabdeh X1 Cahangirova kimi qeyd edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh X12 cavabdehlər siyasından çıxarılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X9 ilə xx.xx.1999-cu il tarixdə ailə qurmuş, evlilikləri rəsmi şəkildə Gəncə şəhəri Kəpəz rayonu qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. Həmin vaxt yaşadıqları Gəncə şəhəri, Kəpəz rayonu,3-cü mikrorayon, ev 19, mənzil 30 anası X11 məxsus olmuşdur. Sonra isə anası həmin evi qanuni şəkildə ona sənədlər əsasında bağışlamışdır. Sabiq arvadı X9 anasının razılığı ilə həmin evə gəlin gəlmiş və bir yerdə yaşamışlar. Həmin evlilikdən 2000-ci il təvəllüdlü Cavabdeh3, 2003-cü il təvəllüdlü Cavabdeh2 və 2007-ci il təvəllüdlü X12 adlı 3 qız övladları dünyaya gəlmişdir. Ailə qurduqdan və övladları dünyaya gəldikdən bir müddət sonra ailədə mehribançılıq, səmimiyyət, qarşılıqlı anlaşma hökm sürmüşdür. Elə ki, Ruhiyyə xanımın anası və bacısı ilə təmasda olmuşdur, qoca, xəstə, yaşlı anasına qarşı kobudluq etməyə, onu təhqir etməyə, qulluğunda durmamağa başlamışdır. 85 yaşlı qoca, xəstə anasına zülm etməsi bir yana, anası əziyyətlə əldə etdiyi və ona bağışladığı mənzildə 2 gün ac-susuz qalmışdır. İlk günlər özünü mələk kimi göstərən Ruhiyyə xanımın hərəkətləri və qəddarlığına görə o, məcbur oldub anasını da, götürüb qohumlarının evinə sığınmışdır. Sonra isə məhkəmə yolu ilə rəsmi şəkildə boşanmışlar. Xəstə və qoca anası vəfat etdikdə məcbur olub Bakı şəhərində dəfn etdirmişdir. O, mübahisəli mənzilin mülkiyyətçisi olmağına baxmayaraq daima təhqirə, alçaldılmağa məruz qalmışdır. Artıq öz şəxsi mülkündə onun yaşamağı qeyri-mümkündür. Mənzilin onda olan açarını kiçik qızı dərsdən gəlib qapıda qalır adı ilə onu aldadıb əlindən almış və onu bir daha evə buraxmamışdır. Çünki evin giriş qapısının zamokunun açarının dublikatını çıxartmaq mümkün deyildir. O, evdən aldadılaraq, şər-böhtan yolu ilə qovulduğunu sonradan anlamışdır. Ruhiyyə xanım Azərbaycan qadınına, xanımına yaraşmayan hərəkətlərə yol verərək İ və İl Qarabağ savaşında iştirak etmiş, öz sağlamlığını Vətəninin, torpaqlarının azadlığı uğrunda qurban vermiş İl qrup əlili öz doğma mənzilindən məkr və hiylə yolu ilə kənarlaşdırmışdır. Onun evinin zirzəmisində saxladığı məhkəməyə aid və başqa şənədlərini oğurlayıb qonşu ilə əlbir olub ona qarşı hər cür qadına yaraşmayan hərəkətə yol verərək, hətta doğma qızlarını belə atasına qarşı çıxmaq kimi naxələfliyə əl atmışdır. Bu isə nə milli mentalitetə, nə də müqəddəs qanunla, nə də, haqq-ədalətə uyğun olmayan haqsızlıq və ədalətsizlikdir. Azərbaycan Respublikasının Konstitusiyasının aşağıdakı maddələrində çox gözəl təsvir edilmişdir ki, hər bir vətəndaş öz haqqını tələb edə bilər. Maddə 13. Mülkiyyət. İ Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİİ: Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməzi Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi. İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İl. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 27. Yaşamaq hüququ. İ. Hər kəsin yaşamaq hüququ vardır. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İlİ Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV Heç kəs Məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Maddə 33. Mənzil toxunulmazlığı hüququ. İ. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Maddə 43. Mənzil hüququ. İ. Heç kəs yaşadığı mənzilindən qanunsuz məhrum edilə bilməz. Maddə 46. Şərəf və ləyaqətin müdafiəsi hüququ. İ. Hər kəsin öz şərəf və ləyaqətinui müdafiə etmək hüququ vardır. İİ. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. O, öz şəxsi mənzilinə köçürülməsi haqda Gəncə şəhər, Kəpəz rayon Məhkəməsinə müraciət etmiş və 1 il bundan əvvəl evə köçürülməyi haqqında qərar qəbul edilmişdir. Gəncə şəhər İcra İdarəsinin böyük icra məmuru Səməd İsmayılovun və sahə rəisinin iştirakı ilə evə köçürülməyinə baxmayaraq cəmi 1 (bir) gün evində yaşaya bilmişdir. Çünki, hiyləgər Ruhiyyə xanım o, səhər evdən işə çıxan zaman axşamı yenə də kiçik qızı Şirin açarı qapıdan çıxarmır və o, yenə də, öz şəxsi mənzilinə məhkəmənin qərarının olmasına baxmayaraq daxil ola bilmir. Ona görə də, Gəncə şəhər 1 saylı Mediasiya Əşkilatına sabiq arvadının və qızlarının ona məxsus mənzildən istifadə hüquqlarına itam verilməsi ilə bağlı müraciət etmişdir. Ruhiyyə xanım və qızları qanunlara hörmətsizlik edərək heç Mediasiya təşkilatının Şura iclasına da gəlmədilər. O, məcburiyyət qarsışında qalaraq validevinlərindən ona miras qalmış mülkündən cavabdehlərin yaşamaması üçün onların mülkdən istifadə hüququna xitam verilməsi üçün əmlak mühakiməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Bütün bu sadaladıqlarından da göründüyü kimi İ və İl Qarabağ müharibəsi veteranı, qazisi kimi onun da, şəxsi mənzilini tələb edib, ondan tam istifadə etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı maddələri bir daha hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışında bir daha onun xüsusi mülkiyyətçi olmağı öz təsdiqini tapmışdır. Maddə 152.1. Mülkiyyət hüququ-Subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.4. Sərəncam hüququ.Əmlakın (əşyanın) hüquqi müqəddəratın təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçinin ailə üzvləri ve digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquc daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.3. Yaşyaış binasının tərkib hissəsindən istifadə hüququ alqı satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkit hissəsindən istifadə hüququ olan şəxs mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdər həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Mən İ və İl Qarabağ müharibəsi veteranı, qazisi kimi Məhkəmədən xüsusi mülkiyyəti olan ünvan 1 ünvanındakı valideyinlərindən ona miras qalmış xüsusi mülkündə X2, Cavabdeh3, Cavabdeh2 və X6 istifadə hüququna xitam verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin ediməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçı X10 ilə Cavabdeh3 xx.xx.1999-cu ildə ailə qurmuşlar. Həmin evlilikdən 3 qız övladı-Cavabdeh3, 2003-cü il təvəllüdlü Cavabdeh2, 2007-ci il təvəllüdlü X12 dünyaya gəlmişdir. Həmin vaxt Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, ev 19, mənzil 30 anası X11 məxsus olmuş, sonradan həmin evi oğluna bağışlamışdır. Cavabdeh3 isə həmin evə gəlin köçərkən onun razılığı olmuş və ailə qurduqdan sonra həmin evdə yaşamışdır. Onlar hal hazırda da, həmin mənzildən istifadə edirlər. İddiaçı ilə nikahlarından olan 3 övladı da, həmin evdə doğulmuş və böyümüşdür. Sonradan aralarında yaranan problemlərə görə onların nikahına xitam verilmişdir. İddiaçı tərəfindən onun anası ilə bağlı cavabdehlər tərəfindən edildiyi irəli sürülən hərəkətlər tamamilə absurddur. Onun anası Bakıda öz qızıgildə yaşayarkən ruhi xəstəliyə düçar olmuşdur. Xəstəliyin əlamətləri özünü bürüzə verdikdə R.Hüseynovun bacısı onu və Cavabdeh3 evlərinə çağırmış, anasının vəziyyətinin çox ağır olduğunu, onun nitq qabiliyyətini itirdiyini və durmadan qışqırdığını bildirmişdir. Evə gedən R.Hüseynov və Cavabdeh3 həqiqətən də qadının ümumiyyətlə özünü idarə edə bilmədiyini, qışqıraraq evi dağıtdığını, heçkimi tanımadığının şahidi olmuşdur. Bundan sonra o, Gəncədə yerləşən Kəpəz rayonu 3-cü mikrorayon 19 ünvanında yerləşən 30 saylı mənzilə gətirilmiş, 10 gün bu mənzildə yaşamışdır. Xəstə olduğu müddətdə ona cavabdehlər tərəfindən lazımı diqqət və qayğı göstərilmiş, hər bir ehtiyacı qarşılanmış, müxtəlif xəstəxanalara aparılmışdır. Buna baxmayaraq o, dərman qəbul etməkdən imtina etmişdir. Xəstəxanada onun ev xəstəsi olmadığını, təcili şəkildə psixatriya klinikasına aparılmalı olduğu bildirilmişdir. Buna görə də, onu Məştəğaya aparmışlar. Orda bir ay müddətində qaldıqdan sonra, R.Hüseynov artıq anasının sağaldığını və orda qalmağına heç bir əsasın olmadığını deyərək onu xəstəxanadan çıxartmışdır. Evə gəldikdən sonra xəstə dərman qəbulundan imtina etmiş və yenidən əvvəlki ağır vəziyyətinə qayıtmışdır. Xəstəliyin ağırlığı səbəbindən o, artıq özünü normal şəkildə idarə edə bilməmiş, tarazlığını saxlaya bilmədiyi üçün tez-tez yıxılmışdır. Bunun səbəbindən onun bədəninin müxtəlif nahiyyələrində yaralar meydana gəlmişdir. İddiaçı isə baş verən hər bir hadisəyə görə onları günahlandırmış, şər böhtan atmışdır. Həmin müddətdə onlar həm mağazada işləmiş, həm də, ona baxmışlar. Elə həmin ərəfələrdə onların mağazasında oğurluq hadisəsi baş vermişdir. Buna görə polis idarəsinə getməli olmuşlar. Həmin vaxt evdə olmadıqalrı müddətdə də, xəstəyə Ş.Hüseynova baxmışdır. Həmin zaman iddiaçının anası özünü idarə edə bilmədiyindən evi bərbad günə qoymuşdur. Gəlib evin vəziyyətini gördükdən sonra Cavabdeh3 diksindiyi üçün bədənində alergik reaksiya baş vermiş və o, sağalana qədər xəsətəyə baxa biləcək vəziyyətdə olmamışdır. Xəstənin qızlarını çağırdıqda isə, onlar yaşadıqları mənzilə gələrək analarına baxmaqdan imtina etmişdirlər. Buna görə onu qızının Bakıda yerləşən mənzilinə aparmışlar. Bundan bir müddət sonra Covid virusu geniş yayıldığından karantin rejimi elan olunmuş və şəhərlər arası gediş-gəliş bağlanmışdır. O, vəfat edikdən sonra da, onun nəşinin Gəncəyə gətirilə bilməməsi elə bu səbəbdən də, mümkün olmamış, Bakıda dəfn edilmişdir. Həmçinin 2022-ci ilin sonlarında onların mənzilində yaşamağına qarşi çıxmamaqlarına, barışıq əldə etməyə çalışmaqlarına baxmayaraq mənzilə qanuni şəkildə yerləşəcəyini deyərək məhkəməyə müraciət etmişdir. Məhkəmə onların iştirakı olmadan qərar qəbul etmişdir. İddiaçının sözügedən mənzilə köçürülməsi ilə bağlı qəbul edilmiş Gəncə şəhər, Kəpəz rayon məhkəməsinin hakimi cənab Zaur Hüseynovun qərarının icrasına tərəflərindən heç bir maneə yaradılmamışdır. O, özü sadəcə bir gün həmin evdə qalmış və sonradan da, evi öz istəyi ilə tərk etmişdir. Evdə olan zamanlar telefon ilə onları kameraya çəkmiş, haqlarında şər, böhtan xarakterli təhqiramiz ifadələr işlətmişdir. Həmçinin, çəkdiyi videoları ətrafındakı insanlara da, göstərmiş, onların şərəf və ləyaqətini ləkələməyə cəhd etmişdir. Əlbəttə ki, normal düşüncə qabiliyyəti olan bir şəxs öz qızlarını videoya çəkərək ətrafındakı insanlara nümayiş etdirməz. İddiaçı ikinci qrup əlildir. Beyninin müəyyən hissəsi ümumiyyətlə işləmir. 3 dəfə psixatriya klinikasında yatmışdır. 2011-ci ildə vəziyyəti ağırlaşan zaman Rühiyyə Hüseynovaya bıcaqla xəsarət yetirmişdir. Onun vəziyyəti 2019-cu ilə 2011-ci ildəki kimi yenidən ağırlaşmışdır. Həkimlər ona qəti şəkildə alkoqollu içkilərdən istifadə etməməsini, istifadə etdiyi təqdirdə xəstəliyinin yenidən ağırlaşacağını bildirmişdir. Buna baxmayaraq iddiaçı tərəfindən həkimlərin məsləhətinə heç bir əhəmiyyət verilməmiş, alkoqollu içkilərdən istifadə edilmişdir. Bununla bərabər o, qumar oyunlarından da, asılı bir şəxsə çevrilmişdir. Belə olduğu üçün də, onun vəziyyəti get-gedə daha da ağırlaşmış, artıq öz hərəkətlərinin mahiyyətini qavramamağa başlamışdır. O, indiyə qədər onların həyatında maneələr, problemlər yaratmağa davam etməkdədir. Hətta evin ən balaca övladı Ş.Hüseynova artıq atası tərəfindən ailələrinə qarşı edilən bu təzyiqlərə dözə bilmədiyindən onun ürəyində problemlər yaranmışdır. O, 2011-ci ildə atası tərəfindən anasının bıcaqlandığının da, şahidi olmuşdur. İddiaçı tərəfindən indiyə qədər demək olar ki, onların barəsində bütün dövlət orqanlarına şikayətlər ünvanlamışdır. Halbuki, cavabdehlərin onunla hər hansı bir qərəzi mövcud deyildir. Əksinə olaraq.ş dəfələrlə barışıq yaratmağa çəhd etmiş, onu evdə yenidən onlarla yaşamağa dəvət etmiş, müalicəsini davam etdirmək üçün əllərindən gələni etmişlər. Buna baxmayaraq, o əməllərindən əl çəkməmişdir. Tərəflərindən indiyə qədər sözügedən mənzildən onun istifadəsinə hər hansı bir maneə yaradılmamışdır. İddiaçı bunun əksini irəli sürsə də, bununla bağlı məhkəmə heç bir sübut təqdim etməmişdir. Belə olduğu halda onun iddia ərizəsində qeyd etdikləri yalnız söz yığnından ibarətdir və heç bir sübuta əsaslanmır. Həmçinin, Mediasiya təşkilatından da, onların yaşadıqları ünvana heç bir bildiriş gəlməmiş və buna görə keçirilən mediasiya sessiyasında iştirakları mümkün olmamışdır. Onun evin zirzəmizində saxladığı sənədlər heç kim tərəfindən oğurlanmamışdır. O, sənədlərin məhvinin də, onlarla heç bir əlaqəsi olmamışdır. Belə ki, o evin zirzəmisinə daxil olaraq oranı bərbad hala salmışdır. Bunu görən bina sakinləri onu MKİS-ə şikayət etmiş, oranın əməkdaşları da, gələrək bütün sənədləri yandırmışdırlar. Qeyd olunanlardan da, aydın olur ki, R.Hüseynov tərəfindən irəli sürülən iddia tələbi tamamilə əsasssızdır. Onun tərəfindən qeyd olunan faktların həqiqiliyinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İddaçı tərəfindən bundan bir müddət öncə də, Gəncə şəhəri Kəpən rayon məhkəməsinə müraciət edilərək, X2 (yetkinlik yaşına çatmayan uşaqlarla birlikdə) Cavabdeh3 ünvan 3 ünvanından 5000 manat kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsinə, mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, o, məhkəmə iclaslarında iştirak etmədiyinə görə iş baxılmamış saxlanılmışdır. Burdan da aydın olur ki, iddiaçının məqsədi yalnız ailədə problemlər yaratmaqdan ibarətdir. Əgər özü qanunlara hörmət edən bir şəxsdirsə məhkəmənin bildirişlərinə əhəmiyyət verərək proseslərdə də, iştirak etməli idi. Lakin, onun məqsədi bu olmamış, yalnız onlara problem yaratmaq üçün ölkənin qanunlarından sui-istifadə edərək əsassız olaraq dövlət orqanlarına müraciət etmişdir. İş məhkəmədə baxılan zaman tərəflərindən qarşılıqlı iddia verilmişdir. Məhkəməyə bildirilmişdir ki, onlar 2007-ci ildən başlamaqla 2010-cu ilə qədər bir neçə il müddətində yaşadıqları binadan aralıda yerləşən iki ədəd qarajlarında cücə saxlayıb, böyüdüb satmaqla, xeyli miqdarda pul topaladıqdan sonra, evin təmirinə başlamışlar. Sonradan həmin pul qutardıqdan sonra, onun təqribən 5.000 (beş min) manat dəyərində olan qızıllarını satmaqla təmirləri davam etdirmişlər. Mənzildə gördükləri təmir işləri və onların dəyəri aşağıdakı kimidir: 1 ədədi 300 manatdan olmaqla, 5 ədəd plastik ayna 1500 manat, 1 ədəd giriş qapısı 600 manat, 5 ədəd daxili qapilar - 1500 manat: 3 otaq, mətbəx və koridorun parketinin təzələnməsi və vurulması, usta xərci ilə birlikda 2.000 manat, evlərin oboy, paduqa və rənglənməsi, material və usta xərci 2.000 manat, hamam va tualetin tam təmiri, material və usta haqqı - 6.500 manat, mətbəx mebelinin, balkon şkafının və girişdəki mebelin yığılması - 2.000 manat. Həmin materialların daşınma xərcləri, fəhlə, ustaların yemək xərcləri və s. xərclər daxil edilməmişdir. Həmin xərclənmiş vəsaitin 5.000 (beş min) manatı onun şəxsi qızıllarının satılmasından əldə edilmiş, qalanı isə ümumi ailə büdcəsindən sərf olunmuşdur. Bu hesabla ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan X14 Hüseynovaya 5.000 (beş min) manat qızılının pulu və 5.000 (beş min) manat xərclənmiş büdcə pulunun yarısı olmaqla, 10.000 (on min) manat alınıb verilməsi məhkəmədən xahiş edilmişdir. Tərəflərindən verilmiş qarşılıqlı iddia icraata qəbul edilərək, məhkəmə tikintitexniki ekspertizası təyin edilməsi qərara alınmışdır. Ekspertin qarşısına aşağıdakı suallar qoyulmuşdur. 1.X3 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mkr, ev 19, manzil 30-a tərəflərin birgə nikahları dövründə çəkilmiş təmir-tikinti xərclərinin məbləği neçə manat təşkil edir? 2. X3 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mkr, ev 19, mənzil 30-a oxşar mənzillərin hazırki dövr üçün haqları neçə manat təşkil edir? X7 tərəfindən tərtib olunmuş ekspert rəyində qarşılıqlı iddiada irəli sürülən bütün hallar öz təstiqini tapmışdır. Sözügedən ekspert rəyinin alınması üçün tərəfimizdən məhkəməyə müraciət edilmiş, məhkəmə isə 14 gün ərzində rəyi bizə verəcəyini bildirmişdir. Buna görə də hal hazırda rəyi təqdim edilməsi mümkün deyildir. Onların halhazırda həmin mənzildə yaşamaqları, başqa ev almaq və yaxud da kirayə ödəmək imkanınlarının olmadığını nəzərə çatdıraraq, hesab edirlər ki, iddiaçı tərəfindən onların mənzilə çəkilən xərclərə görə 10.000 manat, 5 il ərzində kirayə mənzil tutmağa görə 3 nəfər üçün hər birilərinə 5000 manat olmaqla, ümumilikdə 15000 məbləğində kompensasiya ödənildiyi halda mənzildən istifadə hüququma xitam verilməsinə heç bir etirazları olmayacaqdır. Belə ki, mübahisə predmenti olan ərazinin ətrafında yerləşən mənzillərin kirayə haqlarının aylıq 300-400 manat olduğunu nəzərə alsaq, qeyd etdikləri məbləğ olduqca ağlabatandır. Azərbaycan Respublikası Konstitusiyasının 26cı maddəsinin birinci bəndinə Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzilindən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan RespublikasıMülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalklır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və(vəya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda,bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitamverilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsaasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Odur ki, iddiaçı Rövşən Hüseynov tərəfindən bizə mənzilin təmiri üçün çəkilən xərclərə görə 10.000 manat, 5 il ərzində kirayə mənzil tutmağa görə 3 nəfər üçün hər birimizə 5000 manat olmaqla, 15000 məbləğində kompensasiya ödənilmədiyi təqdirdə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəməyə Cavabdeh1 ilə eyni məzmunlu etiraz ərizəsi göndərərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyərək, işdə olan materialları nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümuimi sahəsi 68 kv.m olan mənzil **********05-05101-093019 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ ilə xx.xx.2011-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-768/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı iddiası təmin edilmiş, ünvan 5 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. Qətnamənin əsaslandırıcı hissəsindən görünür ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-2790/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ilə X9 arasında xx.xx.1999-cu il tarixdə bağlanmış nikah pozulmuş, xx.xx.2003-cü il tarixdə anadan olmuş Cavabdeh2, xx.xx.2007-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində alimnet tutularaq X5 ödənilməsi qət edilmişdir. Elektron sistemdən görünür ki, Cavabdeh3 18.12.200-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdeh1dır. İşdə olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin MV 020172 vəsiqəsinin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İşdə olan ünvan 6 ünvanında yerləşən mənzilə dair şəxsi hesabdan xx.xx.2023-cü tarixli çıxarışdan görünür ki, həmin mənzilə görə 122.92 manat borc yaranmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh X9 ilə xx.xx.1999-cu il tarixdə ailə qurmuş, evlilikləri rəsmi şəkildə Gəncə şəhəri, Kəpəz rayonu, qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. Həmin vaxt yaşadıqları Gəncə şəhəri Kəpəz rayonu,3-cü mik-on, ev 19, mənzil, mənzil 30, anası X11 məxsus olmuşdur. Sonra isə anası həmin evi qanuni şəkildə ona sənədlər əsasında bağışlamışdır. Sabiq arvadı X9 anasının razılığı ilə həmin evə gəlin gəlmiş və bir yerdə yaşamışlar. Həmin evlilikdən 2000-ci il tarixdə Cavabdeh3, 2003-cü il tarixdə Cavabdeh2 və 2007-ci il tarixdə X12 adlı 3 qız övladları dünyaya gəlmişdir. Sonradan aralarında yaranan problemlərə görə Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onların nikahına xitam verilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-768/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mk.r. ev 19, 30 ünvanında yerləşən mənzilə köçürülmüşdür. İddiaçı cavabdehlərin onu mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mk.r. ev 19, 30 ünvanında yerləşən mənzildə yaşamasına imkan vermədiklərini qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə əlaqədar qeyd edir ki, iddiaçının tələbi cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 istifadəsində hüququna xitam verilməsi ilə bağlı olduğundan tərəflərin arasında yaranan münasibətlərə mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə ilə bağlı normalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənjam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları və X8 X4 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüququları, mülkiyyətçi olmasa da bu Məcəllədə göstərilən əsaslarla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin məcəlləin 158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İşin müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh3 və Cavabdeh2 anadan olduğu vaxtdan mübahisəli evdə yaşamış, digər Cavabdeh1 isə 1999-ci ildə həmin vaxt mülkiyyətçi olmuş iddiaçının anasının razılığı ilə mübahisəli mənzilə gəlin köçmüş və onun istifadə hüququ 1999-cu ildən əmələ gəlmişdir. Həmin vaxt 1982-ci il redaksiyalı Mənzil Məcəlləsi qüvvədə olmuşdur və həmin münasibətlərə həmin məcəllənin müddəaları şamil edilməlidir. Azərbaycan Respublikasının 08 iyul 1982-ci il tarixli qanunu ilə təsdiq edilmiş və 01 oktyabrın 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən mənzil fonduna dövlət mənzil fondu, ictimai mənzil fondu, mənzil-tikinti kooperativləri fondu və fərdi mənzil fondu daxildir. Fərdi yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri 1982-ci il redaksiyalı Azərbaycan Respublikasının Mənzil Məcəllənin 123-cü maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Мənzil Мəcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdir. Bu məcəllənin 53-cü maddəsinə göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarının köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmçinin Azərbaycan Respublikası Мənzil Мəcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri, icarədarın arvadı(əri), onların uşaqları və valideynləri, həmçinin icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsindən yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmçinin Azərbaycan Respublikası Мənzil Мəcəlləsinin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Göründüyü kimi, tərəflərin izahatlarından, həmçinin iş materiallarından məlum olur ki, ünvan 7 ünvanında yerləşən ümuimi sahəsi 68 kv.m olan mənzil **********05-05101-093019 reyestr nömrəsi və ********** qydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ ilə xx.xx.2011-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. Cavabdeh3, Cavabdeh2 və X12 İddiaçı qızları olmaqla anadan olduğu vaxtdan həmin mənzildə yaşayırlar. Cavabdeh1 1999-cu ildə iddiaçınn razılığı ilə mübahisəli mənzilə gəlin gəlmiş və həmin vaxtdan orada yaşayır. İddiaçının mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə qeydə alındığından və cavabdehlər mübahisəli mənzildə 2009-cu idən əvvəl yaşadıqlarından həmin vaxtı qüvvədə olan 1982-ci il redaksiyalı Azərbaycan Respublikasının Mənzil Məcəllənin tələblərinə uyğun olaraq onların mübahisəli mənzildən istifadə hüquqları yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə istifadə hüququ olduğundan və onların istifadə hüququna xitam verilməsi üçün əsaslar olmadığından və bu baxımdan iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar