Məhkəmə qərarları › İş №2(125)-6246/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6246/2023

08.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6246/2023 08.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı1, etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı1 Cavabdeh qarşı paylı mülıkiyyətdə olan əmlakın naturada bölgüsü, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılıması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına uyğun olaraq bölüşdürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylarına münasibətdə ümumi mülkiyyətdə olan “Toyota LC Prado” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin naturada bölgüsü, bu mümkün olmadıqda qeyd olunan avtomobilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər, yəni ona ¼ hissədə, övladı İddiaçı2 ¼ hissədə və Cavabdeh 2/4 paylarda bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa məhkəmə iclasında İddiaçı1 məhkəməyə ərizə təqdim edərək, avtomaşının yarı dəyəri olan məbləğin cavabdeh tərəfindən ona tam şəkildə ödənildiyini bildirərək, iddiadan imtina etdiyinə görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddiaçı ilə razılıq əldə etdiklərini, avtomaşının yarı dəyərini iddiaçıya ödədiyin bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə ərizəni və mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tələbdən imtina etdiyindən və bu imtina məhkəmə tərəfindən qəbul edildiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilməlidir. Tərəflərə izah edilməlidir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənləri nəzərərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261-264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı1 Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölgüsü, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılıması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına uyğun olaraq bölüşdürülməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar