Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6254/2025 02.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. Qeyd edilən mənzildə Cavabdeh1 və Cavabdeh2 pasport qeydiyyatında olsalar da, həmin evdə yaşamamışlar. Belə ki, Cavabdeh1 1997-ci il tarixdə ailə quraraq köçmüş və hazırda da həyat yoldaşı ilə ailə qurduqdan sonra həyat yoldaşına məxsus evdə daimi olaraq yaşayır. İddia ərizəsinə əlavə edilmiş Samux rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli qətnaməsi ilə miras qalmış hazırki mənzilin miras olaraq orada yaşadığından qəbul etmişdir, lakin cavabdeh isə qəbul etməmişdir. Bugünkü gün də cavabdehlər onun mülkiyyətində olan mənzilin üzərində istifadə hüquqlarını itirmələrinə baxmayaraq onun öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam verici hüquqlarını həyata keçirməsi məhdudlaşır. Bu baxımdan cavabdehlər ərizələrində götürdükləri öhdəlikləri icra etmədiklərindən onların istifadə hüquqlarının itirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. İş materialları: 07 fevral 2013-cü il tarixli vəsiyyətnamədən görünür ki, X5 ona məxsus olan Gəncə şəhəri, Sədi Şirazi küçəsi, ev 31 , mənzil 11-də olan evini Samux rayon Nəbiağalı qəsəbəsində yaşayan İddiaçı vəsiyyət etmiş, başqa vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-1154/2023 nömrəli qətnamənin surətindən görünür ki, ərizəçi İddiaçı xx.xx.2014-cü il tarixdə vəfat etmiş X3 vəsiyyət və qanun üzrə vərəsəsi tanınmışdır. xx.xx.2014-cü il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 2 ünvanda yerləşən miras mənzilə İddiaçı vərəsəlik hüququ tanınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında istifadədə olan 61.4 kvadrat metr torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2024-cü il tarixdə İddiaçı adına qeydə alınmışdır. DİN “ASAN” Gəncə tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Həmin ünvanda xx.xx.2002-ci il tarixdə anadan olmuş Cavabdeh2, xx.xx.1978-ci il tarixdə anadan olmuş Cavabdeh1 qeydiyyatdadırlar. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-826/2025 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2025-ci il tarixli 5-1-1/2-1000/2025 nömrəli cavab məktubundan görünür ki, Cavabdeh1 ünvan 5 ünvanında yaşamır, onun faktiki yaşayış ünvanı birliyə məlum deyildir. Tərəflərin izahatları; Məhkəmədə iştirak edən İddiaçı çıxışında bildirdi ki, cavabdehlər bacısı və bacısının oğludur. Onlar hal- hazırda Rusiya Federasiyasında yaşayırlar və həmin ölkənin vətəndaşıdırlar. Ölkəyə illərlə gəlmirlər. Həmçinin cavabdehlərlə heç bir problemi yoxdur, ancaq onların istifadə hüquqlarına xitam verilməsini istəyir. Çıxışının sonunda iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 262.6-cı maddəsinə əsasən, əgər ixtiyarı verilmiş daşınmaz əşya üçün servituta hər cür maraq itmişdirsə, yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi ona xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarı “qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür.” “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 220.4-cü maddəsi ilə nəzərdə tutulmuşdur ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı və Cavabdeh1 atarları olan X4 xüsusi mülkiyyətində olmuşdur. X1 həmin evi qızı-yəni İddiaçı vəsiyyət etmiş, digər vərəsələrini isə vərəsəlikdən məhrum etmişdir. Miras qoyan xx.xx.2014-cü il tarixdə vəfat etmiş, bundan sonra İddiaçı Samux Rayon Məhkəməsinə müraciət edərək vəsiyyət və qanun üzrə vərəsə kimi tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(058)- 1154/2023 nömrəli qətnaməsi ilə İddiaçı mərhum X3 vəsiyyət və qanun üzrə vərəsəsi kimi tanınmış, mərhum X2 miras qalmış ünvan 1 ünvanında yerləşən miras mənzilə İddiaçı vərəsəlik hüququ tanınmışdır. Bundan sonra iddiaçı həmin mənzilə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. Hazırda həmin mənzil tam pay ilə İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 iddiaçının bacısı və Cavabdeh2 isə bacısı Zülfiyyənin oğludur və onlar qeyd edilən həmin mənzildə hal-hazırda qeydiyyatdadırlar. Məhkəmə qeyd edir ki, iş üzrə Cavabdeh1 və onun oğlu Cavabdeh2 qeyd edilən mənzilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən istifadə hüquqları yaranmış olsada həmin mənzildə uzun müddət yaşamamaqla istifadə hüquqularını itirmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Deməli həmin mənzil üzərində miras qoyanın qızı olaraq cavabdehlərdən Cavabdeh1 istifadə hüququ yaranmışdır. O, da həmin maddəyə əsasən öz oğlunu yəni digər Cavabdeh2 həmin mənzilə köçürmək ixtiyarına malik olmuşdur. Lakin, miras qoyan vəfat edərkən həmin mənzili yalnız iddiaçıya vəsiyyət etmiş və iddiaçı həmin mənzilə dair hüquqularını dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlərin istifadə hüququna münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu baxımdan, cavabdehlərin miras qoyanın ailə üzvü olaraq həmin mənzildən istifadə hüququları yaranmış olsa da, həmin mənzildə uzun müddət yaşamamaqla mənzildən istifadə hüquqularını itirmişlər Belə ki, cavabdehlər unun müddətdir ki, Rusiya Federasiyasına köçmüşlər və orda yaşayırlar. Hazırda onların iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə etmək hüquqlarının qalması İddiaçı həmin mənzilə olan mülkiyyət hüququnun məhdudlaşmasına səbəb olur. Beləliklə, işin araşdırılması nəticəsində cavabdeh tərəfin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadəsinə ehtiyaclarının olmadığı işin faktiki halları kimi müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, irəli sürülən iddia qanuni əsaslıdır və buna görə də təmin olunmalıdır. Bundan başqa Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki, iş üzrə iddiaçı dövlət rüsumunun ödənilməsini tələb etmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №2(125)-6254/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6254/2025
02.02.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver