Məhkəmə qərarları › İş №2(125)-6259/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6259/2025

15.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6259/2025 15.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 İsa oğlunun sədrliyi Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və X5 “şəxsin doğumunun qeydə alınması faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi1 və X11 “şəxsin doğulması faktının müəyyən edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş uşaqları- X4 xx.xx.2001-ci ildə Gəncə şəhərində ərizəçilər X5 və Ərizəçi1 birgə rəsmi nikahından doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilər Ərizəçi2 ilə Ərizəçi1 1991-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişdirlər. Bu nikahdan xx.xx.1995-ci ildə anadan olmuş X6, xx.xx.1998-ci ildə anadan olmuş X10, xx.xx.2001-ci ildə anadan olmuş X8 və xx.xx.2005-ci ildə anadan olmuş X9 adlı dörd övladları var. Lakin Şəfanın doğum haqqında şəhadətnaməsini ala bilmirik. Belə ki, Ərizəçi2 psixo-nevroloji xəstəliyi ilə əlaqədar olaraq Şəfanın sənədlərinin alınması üçün vaxtında müraciət edilməyib. Uşaq evdə dünyaya gəldiyi üçün tibbi sənəd də alınmayıb. Lakin Şəfa orta məktəbə də qəbul olundu və 7-ci sinfədək təhsil aldı. Bu barədə sənədi məhkəməyə təqdim etmişdirlər. Lakin Şəfanın şəxsiyyətini təsdiq edən sənəd, yəni şəxsiyyət vəsiqəsi olmadığı üçün ərizəçilər olaraq müraciət edirlər. Şəfanın xx.xx.2001-ci il tarixdə Gəncə şəhərində doğulması faktını qonşular, qohumlar və bütün onları tanıyanlar təsdiq edə bilərlər. Şəfanın sənədi olmadığı üçün nə dövlət hesabına müalicə oluna bilmir, nə işə qəbul oluna bilmir, nə də hər hansı rəsmi qurumda təmsil oluna bilmir. Ümumiyyətlə sənədsiz çox əziyyət çəkir. Şəxsiyyət vəsiqəsi olmadığı üçün dövlət rüsumu da ödəyə bilmir, məhkəməyə də müraciət edə bilmir. Bu məsələ ilə əlaqədar olaraq Maraqlı şəxsnə müraciət etdik. Lakin orada onlara imtina məktubu veriblər. Odur ki, bu faktın məhkəmədən başqa üsulla təsdiq edilməsi mümkün deyil. Məhkəmədə Ərizəçi1 iştirak etmiş, ərizənin məzmununa uyğun izahat vermiş, ərizənin təmin olunmasını xahiş etmişdir. Ərizəçi həmçinin digər ərizəçi X5 yataq xəstəsi olması səbəbindən məhkəməyə gələ bilmədiyi barədə məlumat vermişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə ərizəçi X5 və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudurlar. Təsdiq edir ki, Ərizəçi1 2001-ci ildə Gəncə şəhərində bir qız uşağı doğmuşdur. Hazırda həmin uşaq sağdır və uşağın adı Şəfadır. Məhkəmə iclasında digər şahid X6 da verdiyi ifadəsində göstərmişdir ki, X4 bacısıdır. Təsdiq edir ki, bacısı X8 2001-ci ildə doğulmuşdur. Məhkəmə Ərizəçi1 izahatını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslı sayılmalı və təmin edilməlidir. İşdə olan Maraqlı şəxs Ərizəçi1 ünvanladığı 15.9.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, müəyyən olunmuşdur ki, Ərizəçi1 xx.xx.2001-ci il tarixdə ev şəraitində qız uşağı dünyaya gətirmişdir, bununla bağlı onlara doğum haqqında şəhadətnamənin yazılması üçün doğum haqqında tibbi şəhadətnamə verilməmiş, hazırda da doğumu təsdiq edən, yəni-doğum haqqında şəhadətnamənin yazılmasına əsas olan doğum haqqında tibbi şəhadətnamələri ala bilmir. Bununla bağlı Qeydiyyat Orqanına müraciıət edilmişdir. Doğulmuş uşaq barəsində tibbi şəhadətnamə olmadığından uşağa doğum haqqında çəhadətnamə verilməsindən imtina olunmuşdur. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi1 ilə X11 18 iyun 1991-ci il tarixli 465 saylı rəsmi nikah bağlanmışdır. İş materiallarında olan, Gəncə şəhər 33 nömrəli tam orta ümumtəhsil məktəbinin xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, 2001-ci il təvəllüdlü X8 həmin məktəbin 7-ci sinfini bitirib.Arayışın üzərinə X4 fotoşəkli vurulmuşdur. İş materiallarında olan, Gəncə şəhər 158 nömrəli evlər üçlüyünün xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, 2001-ci il təvəllüdlü X1 şəhəri Sadıllı qəsəbəsi Əfəndiyev küçəsi 58 saylı evdə yaşayır. Arayışın üzərinə X4 fotoşəkli vurulmuşdur. İş materiallarında olan, Gəncə şəhər 2 saylı birləşmiş uşaq xəstəxanasının xx.xx.2002-ci il tarixli arayışında qeyd edilmişdir ki, X8 3 iyul 2001-ci ildə doğulmuşdur, hazırda sağdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li Qərarına əsasən təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın Doğumun qeydə alınması Bölməsinin 2.5-ci bəndinə əsasən, doğumun qeydə alınması üçün, valideynlərin şəxsiyyətini təsdiq edən sənəd, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində işin halları kimi müəyyən olundu ki, Ərizəçi1 X11 ilə rəsmi nikah münasibətlərindən xx.xx.2001-ci il tarixdə bir qız uşağı doğmuşdur. Uşaq hazırda sağdır. Uşaq barəsində doğum haqqında şəhadətnamə verilməmişdir. Qeydiyyat Orqanı həmin uşağın doğumu haqqında tibbi şəhadətnamə olmadığından doğum haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Ərizəçilər həmin uşaq barəsində doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiklərindən hazırki ərizə ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ərizəçilərin öz uşaqları barəsində belə bir ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqları vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi1 digər Ərizəçi2 ilə birgə nikahından 03 iyul 2001-ci il tarixdə Gəncə şəhərində bir qız uşağı (adı Zəhra) doğması fakt kimi müəyyən olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar