Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6325/2023 05.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X17 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə Firuddin qızının, vəkili Vəkil və Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X4 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin onun tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Əziz Əliyev prospekti 245 tam mülkiyyət hüququ əsasında mərhum X6 məxsus olmuş, X9 12.*6.2*2*-ci il tarixdə ürək çatışmazlığı xəstəliyindən ölmüşdür. X1 vərəsələrindən oğlanları o, Maraqlı şəxs1 və Maraqlı şəxs2 sağdırlar, digər vərəsələri isə vəfat etmişdir. Gəncə şəhəri, Əziz Əliyev prospekti 245 əslində onun vəsaiti hesabına alınsa da, X1 adına dövlət qeydiyyatına alınmaqla sonuncuya çıxarış verilmişdir. X9 dünyasını dəyişdikdən sonra həmin fərdi yaşayış evi hal-hazıradək onun və ailə üzvlərinin faktiki istifadəsində və sahibliyindədir. Sözügedən fərdi yaşayış evinin həqiqətən kimə məxsus olması, kim tərəfindən faktiki sahibliyin həyata keçirilməsi işin mübahisəsiz halı olsa da, 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisi vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina edərək, mirası qəbul etmə müddətinin buraxılması səbəbi ilə imtina məktubu vermişdir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə Firuddin qızı ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq göstərdi ki, sözügedən Gəncə şəhəri, Əziz Əliyev prospekti 245 ünvanında yerləşən fərdi yaşayış evi qayınanası X5 adına olmuşdur. Atası həmin evi qayınanasının adına almışdır. Qayınanası 2*2*-ci ildə, artıq 3 ildir ki, vəfat etmişdir. Hazırda onlar, faktiki olaraq qəbul etmişdirlər. Abdin ailəlidir, ailəsi ilə birlikdə Rusiyada yaşayırlar. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə Firuddin qızının vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs2 ərizənin təmin olunmasına heç bir etirazının olmadığını bildirərək, izahatında göstərdi ki, ev qardaşı Ərizəçidur. Həmin evi Arzunun qayınatası anasının adına almışdır. Əvvəlcədən elə özləri yaşamışdır. Onun özünün ata evi fərqlidir. Abdin Rusiyada yoldaşı, uşaqları ilə birlikdə yaşayır. Maraqlı şəxs 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxs1 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə Maraqlı şəxs1 sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X7 izahatında göstərmişdir ki, Ərizəçi qonşu kimi tanımışdır. Brilyantı da həmçinin tanıyır. 1999-cu ildən bəri həmin evdə Şəfanı, Brilyantı görmüşdür. İndi də onlar yaşayırlar. Samir gil gəlib, 1-2 ay qalıb getmişdirlər. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X15 izahatında göstərmişdir ki, Ərizəçi qonşusudur. Brilyant rəhmətə getmişdir. Ev Brilyantın evi olmuşdur. O, öləndən sonra Arzunun yoldaşı həmin evdə yaşamışdır. Evin necə alındığını bilmir, ancaq evdə Arzugil yaşamışdır. Arzunun qardaşı vardır, onlar da gəlib getmişdirlər evə. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- 26.*2.2*19-cu il tarixli, 1519**4955 qeydiyyat nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Əziz Əliyev prospekti, 245 ünvanında yerləşən ümumi sahəsi 1*6.2 kv/m olan fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi *,**98 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X5 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. *1.*5.2*23-cü il tarixli, 3-16-5/8-7*-P-1849/2*23 nömrəli arayışdan görünür ki, X13 ilə X3 nikahları 28.*5.1958-ci ildə 662 nömrə ilə Gəncə şəhər Qeydiyyat şöbəsində qeydə alınmışdır. İV-MÖ 896175 nömrəli ölüm haqqında şəhadətnamənin tərcüməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 26.11.2*19-cu il tarixdə ölmüşdür. AZ-İİ 28*6*7 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 12.*6.2*2*-ci ildə ölmüşdür. İİİ-JQ 384695 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Camal oğlu ilə X8 nikahları 19.*4.1984-cü ildə Yevlax şəhər VVAQ şöbəsində 127 nömrə ilə qeydə alınmışdır. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 3*.*8.2*23-cü il tarixli, 2526 saylı məktubundan görünür ki, mirası qəbul etməsi müddətini keçirdiyi üçün Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə Firuddin qızına məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Gəncə şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25.11.2*22-ci il tarixli, *5/*9İS/*46*13-22 nömrəli arayışdan görünür ki, X2 qalan vərəsələri oğlu Ərizəçi, oğlu Maraqlı şəxs1 və oğlu Maraqlı şəxs2dur. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Gəncə şəhəri, Əziz Əliyev prospekti 245 ünvanında yerləşən fərdi yaşayı evi ərizəçinin mərhum anası X4 miras qalmışdır. Miras açılandan sonra mirasqoyanın vərəsəsi oğlu Ərizəçi və ailə üzvü yaşamaqla miras əmlakı faktiki olaraq qəbul etmişdir. Dirər vərəsə də mirasın ərizəçi tərəfəindən faktiki qəbul olunmasına etiraz etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci məaddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. MM-in 1243.1-1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə iddia tələbinə hüquq normaları baxımından qiymət verərək hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir.Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və ya mirasa yiyələnməsi, eləcə də vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. Bundan başqa məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında izah olunmuşdur ki, miras qanunun tələbinə əsasən qəbul olunmuşsa, lakin vərəsəlik şəhadətnaməsi vaxtında rəsmiləşdirilməmişsə, bu mirasa qarşı hüququn itirilməsi üçün əsas hesab edilə bilməz. Vərəsə mirasa sahiblik, ondan istifadə və ona sərəncam verməsi sahəsində müvafiq işlər görmüşsə-binanın təmiri, həyətyanı torpaq sahəsini becərmək, məhsulu yığmaq və s. yaxud sığorta tədiyəsini və ev üçün vergini ödəmişsə, kirayənişinlərdən mənzil pulunu yığmışsa və başqa hallar vərəsənin mirası faktiki surətdə idarə etməyə başlamasını və mirasa yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2*22-ci il tarixli qərarında qeyd edilmişdir ki, vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İşin müəyyən olunmuş hallarından görünür ki, ərizəçi mərhum anasından miras qalmış əmlaka sahiblik və ondan istifadə etməklə mirası faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 3*7-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır (MPM. mad. 3*7.2.9) Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Ərizəçi mərhum anası X4 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini vərəsəlik qaydasında qəbul etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 358 və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizəçi mərhum anası X4 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini vərəsəlik qaydasında qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-6325/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6325/2023
05.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver