Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6371/2023 16.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçi Məmmədova (Əsgərova) Məkurə Rəhim qızının iştirakı ilə, Ərizəçi Məmmədova (Əsgərova) Məkurə Rəhim qızının (Maraqlı şəxs) “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Məmmədova (Əsgərova) Məkurə Rəhim qızı ərizə və ona əlavə ilə məhkəməyə müraciət edərək, Məmmədova (Əsgərova) Məkurə Rəhim qızının atası X9, anası X3 olmaqla xx.xx.1938-ci il tarixdə Gədəbəy rayonu, Mutudərə kəndində doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qızı X4 övladları ilə birlikdə X1 yaşayır və işləyir. Hazırda onun yanına getmək istəyir, lakin həmin dövlətdən onun doğum haqqında şəhadətnamə tələb olunur. Doğum şəhadətnaməsi olmasaydı, şəxsiyyət vəsiqəsində doğum tarixi dəqiqliklə qeyd edilməzdi. Lakin şəhadətnaməni tapa bilmir. Bu səbəbdən də, məcbur olub ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi tələbini müdafiə edərək, doğum akt qeydinin bərpa edilməsini və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə ünvanlayaraq nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1938-ci il tarixdə Gədəbəy rayonu, Mutudərə kəndində anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X5 və X6 xx.xx.1962-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra ərə “Mamedov”, arvada “Mamedova” soyadı verilmişdir. İş materiallarında olan Kirovabad şəhər zaqs bürosu tərəfindən verilmiş 05.9.1962-ci il tarixli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, 1934-cü ildə Gədəbəy rayonunda doğulmuş X5 və 1938-ci ildə Gədəbəy rayonunda doğulmuş X6 xx.xx.1962-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra ərə “Mamedov”, arvada “Mamedova” soyadı verilmişdir. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Gədəbəy Rayon İcra Hakimiyyəti Gədəbəy Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 86 saylı məktubdan görünür ki, araşdırma zamanı Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayon X8 kənd soveti üzrə 1935-1938-ci illərə dair Doğum aktının qeydiyyatı kitabında Məmmədova (Əsgərova) Məkurə Rəhim qızının adına akt qeydi aşkar olunmamışdır. Odur ki, vətəndaş Məmmədova (Əsgərova) Məkurə Rəhim qızının Doğum aktı qeydi barədə faktın təqdim olunması mümkünsüz olmuşdur. İş materiallarında olanMaraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxs arxivində saxlanılan sənədlər üzrə yoxlama aparılmış, lakin Məmmədova (Əsgərova) Məkurə Rəhim qızı barəsində doğum haqqında akt qeyd aşkar olunmamışdır. Əlavə olaraq bildirir ki, Qeydiyyat şöbəsinin arxivində saxlanılan vətəndaşlıq vəziyyəti akt qeydləri kitabları 1948-ci ildən hazıradək olan müddət üzrə saxlanılır, ondan əvvəlki illər X14 şəhər filialına təhvil verilmişdir. Doğum tarixi xx.xx.1938-ci ili əhatə etdiyi üçün X14 şəhər filialına müraciət edə bilər. Aşkar olunmadığı halda doğum haqqında akt qeydləri bərpa olunması üçün kifayət qədər əsaslar olduğu halda seçdiyiniz qeydiyyat şöbəsinə və ya məhkəməyə müraciət etmək hüququnun olduğu qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, AZ-İİ 479685 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1936-cı ildə, Gədəbəy rayonunun Mutudərə kəndində anadan olmuşdur. Ata qrafasında X9, ana qrafasında X3 qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.1947-ci il tarixli, AA 633212 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1947-ci ildə, Gədəbəy rayonu, Mutudərə kəndində anadan olmuşdur. Ata qrafasında X9, ana qrafasında X3 qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, Ərizəçi onun bacısıdır. Münasibətləri yaxşıdır, ədavətləri yoxdur. O, xx.xx.1947-ci ildə, bacısı Məkurə isə xx.xx.1938-ci ildə Gədəbəy rayonunun, Mutudərə kəndində doğulmuşdur. Eyni ata və anadan doğulmuşlar. Atalarının adı X9, analarının adı X2r. Ailəvi tədbirlərdən Məkurənin doğum tarixini bilir. Digər qardaşlarının adı X7r, o, xx.xx.1936-cı ildə Gədəbəy rayonu, Mutudərə kəndində anadan olmuşdur. Belə ki, ərizəçinin izahatı, şahid ifadəsi və işin materialları ilə Məmmədova (Əsgərova) Məkurə Rəhim qızının xx.xx.1938-ci il tarixdə Gədəbəy rayonu, Mutudərə kəndində doğulması, atasının X9, anasının X3 olması tam sübuta yetirilir. Mülki işin materiallarından da görünür ki, ərizəçi Məmmədova (Əsgərova) Məkurə Rəhim qızının doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum akt qeydinin bərpası üçün lazım olan sənədlər təqdim olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi Məmmədova (Əsgərova) Məkurə Rəhim qızının doğumunun qeydi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi Məmmədova (Əsgərova) Məkurə Rəhim qızının doğum akt qeydinin bərpa etməkdən və yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Məmmədova (Əsgərova) Məkurə Rəhim qızının atası X9, anası X3 olmaqla xx.xx.1938-ci il tarixdə Gədəbəy rayonu, Mutudərə kəndində doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, verilmiş ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Məmmədova (Əsgərova) Məkurə Rəhim qızının atası X9, anası X3 olmaqla xx.xx.1938-ci il tarixdə Gədəbəy rayonu, Mutudərə kəndində doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-6371/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6371/2023
16.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver