Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-640/2022 12.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı, X2 və X3 Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı, X8 və X10 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanda yerləşən evdən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, həyat yoldaşı ilə birgə yaşadığı dövrdə ünvan 2 ünvanında olan evini həyat yoldaşı X4 adına rəsmiləşdirmişdir. Həyat yoldaşı 2018-ci ilin mart ayında vəfat etdikdən sonra onun adına olan evdən ona və övladlarına (Mehman, Şirin və Reyhan) pay bölgüsü aparılıb. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qərarı ilə evin hərrac yolu ilə satılması üçün qərar qəbul edilib. 2021-ci il dekabr ayının 3-də Bakı şəhərində hərrac keçirilib və onlar (o, qızı, və oğlu Mehman) ekspert tərəfindən evlərə qoyulan qiyməti (qiymətləndirmə) ödəyərək evi almışdır. O, qızı Reyhan və onun xəstə (əlil) oğlu Kənan, həm də Cavabdeh Çarıxçılar küçəsi, 10A saylı evdə qeydiyyatdadırlar. Cavabdeh ev üzrə payına düşən 15832 manat pulu Gəncə şəhəri “Kapital Bank” vasitəsi ilə onun adına ödəmişlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək, 1976-cı ildən 1996-cı ilədək ünvan 2 ünvanında, 1996-cı ildən Təbriz küçəsi bina 1, mənzil 48 ünvanında ailəsi ilə yaşadığını bildirmişdir. Bundan başqa, cavabdeh İddiaçı tərəfindən onun adına qoyulmuş 15832 manat pulu saxlancdan götürdüyünü bildirdi və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər iddiaçılar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********79 saylı məktubuna, 3 saylı Gəncə Ərazi idarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Gəncə regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2019-cu il tarixli, 2V-1471 saylı “Mülkiyyət hüququ haqqında” və 2V-1472 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrə əsasən, 4/6 hissə İddiaçı (əri), 1/6 hissə X2 (qızı) və 1/6 hissə Cavabdeh (oğlu) payları göstərilməklə X4 vərəsələri tanınaraq adlarına **********95-10301 reyestr nömrəli hüquqların X7 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair “Hərracın yekunları barədə” xx.xx.2021-ci il tarixli, 80/02 nömrəli protokoluna əsasən İddiaçı adına xx.xx.2021-ci il tarixli, **********95-10301 reyestr nömrəli hüquqların X7 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)-402/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin və ünvan 6 ünvanında yerləşən mənzilin açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitinin mənzilin paylı mülkiyyətçiləri İddiaçı, X2 və Cavabdeh arasında onların həmin əmlaka olan paylarına mütənasib surətdə bölünməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, məhkəmə iclasında iştirak edən Cavabdeh mübahisəli yaşayış sahələrinə dair iddiaçılar tərəfindən təklif olunmuş kompensasiya ilə bağlı razılıq əldə edilmədiyini və iddianın təmin edilməsinə etiraz etməyərək iddia tələbini qəbul etdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh ünvan 2 ünvanında yerləşən evdə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən Cavabdeh adına saxlanca 15832 manat qoyulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 221-ci maddəsinə görə, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Əvvəla, iddiaçıların hazırkı iddia tələbi ilə müraciət etməsi üçün subyektiv hüququnun mövcud olub-olmaması müəyyən edilməlidir. Belə ki, İddiaçı, X8 və X1 Şirin Qurban oğluna qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin mübahisəli ev hazırda İddiaçı tam mülkiyyətində olduğundan, X2 və X3 əsaslı olub-olmamasından asılı olmayaraq, cavabdehə qarşı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Məhkəmə daha sonra sonra qeyd edir ki, İddiaçı, X2 və Cavabdeh paylı mülkiyyətində olan mübahisəli evin xx.xx.2021-ci ildə keçirilmiş hərrac nəticəsində 40000 manata İddiaçı satıldığı, satışdan əldə edilmiş vəsaitin mülkiyyətdəki payına uyğun olan hissəsinin cavabdehin adına saxlanca qoyulması və həmin məbləğin sonuncu tərəfindən təhvil alınması işin hallarının tədqiqi nəticəsində müəyyən edilmişdir. Beləliklə, əmlakın hərracdan özgəninkiləşdirməsi nəticəsində cavabdehin paylı mülkiyyət hüququ ilə eyni zamanda onun tərkib hissəsi olan istifadə hüququna xitam verilmişdir. Belə olan halda, mövcud olmayan hüquqa xitam verilə bilməyəci üçün hazırkı iş üzrə iddia təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh həmin dövrdə anasının mülkiyyətində olmuş mübahisəli evdə 1976-1996-cı illərdə yaşadığını bildirmişdir. Həmin hüquq münasibətlərinin yarandığı vaxt nəzərə alınmaqla Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; Həmin Məcəllənin 60-cı maddəsinin tələbinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir; Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış məntəqəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh olunması haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd edilir ki, mənzil qanunvericiliyinə əsasən, tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesabedir ki, 1976-cı ildən yaşadığı mübahisəli evi cavabdeh özünə başqa yaşayış yeri seçməklə, 1996-cı ildə könüllü olaraq tərk etmiş və həmin tarixdən etibarən digər ünvanda yaşamışdır. Beləliklə, cavabdehin mübahisəli evi başqa yaşayış yerinə köçməsi ilə əlaqədar tərk etməsi və uzun illər ərzində orada yaşamamış olması cavabdehin ünvan 1 ünvanda yerləşən evdən istifadə hüququnun itirilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı, X2 və X3 Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçılar İddiaçı, X2 və X3 Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi" tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılar İddiaçı, X5 və X6 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-640/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-640/2022
12.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver