Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6453/2025 26.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq keçirilən məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu ünvan 1 ünvanına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdehlə 2010-cu ildə qeyri rəsmi evlənib, nikahlarını xx.xx.2011-ci il tarixdə rəsmiləşdirmişlər. Rəsmi nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Cavabdehlə bir müddət xoşbəxt yaşasalar da sonradan cavabdeh onu döyüb-söydüyünə görə nikahın pozulması qərarına gəlmişdir. Kəlbəcər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikahları pozulmuş, uşaqlardan qızı Nərmin onun himayəsində saxlanılmış və oğlu Murad isə atası ilə yaşamağa qərar vermişdir. O, cavabdehlə rəsmi nikahda olduqları dövrdə Kəlbəcər rayonundan məcburi köçkün olduqları üçün onların ailə üzvlərinə dövlət tərəfindən 2014-cü il tarixdə 2 otaqdan ibarət ev verilmişdir. O, və uşaqları həmin evdə yaşamışlar. Cavabdeh onu hər gün, narahat edərək onu döyüb söyüb təhqir edərək evdən qovur. Sonuncu dəfə də onu yenidən, evdən qovduğu üçün evinə gedib gələ bilmir. Buna baxmayaraq onun heç bir yerdə yaşamağa yeri yoxdur. Valideynləri də məcburi köçkün olduğuna görə onların özlərinin yaşamağı, yerləri belə yoxdur. Həmin evdə onun cehiz əşyaları var, amma cavabdeh müxtəlif bəhanələrlə onu evinə buraxmır. Buna baxmayaraq cavabdeh onu qeyd olunan mənzildən istifadə etməklə yaşamağına imkan vermir. 2025-ci ilin iyul ayından onu evdən qovmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı izahat verərək bildirmişdir ki, nikah pozulduqdan sonra bacısının evində və mübahisəli evdə yaşayır. Birgə nikahdan doğulmuş qızı onunla, oğlu isə cavabdehlə qalır. Cavabdeh anasının evində, o isə həm bacısının evində həm də mübahisəli mənzildə yaşayır. Əslində onun iddiası evə köçürülmə ilə deyil, sadəcə istəyir hüququ məhkəmə qaydasında tanınsın. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, özü oğlu ilə birgə anasına məxsus evdə yaşayırlar, iddiaçı isə hazırda qızı ilə birgə sözügedən mənzildə yaşayır. Mübahisəli mənzilin açarı həm onda həm də iddiaçıda var. İddiaçı istədiyi vaxt mənzildə qalır, onun mənzildə qalmasına heç bir maneçilik törətmir. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan AA seriyalı 207816 nömrəli 12 avqust 2009-cu il tarixli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkündür. İş materiallarında olan Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısının Kəlbəcər şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 20 avqust 2024-cü il tarixli 943 nömrəli arayışından görünür ki, İddiaçı Kəlbəcər şəhər sakini olmaqla məcburi köçkündür. Məcburi köçkün kimi 2014-cü ildən Gəncə şəhəri, 1500 ailəlik köçkün qəsəbəsi, bina 15, mənzil 10da müvəqqəti məskunlaşmışdır. Göründüyü kimi iddiaçı hazırda yaşadığı mənzilə köçürülməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin, iddiaçı hazırda həmin mənzildə yaşayır və tərəflərin hər ikisi bunu məhkəmədə izahatları ilə təsdiq etmişlər. Bu da iddiaçının qeyd edilən mənzildə yaşaması ilə bağlı tərəflər arasında mübahisənin olmadığını təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Görünüdüyü kimi qanunverici hüquq haqqında mübahisə olarsa şəxsin məhkəməyə müaciət etmək hüququnu təmin etmişdir. (Xüsusi icraat qaydasında baxılan işlər istisna olmaqla) Hazırda iddiaçı həmin evdə yaşayır, cavabdeh tərəfindən isə buna maneçilik törədilmir. İddiaçı heç bir mübahisə olmadığı halda məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, pozulmamış hüququn bərpası mümkün olmadığı kimi, olmayan mübahisəyə məhkəmədə baxılması mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Orxan Dəmirli
Məhkəmə qərarları › İş №2(125)-6453/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6453/2025
26.11.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver