Məhkəmə qərarları › İş №2(125)-6512/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6512/2023

20.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6512/2023 20.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvandakı mənzilə dair istifadə hüququnun itirilmiş hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehin ona məxsus mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinə iddianın predmetinin dəyişdirildiyi kimi dəqiqləşdirilməsi kimi baxmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvandakı mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. Oğlu Cavabdeh 11 ildən artıqdır ki, bu mənzildən çıxıb və daimi olaraq Rusiyada yaşayır. Bu mənzillə onun heç bir əlaqəsi yoxdur. İşin bu faktiki halı olduqca əhəmiyyətlidir. Cavabdehin onun mənzilində qeydiyyatının qalması mülkiyyətçi kimi onun iradəsinin ziddinədir, beynəlxalq və yerli qanunvericiliyin tələblərinə də uyğun deyildir. Çünki uzun illərdir ki, cavabdeh bu mənzildə yaşamır. Ona görə də cavabdehin onun mənzilinə dair istifadə hüququ çoxdan itirilmişdir. Cavabdehə görə əlavə kommunal xərclər ödəməli olur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, oğlu Cavabdeh 1-ci evliliyindən, qızı isə 2-ci evliliyindən anadan olmuşdur. 1-ci yoldaşının adı Ədil olmuşdur. 1989-cu ildə vəfat etmişdir. Oğlu Azər evdən çölə çıxan olmamışdır. 3 yaşından etibarən onu nənəsi, böyütmüşdür. O, Rusiya vətəndaşıdır, 2013-cü ildən bəri Gəncədən getmişdir, Rusiyada yaşayır. Ailəsi, uşağı, özü oradadır. Rus xanımla evlidir, onun adına ev almışdır Rusiyada. Son zamanlarda heç bir əlaqə saxlaya bilməmişdir. Qızı Bakıda yaşayır. Özü də Bakıya köçüb, evi satacaqdır. Oğlunun qeydiyyatda qalması sənədlərini düzəltməsi üçün problem olduğunu qeyd edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, İddiaçı qonşusudur. Qızını görmüşdür, oğlunu isə görməmişdir, tanımır. Başqa uşağı olduğunu bilmir. Akta imza etmişdir, çünki 20-22 ildir ki, qonşudurlar, Dilarənin oğlunu heç vaxt görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, İddiaçı ilə çoxdandır ki, qonşudurlar. Bir qızı və bir oğlu vardır. Oğlunun adını bilmir. Oğlu 2013-cü ilə kimi gəlib getmiş, sonra görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, 35 ildir ki, qonşudurlar. Oğlunun adı Azər, qızının adı isə Türkandır. Oğlunu 12 ildir ki, görməmişdir, əri ilə yaşayır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş- ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, V.Xuluflu küçəsi 127, Yeni qaydalarla:AZ2001,Gəncə şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 160 nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ üzrə rəsmi reyestrdə İddiaçı adına qeydə alınmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, Cavabdeh Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 127 nömrəli evdə qeydiyyatdadır. Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, cavabdehin ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3236 nömrəli arayışından görünür ki, Əliyev X2 şəhəri, V.Xuluflu küçəsi, ev 127 ünvanında qeydiyyatda olmasına baxmayaraq, 2013-cü ildən hal-hazıradək həmin ünvanda yaşamır. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Qeyd edilən Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Göründüyü kimi Cavabdeh Adil oğlu iddiaçının ailə üzvü olsa da, uzun müddətdir ki, 20 ildən artıq həmin evdən köçüb başqa ünvanda yaşamışdır. Cavabdehin uzun bir müddət ərzində mübahisəli evdə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmamış, onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədar olmuşdur. 01oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda-həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İşin mübahisələndirilməyən hallarından görünür ki, cavabdeh 20 il müddətdən artıqdır ki, mübahisəli mənzildə yaşamır, daimi yaşamaq üçün özünə başqa yaşayış yeri seçmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şəərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 4, Yeni qaydalarla: AZ 2001, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar