Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6532/2023 02.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əli oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Gəncəbank ASC, Cavabdeh2 prosessual hüquqi varisi X1, Gəncə şəhər 4 saylı notariat kontoruna, Cavabdeh4, Cavabdeh5 və maraqlı şəxs ƏMDKYda DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Gəncəbank ASC, Cavabdeh2 prosessual hüquqi varisi X1, Gəncə şəhər 4 saylı notariat kontoruna, Cavabdeh4, Cavabdeh5 və maraqlı şəxs ƏMDKYda DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Gəncəbank ASC ilə Cavabdeh2 arasında bağlanmış 27.11.2**7-ci il tarixli, 298/i saylı müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, İddiaçı cavabdehlər Gəncəbank ASC, Cavabdeh2 prosessual hüquqi varisi X1, Gəncə şəhər 4 saylı notariat kontoruna, Cavabdeh4, Cavabdeh5 və maraqlı şəxs ƏMDKY-da DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, ƏMDKY-da DƏDRX-nin 3 saylı Ərazi İdarəsini maraqlı şəxs kimi qeyd etmişdir. Halbuki, iddia icraatında maraqlı şəxs nəzərdə tutulmamışdır. Həmçinin iddia ərizəsinin tələb hissəsində iş üzrə cavabdeh olmayan Cavabdeh2 ilə cavabdeh Gəncəbank ASC arasında bağlanmış 27.11.2**7-ci il tarixli, 298/i saylı müqaviləsinin etibarsız hesab edilməsi xahiş olunmuşdur. Eyni zamanda iddia ərizəsində Cavabdeh4, Cavabdeh5 cavabdeh kimi qeyd edilsə də, onlara qarşı tələb göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsində iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya iddiaçınin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizamasalınmasına riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, ərizə Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyindən, yəni iddia icraatında maraqlı şəxs qeyd edildiyindən, cavabdehlərin hər birinə qarşı yönələn tələb qeyd edilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Gəncəbank ASC, Cavabdeh2 prosessual hüquqi varisi X1, Gəncə şəhər 4 saylı notariat kontoruna, Cavabdeh4, Cavabdeh5 və maraqlı şəxs ƏMDKYda DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-6532/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6532/2023
02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver