Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6568/2025 07.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçinin tələbi: Ərizəçi İddiaçı maraqlı şəxs 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum nənəsi X5 adına olan ünvan 1 ünvanda yerləşən miras mülkün qanun üzrə vərəsə kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırılması: Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin nənəsi X5 adına ünvan 1 ünvanda mənzil vardır. Atası xx.xx.2017-ci ildə rəhmətə getmişdir. Nənəsi rəhmətə gedəndən sonra mirası atası qəbul edib. Atası öləndən sonra isə o qəbul edib. Həmçinin digər vərəsələr də mirası qəbul etmədikləri üçün mübahisə yaratmırlar. O, artıq uzun müddətdir sözügedən mirası qəbul etmiş və əmlak onun tərəfindən idarə olunur. Lakin, Notariat Ofisinə müraciət etdikdə ona 1 saylı Gəncə Regional “Asan xidmət” Mərkəzinin notariat ofisi məktubla “mirasın qəbulu faktı ilə əlaqədar” məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Tərəflərin çıxışları Məhkəmə iclasında ərizəçi İddiaçı ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisi məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində göstərdi ki, mərhum X9 onun anasıdır. Anası vəfat etdikdən sonra sözügedən evdə qardaşı Elşan və onun ailəsi yaşamışdır. Qardaşı Elşan vəfat etdikdən sonra isə həmin evdə Elşanın oğlu Nazim və digər ailə üzvləri ilə birgə yaşayır. Hazırda anasından qalan həmin mənzilə qarşı heç bir tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadəsində bildirdi ki, ərizəçi Nazim onun qardaşı oğludur və sözügedən mənzildə uzun illərdir Nazim ailəsi ilə birgə yaşayır. Anasından qalan həmin mənzilə qarşı heç bir tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində bildirdi ki, ərizəçi Nazim onun əmisi oğludur və sözügedən mənzildə illərdir ki, Nazim ailəsi ilə birgə yaşayır. Hazırda nənəsindən qalan həmin mənzilə qarşı heç bir tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində bildirdi ki, ərizəçi Nazim onun əmisi oğludur və sözügedən mənzildə illərdir ki, əmisi Elşan və ailəsi ilə birgə yaşayıblar. Əmsi Elşan vəfat etdikdən sonra isə həmin evdə Elşanın oğlu Nazim və digər ailə üzvləri ilə birgə yaşayır. Hazırda nənəsindən qalan həmin mənzilə qarşı heç bir tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X17 ifadəsində bildirdi ki, ərizəçi Nazim onun qardaşıdır və sözügedən mənzildə illərdir ki, ailəlikcə birgə yaşayıblar. Həmin mənzilə qarşı heç bir tələbi yoxdur. Mülki işə əlavə edilmiş sənədlər: - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, ünvan 3 ünvanına mülkiyyət hüquqi ölmüş şəxs X6 məxsusdur. - xx.xx.1969-cu il tarixli, A 3 seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 01 sentyabr 1969-cu ildə doğulmuşdur. X2r - xx.xx.2009-cu il tarixli, AZ- İİ 297635 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1995-ci ildə Gəncə şəhərində doğulmuşdur. X3r. - xx.xx.2025-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı 06 iyun 2012-ci il tarixdən Gəncə şəhəri, Nizami rayonu, X29, ev 48, mənzil 12 ünvanında qeydiyyatdadır.(Qeydiyyatda olan digər şəxslər: X17-xx.xx.1997; X8xx.xx.2006) - xx.xx.2004-cü il tarixli, AZ- İ 082686 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2004-cü il tarixdə ölmüşdür. - xx.xx.2023-cü il tarixli, AZ- İİ 377768 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2017-ci il tarixdə ölmüşdür. - 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 3455 saylı məktubundan görünür ki, mirası qəbul etməsi müddətini keçirdiyi üçün ərizəçiyə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 9.3-cü maddəsinə əsasən Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.1-ci maddəsinə əsasən Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır (MPM. mad. 307.2.9) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci məaddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir Münasibətlərin yarandığı vaxt qüvvədə olan: 1243.1-ci maddəsinə əsasən Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. MM-in 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Məhkəmə ilk öncə vurğulayır ki, miras qoyan X9 xx.xx.2004-ci ildə vəfat etdiyindən, hazırkı ərizəyə həmin vaxt qüvvədə olmuş Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. - Münasibətlərin yarandığı vaxt qüvvədə olan qanunvericiliyin tələbi baxımdan qeyd edilən mübahisə üzrə araşdırılmalı olan ilkin məsələ ərizəçi tərəfindən nənəsi vəfat etdikdən sonra ondan qalan əmlakı qanunvericilikdə müəyyən edilmiş müddət ərzində qəbul edib-etməməsidir. - Bununla bağlı qeyd edilməlidir ki, mülki qanunvericiliyə görə, mirasa vərəsəlik açıldığı gündən vərəsəlik hüquq münasibətləri yaranır. Bu münasibətlərin hüquqi məzmunu həm qanun, həm də vəsiyyət üzrə vərəsəliyə çağırılmış şəxslərin mirasın qəbulu və ya qəbulundan imtina etməsi hüququ və bu hüquqa qarşı duran hamının və hər kəsin vərəsələrin hüququnu poza biləcək hərəkətlərdən çəkinmək vəzifəsindən ibarətdir; -Məhkəmə ərizəyə qiymət verərək hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülkü hüquqda mirasın “qəbul etmə sistemi deyilir”. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və ya mirasa yiyələnməsi, eləcə də vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. -İşin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 3 ünvanda yerləşən mənzil ərizəçinin mərhum nənəsi X4 miras qalmışdır. -Məhkəmə şahid qismində dindirilmiş şəxslərin ifadələrini, eyni zamanda ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş evin komunal xərclərinə dair ödəniş qəbzləri araşdırıraraq belə nəticəyə gəlir ki, ərizəçinin atası X18 nənəsinin ölümündən sonra sözügedən mirası qəbul edib, idarə etmişdir. X11 ölümündən sonra isə vərəsəsi olan İddiaçı miras əmlakı faktiki olaraq qəbul edərək həmin mirası idarə etmişdir. Həmçinin mirasın onun tərəfindən qəbul edilməsi, digər vərəslər tərəfindən mübahisələndirilməmişdir. - Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, ərizəçi İddiaçı mərhum nənəsi X4 miras qalmış ünvan 3 ünvanda yerləşən miras mülkü vərəsəlik qaydasında qəbul etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. X1 adına olan ünvan 3 ünvanda yerləşən miras mülkün ərizəçi İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Dəmirli
Məhkəmə qərarları › İş №2(125)-6568/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6568/2025
07.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver