Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-66/2025 28.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin iddiaçıya məxsus Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Murad Mehdiyev küçəsində yerləşən 13 nömrəli fərdi yaşayış evindən çıxarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək, izahatında bildirdi ki, Gəncə şəhəri, Yeni qaydalarla AZ 2005, ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. İddiaçı xx.xx.2023-cü il tarixdə həmin torpaq sahəsini 22.000 manata məbləğində pul vəsaitinə iddiaçının qohumu X3 adına Cavabdeh keçmiş əri X8 almışdır. Həmin əmlak iddiaçı tərəfindən alınan zaman əmlakın sənədi olmamış, torpaq sahəsində yarımçıq tikili olmuşdur. İddiaçı evin sənədləşmə işlərinə, tikintisinə, təmirinə və s. 30.000 manat məbləğində vəsait sərf etmişdir. Cavabdeh ailə üzvləri ilə birlikdə mübahisələndirilən evdə 3 il yaşamasına baxmayaraq, hazırki iş üzrə Cavabdeh Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3675/2023 nömrəli qətnaməsinə əsasən sözügedən evə köçürülmə hüququ əldə etmiş və xx.xx.2023-cü il tarixdə icra məmuru vasitəsi ilə həmin evə köçürülmüşdür. Həmin evə köçürüldükdən sonra Cavabdeh evin kilidini dəyişmiş, İddiaçı və ailə üzvlərini sözegedən evə daxil olmağa icazə verməmişdir. İddiaçı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3675/2023 nömrəli qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-957/2024 nömrəli qətnaməsinə əsasən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3675/2023 nömrəli qətnaməsi ləğv edilmiş, X.S.X1 qarşı «evə köçürülmə» tələbi barədə iddiası təmin edilməmişdir. Qətnamədən narazı qalan Cavabdeh kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)- 957/2024 nömrəli qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-957/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq, İddiaçı hələ də mülkiyyətində olan evə daxil ola bilmir, orada yaşaya və istifadə edə bilmir. İddiaçı ümumilikdə mübahisə predmeti olan evə mülkiyyət hüquqlarını həyata keçirə bilmir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda Nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı iddiasında haqlı deyildir. Belə ki, o, 2008-ci il tarixdə X16 ilə nikahlarını qeydə aldırmış və 2020-ci il tarixində aralarında olan nikah pozulmuşdur. Mübahisə predmeti olan evi birgə nikah dövründə əldə edib, birgə tiksələr də Məmməd ondan xəbərsiz həmin evi satmışdır. Bununla bağlı məhkəməyə müraciət etmiş, Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-34/2021 nömrəli qətnaməsinə əsasən X8 ev əşyalarının əvəzi qismində 9.179 manat və evin tikintisinə sərf edilən vəsaitin yarısının əvəzi qismində 13.380 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi qət edilsə də M.Ə.Musayev qətnaməni icra etməkdən boyun qaçırmışdır. Buna görə də yenidən məhkəməyə müraciət etmişdir və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3675/2023 nömrəli qətnaməsinə əsasən sözügedən evə köçürülmə hüququ əldə etmişdir. Hal-hazırda sözügedən evlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə və Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Belə ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Quşçuluq fabriki ərazisi, 22 nömrəli məktəbin yanında yerləşən 225 kv/m torpaq sahəsi (Yeni qaydalarla AZ 2005, ünvan 1) və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin ümumi birgə mülkiyyətçisi hesab olunur və həmin ev üzərində mülkiyyət hüququ vardır. Sonda Cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini (vəkilini) və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, **********79 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Yeni qaydalarla AZ 2005, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0212 ha olan torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, X5 şəhəri, Quşçuluq fabriki ərazisində yerləşən 225 kv/m torpaq sahəsini və orada tikiləcək evi etibarnamə ilə ünvan 3 ünvanında qeydiyyatda olan X4 22.000 manat məbləğində satmışdır.19.000 manat məbləğində pul vəsaiti X12 ödənilmiş, 3.000 manat məbləğində pul vəsaitinin isə torpaq sahəsi və evin boşaldılaraq təhvil verilməsindən sonra ödəniləcəyi ilə bağlı razılıq əldə olunmuşdur. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 3675/2023 nömrəli qiyabi qətnaməsinin surətindən görünür ki, Cavabdeh Gəncə şəhəri, Cavadxan (əvvəlki qaydada Avtozavod) qəsəbəsi, Quşçuluq Fabriki ərazisi, 22 nömrəli məktəbin yanında yerləşən 225 kv/m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İşdə olan Gəncə şəhəri 5 saylı notariat ofisində xx.xx.2023-cü il tarixində 4Ə-1274 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Gəncə şəhəri Kəpəz rayonu X17 şəhəri, Heydər Əliyev prospekti, ev 101 ünvanında yerləşən ümumi sahəsi 0,0212 ha olan torpaq sahəsini İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-2301/2024 nömrəli məktubun surətindən görünür ki, ünvan 1 ünvanı ilə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-957/2024 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3675/2023 nömrəli qiyabi qətnaməsi tamami ilə ləğv edilmiş, yeni qətnamə çıxarılmışdır.Cavabdeh X12 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3140/2024 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)- 957/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-802/2025 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh X12 və X4 qarşı X16 tərəfindən X4 Gəncə şəhəri, Cavadxan qəsəbəsində (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində) yerləşən 225 kv.m torpaq sahəsinə və orada tikilən evə dair verilmiş xx.xx.2021-ci il tarixli, 7E-828 reyestr nömrəli etibarnamənin etibarsız hesab edilməsi və X3 ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində), 225 kv.m torpaq sahəsində yerləşən evdən çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh iddiası təmin olunmamışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1017/2024 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-802/2025 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti təmin olunmamış, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024cü il tarixli, 2(102)-3442/2024 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1017/2024 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, həmin qətnamədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, X9 və Cavabdeh birgə nikahı dövründə Gəncə şəhəri, Cavadxan qəsəbəsi (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində) yerləşən 225 kv.m torpaq sahəsi xx.xx.2008-ci il tarixdə X2 alınmış, həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa olunmuşdur. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-1539/2021 nömrəli qətnaməsi ilə X16 və Cavabdeh arasında olan nikah pozulmuşdur. Daha sonra Cavabdeh X12 qarşı ona məxsus cehiz əşyalarının və ya onların dəyəri olan 9.179 manat pulun alınıb ona verilməsi, həmçinin birgə nikah dövründə əldə edilmiş torpaq və onun üzərində tikinti aparmaq üçün xərclənmiş 30.000 manat məbləğində pul vəsaitinin 2/3 hissəsinin, yəni 20.000 manat məbləğində pul vəsaitinin M.Ə.Musayevdən alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(066)-34/2021 nömrəli qətnaməsi ilə X8 ümumilikdə 9.179 manat dəyərində cehiz əşyaları naturada, onları naturada vermək mümkün olmadıqda 9.179 manat pulun, birgə nikah dövründə əldə edilmiş torpaq və onun üzərində tikinti aparmaq üçün xərclənmiş 26.760 manat pulun ½ hissəsi olan 13.380 manat pulun alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Mübahisəli əmlak cavabdeh X16 tərəfindən İddiaçı satılmış və bu barədə sonuncuya Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Sonradan Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Cavadxan (əvvəlki qaydada Avtozavod) qəsəbəsi, Quşçuluq Fabriki ərazisi, 22 nömrəli məktəbin yanında yerləşən 225 kv/m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 3675/2023 nömrəli qiyabi qətnaməsi ilə Cavabdeh Gəncə şəhəri, Cavadxan (əvvəlki qaydada Avtozavod) qəsəbəsi, Quşçuluq Fabriki ərazisi, 22 nömrəli məktəbin yanında yerləşən 225 kv/m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. X18 Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-957/2024 nömrəli qətnaməsi ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 3675/2023 nömrəli qiyabi qətnaməsi tamamı ilə ləğv edilmiş, yeni qətnamə çıxarılmış, Cavabdeh X12 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3140/2024 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-957/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Cavabdeh X12 və X4 qarşı X16 tərəfindən X4 Gəncə şəhəri, Cavadxan qəsəbəsində (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində) yerləşən 225 kv.m torpaq sahəsinə və orada tikilən evə dair verilmiş xx.xx.2021-ci il tarixli, 7E-828 reyestr nömrəli etibarnamənin etibarsız hesab edilməsi və X3 ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində), 225 kv.m torpaq sahəsində yerləşən evdən çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 802/2025 nömrəli qətnaməsi ilə iddia təmin olunmamış, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1017/2024 nömrəli qətnaməsi ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-802/2025 nömrəli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3442/2024 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 1017/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Cavabdeh qarşı cavabdehin iddiaçıya məxsus Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Murad Mehdiyev küçəsində yerləşən 13 nömrəli fərdi yaşayış evindən çıxarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Suliddi qızı iddianı qəbul etməmiş və iddiaya etirazının əsası kimi mübahisə predmeti olan fərdi yaşayış evinin birgə nikah dövründə əldə olunmasına görə mülkiyyət hüququnun olmasını göstərmişdir. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. «R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-34/2021 nömrəli qətnaməsi əsasında Cavabdeh Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Quşçuluq fabriki ərazisi, 22 nömrəli məktəbin yanında yerləşən 225 kv/m torpaq sahəsi (Yeni qaydalarla AZ 2005, ünvan 1) və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mübahisəsinə hüquqi qiymət verilmişdir. Bundan başqa Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-957/2024 nömrəli qətnaməsinə əsasən Cavabdeh X12 qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməmiş və həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3140/2024 nömrəli qərarına əsasən dəyişdirilmədən saxlanılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, **********79 reyestr nömrəli çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0,0212 ha olan torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Buna görə də Cavabdeh qeyd olunan ünvanda yaşaması İddiaçı mülkiyyət hüquqlarını məhdudlaşdırır və sonuncunun mülkiyyət hüquqlarını həyata keçirməsinə mane yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, Musayeva X6 Elgün Rafiq qızına məxsus Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Murad Mehdiyev küçəsində yerləşən 13 nömrəli fərdi yaşayış evindən çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Musayeva X6 Elgün Rafiq qızına məxsus Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Murad Mehdiyev küçəsində yerləşən 13 nömrəli fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-66/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-66/2025
28.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver