Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6618/2025 01.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məhkəmə iclas katibi Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, Cavabdeh2 iştirakı ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 və Cavabdeh2 qarşı «vərəsəlik hüququnun müəyyən edilməsi və vərəsəlik payının müəyyən edilməsi» tələbi barədə iddiasına dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 və Cavabdeh2 qarşı Gəncə şəhəri, İ.Məmmədov küçəsi, ev 34 nömrəli evdə yerləşən mərhum X3 adına olan miras əmlakı üzərində qanun üzrə vərəsə kimi hüquqlarının tanınması və miras payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə iclasında İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)- 4675/2025 nömrəli qərardadından görünür ki, İddiaçı1, İddiaçı2 Samir oğlunun və X1 Cavabdeh1 və Cavabdeh2 qarşı «vərəsəlik hüququnun tanınması və miras əmlakın bölünməsi tələbi» barədə iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Buna görə də məhkəmə hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-4675/2025 nömrəli qanuni qüvvəyə minmiş qərardadı ilə ərizəni qəbul etməkdən imtina edilməsi İddiaçı1, İddiaçı2 Samir oğlunun və X1 Cavabdeh1 və Cavabdeh2 qarşı «vərəsəlik hüququnun tanınması və miras əmlakın bölünməsi tələbi» barədə eyni əsaslarla eyni tərəflərə qarşı iddia qaldırmağa manedir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla hazırda mövcud olan mübahisə üzrə Gəncə Rayon Xalq Məhkəməsinin xx.xx.1989-cu il tarixli 626 nömrəli, Gəncə Rayon Xalq Məhkəməsinin xx.xx.1990-cı il tarixli, 464 nömrəli qətnamələri qəbul olunmuş və qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, məhkəmə mülki iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 və Cavabdeh2 qarşı «vərəsəlik hüququnun müəyyən edilməsi və vərəsəlik payının müəyyən edilməsi» tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı1 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2025, qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı1 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 və Cavabdeh2 qarşı «vərəsəlik hüququnun müəyyən edilməsi və vərəsəlik payının müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı1, İddiaçı2 və İddiaçı3 izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət (ödənilmə tarixi:xx.xx.2025, qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı1 qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-6618/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6618/2025
01.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver