Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-667/2023 09.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Ərizəçi, iddiaçının vəkili Vəkil və Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi “miras əmlakının qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X4 məxsus olmuş ünvan 1 ünvanda yerləşən miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, doğulduğu və hazırda yaşadığı, rəsmi qeydiyyatda olduğu ünvan 2 ünvanda yerləşən mülk 21.*2.2**5-ci ildə vəfat etmiş atası X6 və *6.1*.2*13-cü ildə vəfat etmiş anası X1 qalmış miras əmlakdır. O, valideynlərinə ölənə qədər qulluq etmiş, onların dəfn mərasimini təşkil etmişdir. Miras əmlakda anadan olandan o, evlənəndən sonra arvadı və iki oğlu ilə daimi yaşamışlar. Əmlaka dair anası X2 adına AR ƏMDK DƏDRX-nin 25.11.2*21-ci il tarixli, 1521*3*685 qeydiyyat nömrəli çıxarışı verilmişdir. X3 27 ildir ki, RF-nın vətəndaşı olaraq orada yaşayır, digər bacısı Maraqlı şəxs2 isə 198*-ci ildə ərə gedəndən indiyədək başqa ünvanda yaşayır. Məhkəmə iclasında ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs2 izahat verərək bildirdi ki, qardaşı Məzahirin dediklərinin hamısı yalandır. Belə ki, anası ölənədək onunla yaşamış və anasına daima özü qulluq etmişdir. Ona görə də, anası sözügedən evi vəsiyyətnamə əsasında ona vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs 1 saylı Gəncə Regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə saylı Gəncə Regional “Asan Xidmət” mərkəzində Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan 25 iyul 2*13-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X7 bütün daşınar və daşınmaz əmlakını-Gəncə şəhəri, F.Əliyev küçəsi,1-ci döngə, ev 5, 7 saylı mənzili qızı Maraqlı şəxs2 vəsiyyət etmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Z.Əliyeva küçəsi, 1-ci döngə, ev 5, mənzil 7 xüsusi mülkiyyət hüququ əsasında X5 məxsusdur. Məhkəmə iş üzrə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.*.1*-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessuaİ Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Ərizəçi xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktın, yəni mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etmişdir. Xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinin xüsusiyyəti hüquq haqqında mübahisənin olmadığı hallarda hüquqi əhəmiyyət kəsb edən müəyyən faktın məhkəmə qaydasında müəyyən edilməsidir. Hazırkı iş üzrə isə ərizəçinin miras əmlak kimi qəbul etdiyini bildirdiyi əmlakın anası tərəfindən bacısı Maraqlı şəxs2 vəsiyyət edildiyi müəyyən edilmişdir. Belə olan halda qanun üzrə vərəsəliyin yaranması və qanun üzrə vərəsə tərəfindən mirasın qəbul edilməsi mübahisəli olduğundan, yəni hüquq haqqında mübahisə yarandığından həmin fakt xüsusi icraat qaydasında müəyyən edilə bilməz. Odur ki, ərizə baxılmamış saxlanmalı və ərizəçiyə ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.*.1*, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi baxılmamış saxlansın. Ərizəçiyə ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(125)-667/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-667/2023
09.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver