Məhkəmə qərarları › İş №2(125)-676/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-676/2025

21.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-676/2025 21.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Ərizəçi Alıyeva (Şabanova) Mənzər İsmayıl qızının iştirakı ilə, Ərizəçi Alıyeva (Şabanova) Mənzər İsmayıl qızının (Maraqlı şəxs) qarşı “qohumluq faktının müəyyən edilməsi” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Alıyeva (Şabanova) Mənzər İsmayıl qızı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı ildə ölmüş X1 onun anası və xx.xx.2006-cı ildə ölmüş X10 onun atası olması faktın müəyyən edilməsi; o, Ərizəçi doğum akt qeydində valideynlər qrafasında anasının X6 milliyyəti azərbaycanlı, atasının X15 milliyəti azərbaycanlı kimi qeyd olunması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ermənistan Respublikasının Basarkeçər rayonunda xx.xx.1972-ci ildə anadan olmuşdur. Onlar Ermənistan Respublikasının Basarkeçər rayonundan məçburi köçkündürlər. Belə ki, onlar məcburi köçkün olan zaman onun doğum haqqında şəhadətnaməsini valideyinləri orada qoymuşdurlar. Hazırda həmin doğum haqqında şəhadətnamə ona lazımdır. Həmin sənəd ondan çox yerdə tələb olunur. Şəhadətnamə almaq üçün aidiyyəti üzrə Dövlət orqanına ünvanladığı ərizə Maraqlı şəxs tərəfindən imtina edilmişdir. Bunun üçün xx.xx.1972-ci il tarixdə onun doğum haqqında akt qeydinin bərpası faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsüyyə olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-4139/2024 saylı qətnaməsinə əsasən ərizə təmin edilmiş, onun, Ərizəçi xx xxx 1972-ci ildə indiki Ermənistan Respublikasının (Ermənistan SSR) Basarkeçər rayonunda doğulmasının qeyd edilməsi faktı müəyyən edilməsi qət edilmişdir. Qətnamə icra edilmək üçün Maraqlı şəxsnə göndərilmiş, lakin Qeydiyyat şöbəsindən ona bildirilmişdir ki, həmin qətnamədə doğum yeri və tarixi göstərilsə də ata və ana qrafasında ata və ananın adının yazılması qeyd edilməmişdir. Həmin səbəbdən də qətnamə icra edilmədən məhkəməyə geri qaytarılmışdır. Bu səbəbdən də, məcbur olub ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi tələbini müdafiə edərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə ünvanlayaraq nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1972-ci ildə doğulmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi Ermənistan Respublikası Basarkeçər rayonunda doğulmasını təsdiq edəcək sənədləri Qeydiyyat şöbəsinə təqdim edə bilmədiyinə görə Qeydiyyat şöbəsində doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır. Ona görə də barəsində doğum haqqında akt qeydinin bərpası üçün qeydiyyat yeri üzrə məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarında olan Gəncə “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Gəncə şəhər Nizami rayonu VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2006-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 2(125)-4139/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, Ərizəçi xx xxx 1972-ci ildə indiki Ermənistan Respublikasının (Ermənistan SSR) Basarkeçər rayonunda doğulmasının qeyd edilməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2024-cü il tarixli 2(125)-4139/2024 saylı qətnamənin qət etdi hissəsində valideynlər haqqında heç bir məlumat olmadığından qətnaməni icra etmək mümkün olmamışdır. İş materiallarında olan Qayabaş Kənd Soveti tərəfindən verilmiş xx.xx.1966-cı il tarixli ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1966-cı il təvəllüdlü X8 atası X15 (milliyəti azərbaycanlı) və anası X3r (milliyətı azərbaycanlı). İş materiallarında olan Qayabaş Kənd Soveti tərəfindən verilmiş xx.xx.1969-cu il tarixli ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1969cu il təvəllüdlü X5 atası X15 (milliyəti azərbaycanlı) və anası X3r (milliyətı azərbaycanlı). İş materiallarında olan xx.xx.1990-cı il tarixli 499942 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə Şabanova) Mənzər İsmayıl qızı xx.xx.1990-cı ildə rəsmi nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra ərə “Aliyev”, arvada “Alıyeva” soyadı verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, Ərizəçi onun bacısıdır, münasibətləri yaxşıdı, eyni ata və anadan doğulmuşlar. X2, anaları X4r. Ataları 2006-cı ildə, anaları 2016-cı ildə vəfat ediblər. Mənzər xx.xx.1972-ci ildə Ermənistan Respublikasının Vardenis rayonu Qayabaş kəndində doğulub. Bacısı Mənzərin doğum haqqında şəhadətnaməsi olmuşdur, lakin məcburi köçkün olarkən itirilmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, Ərizəçi onun bacısıdır, münasibətləri yaxşıdı, eyni ata və anadan doğulmuşlar. X2, anaları X4r. Ataları 2006-cı ildə vəfat edib, analarının nə vaxt vəfat etdiyini dəqiq xatırlamır, təxmini 2014- 2015-ci illər idi. Mənzər xx.xx.1972-ci ildə Ermənistan Respublikasının Vardenis rayonu Qayabaş kəndində doğulub. Bacısı Mənzərin doğum haqqında şəhadətnaməsi olmuşdur, lakin məcburi köçkün olarkən itirilmişdi. “Elektron məhkəmə” informasiya sisteminə verilmiş sorğunun cavabından müəyyən olunur ki, xx.xx.1972-ci ildə Ermənistan Respublikası, Basarkeçər rayonunda doğulmuş Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. Belə ki, ərizəçinin izahatı, şahid ifadəsi və işin materialları ilə xx.xx.1972-ci il tarixdə Ermənistan Respublikası, Vardenis (Basarkeçər) rayonunda doğulmuş Alıyeva (Şabanova) Mənzər İsmayıl qızının atasının xx.xx.2006-cı il tarixdə vəfat etmiş azərbaycanlı X15, anasının xx.xx.2016-cı il tarixdə vəfat etmiş azərbaycanalı X6 olması faktı tam sübuta yetirilir. Mülki işin materiallarından da görünür ki, Ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum akt qeydinin bərpası üçün lazım olan sənədlər təqdim olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi doğumunun qeydi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi Ərizəçi doğum akt qeydinin bərpa etməkdən və yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1972-ci il tarixdə Ermənistan Respublikası, Vardenis (Basarkeçər) rayonunda doğulmuş Alıyeva (Şabanova) Mənzər İsmayıl qızının atasının xx.xx.2006-cı il tarixdə vəfat etmiş azərbaycanlı X15, anasının xx.xx.2016-cı il tarixdə vəfat etmiş azərbaycanalı X6 olması faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, verilmiş ərizə qismən təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçi doğum akt qeydində valideynlərinin azərbaycanlı kimi qeyd olunması faktının müəyyən olunmasını xahiş etsə də, müvafiq qeydin məzmunu təsbit edilə bilmədiyindən həmin hissədə ərizə təmin oluna bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. xx.xx.1972-ci il tarixdə Ermənistan Respublikası, Vardenis (Basarkeçər) rayonunda doğulmuş Alıyeva (Şabanova) Mənzər İsmayıl qızının atasının xx.xx.2006-cı il tarixdə vəfat etmiş azərbaycanlı X15, anasının xx.xx.2016-cı il tarixdə vəfat etmiş azərbaycanalı X6 olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar