Məhkəmə qərarları › İş №2(125)-6895/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6895/2025

28.01.2026 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6895/2025 28.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Rusiya Federasiyası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissəsi (Maraqlı şəxs və Gəncə şəhər Prokurorluğu) «şəxsin ölmüş elan edilməsi» barədə xüsusi icraat qaydasında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Rusiya Federasiyası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissə (Maraqlı şəxs və Gəncə şəhər Prokurorluğu) Rusiya Federasiyası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin əsgəri 2*.*8.198*-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı (pasport seriyası C, nömrə *3379*31, *2.*7.2*23 tarixində verilmiş, bölmə kodu AZE) X4 İvanovka yaşayış məntəqəsində, Kupyansk rayonu, Luqansk Xalq Respublikası ərazisində xüsusi hərbi əməliyyatın icrası zamanı hərbi xidmət vəzifələrini yerinə yetirərkən ölmüş elan edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi xahişini onunla əsaslandırmışdır ki, 2*.*8.198*-ci il təvəllüdlü X7 1-ci motoatıcı alayının əmri ilə (BTR-də motoatıcı diviziyası) motoatıcı şöbəsinin motoatıcı tağımının motoatıcı bölüyünün motoatıcı batalyonunun hesab nömrəsinin vəzifəsinə təyin edilmiş, *8.*3.2*25-ci tarixindən Rusiya Federasiyası Silahlı Qüvvələrinin şəxsi heyət siyahısına daxil edilmişdir. Belə ki, 24.*2.2*22-ci ildə Rusiya Federasiyası Prezidenti xüsusi hərbi əməliyyatın başlanması haqqında qərar elan etmişdir. *7.*3.2*25-ci ildə X7. öz bölməsinin tərkibində Ukrayna ərazisində xüsusi hərbi əməliyyatın vəzifələrini yerinə yetirmək üçün yola düşmüşdür. 3*.*3.2*25-ci il tarixindən xüsusi hərbi əməliyyatın vəzifələrini yerinə yetirmək zamanı itkin düşmüş hesab edilmişdir. Əlavə arayışa əsasən, Xarkov vilayətinin Kupyansk rayonunun yaxınlığında, İvanovka qəsəbəsi ətrafında 3*.*3.2*25-ci ildə mina atəş silahından düşmən tərəfindən atəş açılması nəticəsində düşmənin mərmilərindən biri X4 yanında partlamış və o, aldığı yaralardan həlak olmuşdur. X2 ilkin tibbi yardım göstərmək və ya cənazəsini evakuasiya etmək mümkün olmamışdır. Buna görə də Rusiya Federasiyası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin əsgəri 2*.*8.198*-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı (pasport seriyası C, nömrə *3379*31, *2.*7.2*23 tarixində verilmiş, bölmə kodu AZE) X4 İvanovka yaşayış məntəqəsində, Kupyansk rayonu, Luqansk Xalq Respublikası ərazisində xüsusi hərbi əməliyyatın icrası zamanı hərbi xidmət vəzifələrini yerinə yetirərkən ölmüş elan edilməlidir. Həmçinin ərizəyə əlavə vəsatətdə ərizəçinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi xahiş edilmiş, məhkəmə ərizəyə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs ərizəçinin xahişini qəbul edərək izahatında göstərdi ki, onunla X7 arasında nikah 2*14-cü il tarixdə qeydə alınmışdır. 2*25-ci ilin yanvar ayında Ş.A.Abbasov işləmək məqsədi ilə Rusiya Federasiyasına getmiş, 2*25-ci ilin mart ayında isə Rusiya Federasiyası qoşunlarında döyüşlərə qoşulmuşdur.2*25-ci ilin mart ayından Ş.A.Abbasov edilən zənglərə cavab verməmiş, daha sonra döyüşlərdə iştirak edəcəyini demişdir. Ş.A.Abbasov ilk vaxtlar ona ön cəbhədə iştirak etməyəcəyini, yalnız arxa cəbhədə olacağını bildirmişdir. Ş.A.Abbasov Azərbaycan Respublikasında müxtəlif vaxtlarda taksi fəaliyyəti və ticarət fəaliyyəti ilə məşğul olmuşdur. 26.*3.2*25-ci il tarixdə telefon vasitəsi ilə danışarkən Ş.A.Abbasov ona ön cəbhəyə aparılacağını bildirmişdir. Ş.A.Abbasov onunla döyüşən şəxslərə ona nəsə olsa xəbər verməyi xahiş etmişdir. 2*25-ci ilin aprel ayında Ş.A.Abbasovun dostları ona ölüm xəbərini vermişlər. İş üzrə maraqlı şəxs Gəncə şəhər Prokurorluğunun nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, maraqlı şəxsi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, işdə olan Rusiya Federasiyasının *1.*9.2*23-cü il tarixli, 1421 nömrəli qərarı ilə təsdiqlənmiş Rusiya Federasiyası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissə tərəfindən verilmiş 21.11.2*25-ci il tarixli, 5*92 nömrəli arayışdan görünür ki, 2*.*8.198*-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı X7 döyüş tapşırığının yerinə yetirilməsi zamanı Xarkov vilayəti, Kupyansk rayonu, İvanovka yaşayış məntəqəsində 3*.*3.2*25-ci il tarixdə itkin düşmüşdür. İş materiallarında olan Rusiya Federasiyası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissəsi tərəfindən verilmiş *8.*3.2*25-ci il tarixli, 214 nömrəli əmrdən görünür ki, X3 hərbi dairəsi qoşunlarının komandanı tərəfindən şəxsi heyət üzrə *7.*3.2*25-ci il tarixli, 13* nömrəli əmri ilə 1-ci motoatıcı alayın (BTR üzərində, motoatıcı diviziya) komandirinin sərəncamına təyin edilmişdir. İşdə olan Rusiya Federasiyası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissəsi tərəfindən verilmiş 14.*3.2*25-ci il tarixli, 238 nömrəli əmrdən çıxarışdan görünür ki,1-ci motoatıcı alayın (BTR üzərində, motoatıcı diviziya) komandiri tərəfindən şəxsi heyət üzrə 13.*3.2*25-ci il tarixli 1*7 nömrəli əmri ilə motoatıcı batalyonunun motoatıcı rotasının motoatıcı tağımının motoatıcı bölməsinin 1*7 nömrəli hesabına təyin edilmiş, 13.*3.2*25-ci il tarixindən vəzifəyə təyin olunmuş, vəzifəsinə və öhdəliklərinə başlamış şəxs kimi Rusiya Federasiyası Müdafiə Naziri tərəfindən *6.12.2*19-cu il tarixli 727 nömrəli əmri ilə təsdiq edilmiş «Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbi qulluqçularının pul təminatı ilə təmin edilməsi Qaydalarının müəyyən edilməsi və onlara və ailə üzvlərinə ayrı-ayrı ödənişlərin verilməsi haqqında» Qaydalar tətbiq edilir. İş materiallarında olan Rusiya Federasiyası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissə tərəfindən verilmiş *8.*3.2*25-ci il tarixli, 67 nömrəli əmrdən çıxarışdan görünür ki, X7 *7.*3.2*25-ci il tarixdən etibarən müqavilə ilə xidmətin davam etdirilməsi üçün 11*97 nömrəli hərbi hissədən xüsusi hərbi əməliyyat zonasına gəlmiş kimi qəbul olunmuşdur. İşdə olan Rusiya Federasiyası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissə tərəfindən verilmiş 31.*3.2*25-ci il tarixli, 527 nömrəli əmrdən çıxarışdan görünür ki, hərbi hissə komandanlığı tərəfindən itkin düşmüş hərbi qulluqçunun axtarışı üçün görülən tədbirlərə baxmayaraq, ağır döyüş vəziyyəti səbəbindən belə halların baş verməsi mümkündür. Hərbi hissə 31135 ştabının rəisinin vəzifəsini icra edən kapitan İ. Sinenkonun raportuna əsasən, 3*.*3.2*25-ci ildə n.p. İvanovka rayonunda X7 naməlum şəkildə itkin düşmüşdür. Hazırda yuxarıda qeyd olunan hərbi qulluqçunun axtarışı davam etdirilir, onun axtarışı üçün oriyentirlər hərbi komendantlığa (Alabinski qarnizonu), n.p. Nijnyaya Duvanka hərbi komendantlığına, Luqansk Xalq Respublikasının (LXR) Alabinski qarnizonu üzrə hərbi istintaq şöbəsinə, 124 saylı hərbi istintaq şöbəsinə göndəriləcək. Qanunla müəyyən edilmiş qaydada naməlum şəkildə itkin düşmüş və ya ölmüş elan olunana qədər hərbi hissə N nömrəli hərbi hissəsinin hərbi qulluqçusunu 3*.*3.2*25-ci il tarixindən etibarən naməlum şəkildə itkin düşmüş kimi tanımalı X7. Bu əmrin 1-ci bəndində göstərilən hərbi qulluqçu üçün onun naməlum şəkildə itkin düşməsi ilə bağlı hallar baş verənə qədər pul təminatını (dəstək) saxlamaq və ödəmək, Rusiya Federasiyası Hökumətinin 14 iyul 2***-ci il tarixli 524 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi qulluqçuların əsir götürülmüş, girov götürülmüş, neytral ölkələrdə internasiya olunmuş və ya naməlum şəkildə itkin düşmüş olması halında onların həyat yoldaşı (həyat yoldaşı) və ya digər ailə üzvlərinə pul təminatının ödənilməsi Qaydaları»na uyğun olaraq, onunla birlikdə yaşayan həyat yoldaşı (həyat yoldaşı) və ya digər ailə üzvlərinə ödəmək qaydaları tətbiq edilmişdir. İş materiallarında olan 18.*9.2*23-cü il tarixli X5 Nazirliyinin 625 nömrəli əmri ilə müəyyən edilmiş əlavələr nəzərə alınmaqla, siravi və çavuşlar üçün hərbi xidmətin keçirilməsi haqqında 25.*2.2*25-ci il tarixli, 182 nömrəli müqavilənin surətindən görünür ki, X7 1 il müddətinə Rusiya Müdafiə Nazirliyinin hərbi hissələrinə könüllü olaraq hərbi xidmətə yollanmışdır. İşdə olan Azəraycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş PC seriyalı C*3379*31 nömrəli ümumivətəndaşlıq pasportunun surətindən görünür ki, 2*.*8.198*-ci il təvəllüdlü X4 pasportunun qüvvədə olma vaxtı *1.*7.2*33-cü il tarixdə bitir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*5.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 312.1-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 315.2-ci maddəsinə görə şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1.-ci maddəsinə görə əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının *4 may 2**7-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3* iyul 2**8-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. «S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2*14-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2*15-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Qanununvericiliyin qeyd olunan normalarının tələbinə, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Bu baxımdan subyektiv hüququn üç elementinin mövcudluğu, yəni öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ yoxlanılmalıdır. İddiaçının öz hərəkətlərinə hüquqi ixtiyarı olmadığı halda subyektiv hüququnun digər elementləri yoxlanılmadan iddia rədd edilməlidir. Hazırda Rusiya Federasiyası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissəsi (Maraqlı şəxs və üçüncü şəxs Gəncə şəhər Prokurorluğu) Rusiya Federasiyası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin əsgəri 2*.*8.198*-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı (pasport seriyası C, nömrə *3379*31, *2.*7.2*23 tarixində verilmiş, bölmə kodu AZE) X4 İvanovka yaşayış məntəqəsində, Kupyansk rayonu, Luqansk Xalq Respublikası ərazisində xüsusi hərbi əməliyyatın icrası zamanı hərbi xidmət vəzifələrini yerinə yetirərkən ölmüş elan edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Halbuki Rusiya Federasiyası Müdafiə Nazirliyi N nömrəli Hərbi X1 barəsində sərəncam (əmr və ya göstəriş) vermə səlahiyyəti olmadığından hazırki ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarına əsasən ərizəçi Rusiya Federasiyası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin mülki iş üzrə subyektiv hüququnun olmamasını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissə (Maraqlı şəxs və Gəncə şəhər Prokurorluğu) Rusiya Federasiyası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin əsgəri 2*.*8.198*-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı (pasport seriyası C, nömrə *3379*31, *2.*7.2*23 tarixində verilmiş, bölmə kodu AZE) X4 İvanovka yaşayış məntəqəsində, Kupyansk rayonu, Luqansk Xalq Respublikası ərazisində xüsusi hərbi əməliyyatın icrası zamanı hərbi xidmət vəzifələrini yerinə yetirərkən ölmüş elan edilməsinə dair xahişi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Rusiya Federasiyası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissəsinin 2*.*8.198*-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı X4 İvanovka yaşayış məntəqəsində, Kupyansk rayonu, Luqansk Xalq Respublikası ərazisində xüsusi hərbi əməliyyatın icrası zamanı hərbi xidmət vəzifələrini yerinə yetirərkən ölmüş elan edilməsinə dair xahişi təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar