Məhkəmə qərarları › İş №2(125)-6970/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6970/2025

24.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6970/2025 24.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3* İsa oğlunun sədrliyi X27 Qaşqay oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin doğumunun qeydə alınması faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi : Ərizəçi “şəxsin doğulması faktının müəyyən edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, onun-Ərizəçi xx xxxx 1957-ci il tarixdə Ermənistan Respublikasında anadan olması, ata qrafasında X2 ana qrafasında X13 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, (Ərizəçi) xx.xx.1957-ci il tarixdə Ermənistan SSR- nın Vardenis (Basarkeçər) rayonunun Qanlı kəndində anadan olmuşdur. Gəncə şəhərində yaşayır. Ermənistan Respublikasından gəldikdən sonra bir sıra sənədləri kimi doğum haqqında şəhadətnaməsidə itmişdir. Şəxsiyyət vəsiqəsini aldığı vaxt doğum haqqında şəhadətnaməni yox keçmiş SSRİ pasportunu təqdim etmişdir. Həmin vaxt ondan başqa sənəd tələb edilməmişdir.Doğum faktının müəyyən edilməsində məqsəd gələcəkdə yarana biləcək qızının nikaha girməsi üçün doğum haqqında şəhadətnamənin tələb edilməsidir. Hazırda bu məsələyə görə qızı X7 rəsmi nikaha girə bilmir. Məlumdur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci maddəsinə edilən əlavələrdən sonra qeydiyyat şöbələrində hər valideynin doğum haqqında şəhadətnaməsi tələb olunur. Məhkəmədə Ərizəçi iştirak etmiş və dəqiqləşdirmə barədə ərizə təqdim edərək bildirmişdir ki, tərəfindən Gəncə Şəhər Məhkəməsinə ərizə verilən zaman ərizənin nəticə hissəsində texniki yalnışlığa yol verilmişdir. Belə ki, nəticə hissəsində bu formada qeyd edilmişdir. Ərizəmi təmin edib, onun yəni Ərizəçi 18 iyun 1978-ci il tarixdə Ermənistan Respublikasında anadan olması, ata qrafasında X3 ana qrafasında X14 olması barədə doğum faktını müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi onun doğum tarixi yanlışlıqla 1978-ci il getmiş əslində isə doğum tarixi 1957-ci il olmalı idi. Budan əlavə ata qrafasında X2 yazılmalıdır. Eyni zamanda doğum faktının müəyyən edilməsi faktı əslində isə doğumun qeyd edilməsi faktı olmalı idi. Odur ki, Ərizəsini təmin edib, onun yəni Ərizəçi xx xxxx 1957-ci il tarixdə Ermənistan Respublikasında anadan olması, ata qrafasında X2, ana qrafasında X9 olması barədə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə maraqlı şəxs-2 sayli Gəncə regional “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi ilə qardaşdır. Ərizəçi xx xxxx 1957-ci il tarixdə doğulmuşdur. X1, anaları isə X6r. Məhkəmə iclasında digər şahid X1* da verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun əmisi oğludur. Ərizəçi xx xxxx 1957-ci il tarixdə doğulmasını, onun atasının X2, anaları isə X13 olmasını bir daha təsdiq etmişdir. Məhkəmə Ərizəçinın izahatını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslı sayılmalı və təmin edilməlidir İşdə olan Maraqlı şəxs *4 noyabr 2*25-ci il tarixli məktubdan görünür ki, xx xxxx 1957-ci il tarixdə Ermənistan Respublikasında doğulması ilə bağlı doğum haqqında akt qeydinin bərpa edilməsi barədə ərizəyə Maraqlı şəxsndə baxıldı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında icra edilir. Həmçinin həmin müddəaların 14-cü bəndinə əsasən itmiş qeydlərin bərpası qeydiyyat orqanı tərəfindən mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Sizin Ermənistan Respublikası Amasiya rayonunda doğulmanızı təsdiq edəcək sənədləri Qeydiyyat şöbəsinə təqdim edə bilmədiklərinə görə Qeydiyyat şöbəsində doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X18 arasında Ermənistan Respublikası Vardenis rayonunda 26.*3.198*-ci il tarixli, 377 saylı rəsmi nikah bağlanmışdır. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, X4 *8.11.1962-cü ildə doğulmuşdur. Ata adı qrafasında X5, ana adı qrafasında X19 olduğu qeyd edilmişdir. Məhkəmədə əsli tədqiq edilərək, surəti mülki işin materiallarına əlavə edilmiş Ərizəçi aid olan NZ № ******* saylı hərbi biletdən müəyyən edilir ki, xx xxxx 1957-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonu, Qamışlı kəndində anadan olmuş Ərizəçi 18 may 1976-cı il tarixdə hərbi xidmətə çağırılmışdır. Həmin hərbi biletin içliyində Ərizəçi atasının Şıxəliyev Ələsgər, anasının isə Şıxəliyeva Mehman olduğu qeyd edilmişdir. Beləliklə, məhkəmədə tədqiq edilmiş sübutlarla işin halları kimi müəyyən olundu ki, Ərizəçi xx xxxx 1957-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunun Qamışlı kəndində anadan olmuş, atası X2, anasi isə X8r. Onun doğumu Ermənistan Respublikasında qeydə alınmışdır. Ancaq ərizəçi həmin sənədi başqa qaydada əldə edə bilmədiyindən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 3*5.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 3*7.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 3*8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ərizəçinin belə bir ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 357 və 36*cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi, atası X2, anası X13 olmaqla xx xxxx 1957-ci ildə Ermənistan Respublikası Vardenis rayonunun Qamışlı kəndində doğulmasının qeydə alınması fakt kimi müəyyən olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar