Məhkəmə qərarları › İş №2(125)-7000/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-7000/2023

18.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-7000/2023 18.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə Regional «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə Regional «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək atası X2 (Zalan) oğluna verilmiş 27.*5.1967-ci il tarixli doğum haqqında şəhadətnamədə və Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının 31.*3.2*23-cü il tarixli, 3-48-DA-4f/2-511/6-2*23 saylı qeyddə qeyd edilmiş «X3 (Zaman) oğlunun» «X2 (Zalan) oğlu» adı ilə eyni adam olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X2 (Zalan) oğlu 26.1*.1943-cü ildə anadan olmuş, *6.*4.2**7-ci il tarixd vəfat etmişdir. Atası X2 (Zalan) oğlunun doğum haqqında şəhadətnaməsində ata adı «Zalanoviç» yox «Zamanoviç» kimi, Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının 31.*32*23-cü il tarixli,3-48-DA-4f/2-511/6- 2*23 saylı məktubunda «Zalan oğlu» yox «Zaman oğlu» kimi qeyd edilmişdir. Atasına aid olan sənədlərdə ata adının düzəldilməsi üçün 1 saylı Gəncə Regional «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmiş, onun müraciəti təmin olunmayaraq məhkəməyə müraciət etməsi bildirilmişdir. Ərizəyə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı ərizəçinin atasının ölüm haqqında şəhadətnaməsində ata adı Zalan kimi qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı ərizəçinin atasının ata adı Zamanoviç kimi qeyd edilmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli, *3 saylı Qərarının 1.3-cü bəndində qeyd edilir ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-in 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina edilməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə MPM-in 261.*.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin Qərarın 6.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Göründüyü kimi ərizəçinin məhkəməyə müraciət etməsinin səbəbi vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə bağlıdır və həmin qeydə düzəliş edilməsi qeydiyyat orqanına aiddir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6.2-ci bəndində qeyd edilir ki, eyni bir şəxsin adının, atasının adının və soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir aktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə Regional «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul olunmasından imtina edilməli, müvafiq akt qeydində düzəliş edilməsi ilə bağlı qeydiyyat orqanına müraciət etməsi bundan imtina olunduğu təqdirdə inzibati icraat qaydasında məhkəməyə müraciət edilməsi hüququ izah olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə Regional «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 1* (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar